quranm◉

Surə Al-Baqarah 2:266

أَيَوَدُّ أَحَدُكُمۡ أَن تَكُونَ لَهُۥ جَنَّةٞ مِّن نَّخِيلٖ وَأَعۡنَابٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ لَهُۥ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَأَصَابَهُ ٱلۡكِبَرُ وَلَهُۥ ذُرِّيَّةٞ ضُعَفَآءُ فَأَصَابَهَآ إِعۡصَارٞ فِيهِ نَارٞ فَٱحۡتَرَقَتۡۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُمۡ تَتَفَكَّرُونَ ﴿٢٦٦﴾

◉

Tərcümə

Məgər sizlərdən biri is­tə­yərmi ki, onun xurma ağac­ların­dan və üzüm­lüklərdən iba­rət, ağac­ları altından çay­lar axan və için­də onun üçün hər cür mey­vələr olan bir bağı olsun, sonra ona qo­ca­lıq üz verdiyi zaman, özü­nün də, o bağa möh­tac olan uşaq­ları ol­duğu halda, bu bağa odlu bir qasırğa düşüb onu yan­dır­sın? Allah ayələri sizə belə bə­yan edir ki, bəlkə fikirləşə­siniz.
— Alikhan Musayev
Məgər sizdən biriniz istərmi ki, içində xurma ağacları, üzümlüklər, (ağacları) altından arxlar axan və cürbəcür meyvələr olan bir bağçası olsun, (sonra) zəif (iş bacarığı olmayan, himayəyə möhtac) uşaqları olduğu halda ona qocalıq üz versin, həmin vaxtda da ora odlu bir qasırğa düşsün və o bağ yanıb tələf olsun? Allah ayələri sizin üçün bu cür aydınlaşdırır ki, düşünəsiniz.
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞