quranm◉

Surə Al-Baqarah 2:273

لِلۡفُقَرَآءِ ٱلَّذِينَ أُحۡصِرُواْ فِي سَبِيلِ ٱللَّهِ لَا يَسۡتَطِيعُونَ ضَرۡبٗا فِي ٱلۡأَرۡضِ يَحۡسَبُهُمُ ٱلۡجَاهِلُ أَغۡنِيَآءَ مِنَ ٱلتَّعَفُّفِ تَعۡرِفُهُم بِسِيمَٰهُمۡ لَا يَسۡـَٔلُونَ ٱلنَّاسَ إِلۡحَافٗاۗ وَمَا تُنفِقُواْ مِنۡ خَيۡرٖ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٌ ﴿٢٧٣﴾

◉

Tərcümə

Verəcəyiniz sədəqələr Allah yolunda ci­had edib yer üzündə qazanc dalınca səfərə şıxa bilməyən yoxsullar üçündür. Bu adamlar həya edib dilənmə­dik­lə­rinə görə tanıma­yan adam on­ları varlı he­sab edir. Sən isə onları simalarından ta­nı­yırsan. Onlar üzə salıb in­sanlar­dan bir şey is­tə­məz­lər. Malınızdan Allah yolun­da nə xərclə­səniz, şübhəsiz ki, Allah onu bilir.
— Alikhan Musayev
(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞