quranm◉

Mövzular · az (Səhifə 3)

109 Ayə · Mövzular · az

Al-Humazah 104:2

ٱلَّذِي جَمَعَ مَالٗا وَعَدَّدَهُۥ ﴿٢﴾

O şəxs ki, mal-dövlət top­layıb onu təkrar-təkrar sayır

Yusuf 12:19

وَجَآءَتۡ سَيَّارَةٞ فَأَرۡسَلُواْ وَارِدَهُمۡ فَأَدۡلَىٰ دَلۡوَهُۥۖ قَالَ يَٰبُشۡرَىٰ هَٰذَا غُلَٰمٞۚ وَأَسَرُّوهُ بِضَٰعَةٗۚ وَٱللَّهُ عَلِيمُۢ بِمَا يَعۡمَلُونَ ﴿١٩﴾

Quyunun yaxınlığına bir karvan gəldi və suçularını su da­lınca göndər­di­lər. O, su qa­bı­nı quyuya saldı və: “Şad xəbər! Burada bir oğ­lan uşağı var­!”– dedi. Karvan əhli onu satılacaq bir əşya kimi öz­ləri ilə apar­dı­lar. Allah isə on­la­rın nə et­dik­lərini bilirdi.

Yusuf 12:20

وَشَرَوۡهُ بِثَمَنِۭ بَخۡسٖ دَرَٰهِمَ مَعۡدُودَةٖ وَكَانُواْ فِيهِ مِنَ ٱلزَّـٰهِدِينَ ﴿٢٠﴾

Karvan əhli onu dəyərsiz bir qiy­mətə – bir neçə dirhəmə sat­dı­lar. Yusu­fun qardaşları onu çox qiymətlən­dirmə­di­lər.

Yusuf 12:21

وَقَالَ ٱلَّذِي ٱشۡتَرَىٰهُ مِن مِّصۡرَ لِٱمۡرَأَتِهِۦٓ أَكۡرِمِي مَثۡوَىٰهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوۡ نَتَّخِذَهُۥ وَلَدٗاۚ وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي ٱلۡأَرۡضِ وَلِنُعَلِّمَهُۥ مِن تَأۡوِيلِ ٱلۡأَحَادِيثِۚ وَٱللَّهُ غَالِبٌ عَلَىٰٓ أَمۡرِهِۦ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ﴿٢١﴾

Onu alan misirli öz ar­va­­dına: “Ona yaxşı bax. Ola bil­sin ki, bizə fay­da versin və ya onu oğulluğa gö­tü­rək”– dedi. Belə­lik­lə, Yu­sufu yer üzün­də yerləşdir­dik və ona yuxuları yoz­ma­ğı öy­rət­dik. Allah Öz işi­ni qələbə ilə başa çatdıran­dır. Lakin insanların ço­xu bunu bil­mir.

Al-Baqarah 2:282

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا تَدَايَنتُم بِدَيۡنٍ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى فَٱكۡتُبُوهُۚ وَلۡيَكۡتُب بَّيۡنَكُمۡ كَاتِبُۢ بِٱلۡعَدۡلِۚ وَلَا يَأۡبَ كَاتِبٌ أَن يَكۡتُبَ كَمَا عَلَّمَهُ ٱللَّهُۚ فَلۡيَكۡتُبۡ وَلۡيُمۡلِلِ ٱلَّذِي عَلَيۡهِ ٱلۡحَقُّ وَلۡيَتَّقِ ٱللَّهَ رَبَّهُۥ وَلَا يَبۡخَسۡ مِنۡهُ شَيۡـٔٗاۚ فَإِن كَانَ ٱلَّذِي عَلَيۡهِ ٱلۡحَقُّ سَفِيهًا أَوۡ ضَعِيفًا أَوۡ لَا يَسۡتَطِيعُ أَن يُمِلَّ هُوَ فَلۡيُمۡلِلۡ وَلِيُّهُۥ بِٱلۡعَدۡلِۚ وَٱسۡتَشۡهِدُواْ شَهِيدَيۡنِ مِن رِّجَالِكُمۡۖ فَإِن لَّمۡ يَكُونَا رَجُلَيۡنِ فَرَجُلٞ وَٱمۡرَأَتَانِ مِمَّن تَرۡضَوۡنَ مِنَ ٱلشُّهَدَآءِ أَن تَضِلَّ إِحۡدَىٰهُمَا فَتُذَكِّرَ إِحۡدَىٰهُمَا ٱلۡأُخۡرَىٰۚ وَلَا يَأۡبَ ٱلشُّهَدَآءُ إِذَا مَا دُعُواْۚ وَلَا تَسۡـَٔمُوٓاْ أَن تَكۡتُبُوهُ صَغِيرًا أَوۡ كَبِيرًا إِلَىٰٓ أَجَلِهِۦۚ ذَٰلِكُمۡ أَقۡسَطُ عِندَ ٱللَّهِ وَأَقۡوَمُ لِلشَّهَٰدَةِ وَأَدۡنَىٰٓ أَلَّا تَرۡتَابُوٓاْ إِلَّآ أَن تَكُونَ تِجَٰرَةً حَاضِرَةٗ تُدِيرُونَهَا بَيۡنَكُمۡ فَلَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَلَّا تَكۡتُبُوهَاۗ وَأَشۡهِدُوٓاْ إِذَا تَبَايَعۡتُمۡۚ وَلَا يُضَآرَّ كَاتِبٞ وَلَا شَهِيدٞۚ وَإِن تَفۡعَلُواْ فَإِنَّهُۥ فُسُوقُۢ بِكُمۡۗ وَٱتَّقُواْ ٱللَّهَۖ وَيُعَلِّمُكُمُ ٱللَّهُۗ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ﴿٢٨٢﴾

Ey iman gətirənlər! Mü­əy­yən bir müddətədək bir-bi­ri­ni­zə borc ver­dikdə, onu ya­zın. Qoy bunu aranızda bir katib ədalətlə yazsın. Katib Alla­hın onu öy­rətdiyi kimi yaz­maqdan bo­yun qa­çırmasın. Qoy o yazsın, borc alan adam da gö­türdüyü borcun miq­da­rını yaz­dırsın, Rəbbi olan Allah­dan qorxsun və borcdan heç bir şey əs­kilt­məsin. Əgər borc alan adam səfehdirsə, yaxud ağıldan zəifdirsə və ya özü yazdırmağa qadir de­yil­sə, qoy onun himayə­darı borcu əda­lətlə yazdırsın. Aranız­dakı kişi­lərdən iki nə­fə­ri şa­hid tutun. Əgər iki kişi tapılmazsa, razı ol­duğunuz şahid­lərdən bir kişi və iki qa­dını şa­hid tutun ki, qadın­lardan biri unutduqda, o birisi onun ya­dı­na sal­sın. Şa­hidlər şa­hid­lik et­məyə çağırıl­dıq­da, bo­yun qaçır­ma­sın­lar. Az da olsa, çox da olsa, onun qaytarılma vax­tını yaz­maq­dan usan­ma­yın. Belə etməyiniz, Allah ya­nın­da daha əda­lətli, şa­hid­lik üçün daha düzgün və şüb­həyə düşməməyiniz üçün daha mü­na­sib­dir. Yalnız ara­nızda ge­dən nağd ticarət istis­nadır. Bunu yaz­ma­mağınız isə sizin üçün gü­nah deyil­dir. Al­ış-veriş et­dikdə şahid tutun. Lakin ka­ti­bə və şahidə zərər ve­rilməsin. Əgər zərər ver­sə­niz, şübhəsiz ki, bu, si­zin üçün bir fasiqlikdir. Allahdan qor­xun! Allah sizi öyrədir. Allah hər şeyi bilir.

An-Nisa 4:29

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَأۡكُلُوٓاْ أَمۡوَٰلَكُم بَيۡنَكُم بِٱلۡبَٰطِلِ إِلَّآ أَن تَكُونَ تِجَٰرَةً عَن تَرَاضٖ مِّنكُمۡۚ وَلَا تَقۡتُلُوٓاْ أَنفُسَكُمۡۚ إِنَّ ٱللَّهَ كَانَ بِكُمۡ رَحِيمٗا ﴿٢٩﴾

Ey iman gətirənlər! Qar­şı­lıqlı ra­zılıqla aparılan ticarət is­tis­na olmaqla, mal­larınızı öz ara­nız­da haqsız yerə ye­məyin və özü­nüzü öldürməyin. Hə­qiqə­tən, Allah sizə qarşı rəhm­lidir.

At-Tawbah 9:24

قُلۡ إِن كَانَ ءَابَآؤُكُمۡ وَأَبۡنَآؤُكُمۡ وَإِخۡوَٰنُكُمۡ وَأَزۡوَٰجُكُمۡ وَعَشِيرَتُكُمۡ وَأَمۡوَٰلٌ ٱقۡتَرَفۡتُمُوهَا وَتِجَٰرَةٞ تَخۡشَوۡنَ كَسَادَهَا وَمَسَٰكِنُ تَرۡضَوۡنَهَآ أَحَبَّ إِلَيۡكُم مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦ وَجِهَادٖ فِي سَبِيلِهِۦ فَتَرَبَّصُواْ حَتَّىٰ يَأۡتِيَ ٱللَّهُ بِأَمۡرِهِۦۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ ﴿٢٤﴾

De: “Əgər atalarınız, oğul­larınız, qardaşlarınız, zöv­cə­lə­ri­niz, yaxın qo­humlarınız, qa­zan­dı­ğınız mallar, iflasa uğ­ra­ma­sın­dan qorxduğunuz alış-veri­şi­niz və bə­yəndiyiniz məs­kən­lər sizə Allah­dan, Onun El­çi­sindən və Onun yo­­lunda ci­had­dan daha əziz­dir­sə, Allah Öz əmrini verincəyə qədər gözlə­yin. Allah günah­kar­la­rı doğru yola yönəlt­məz”.

Fatir 35:29

إِنَّ ٱلَّذِينَ يَتۡلُونَ كِتَٰبَ ٱللَّهِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَأَنفَقُواْ مِمَّا رَزَقۡنَٰهُمۡ سِرّٗا وَعَلَانِيَةٗ يَرۡجُونَ تِجَٰرَةٗ لَّن تَبُورَ ﴿٢٩﴾

Allahın Kitabını oxu­yan­lar, na­maz qılanlar və özlərinə ver­di­yi­miz ru­zilərdən gizli və aş­kar xərcləyənlər sə­mərəsiz ol­ma­ya­caq bir ticarətə ümid edirlər ki,

Al-Jumu'ah 62:11

وَإِذَا رَأَوۡاْ تِجَٰرَةً أَوۡ لَهۡوًا ٱنفَضُّوٓاْ إِلَيۡهَا وَتَرَكُوكَ قَآئِمٗاۚ قُلۡ مَا عِندَ ٱللَّهِ خَيۡرٞ مِّنَ ٱللَّهۡوِ وَمِنَ ٱلتِّجَٰرَةِۚ وَٱللَّهُ خَيۡرُ ٱلرَّـٰزِقِينَ ﴿١١﴾

Onlar ticarət və ya əy­lən­cə gör­dükləri zaman dağılı­şıb ona tə­rəf qaç­dılar və səni min­bərdə ayaq üstə oldu­ğun halda tərk et­di­lər. De: “Allah ya­nın­da qazanacağınız sa­vab əylən­cə­dən də, ti­ca­rət­dən də xeyir­lidir. Allah ən yaxşı ruzi ve­rən­dir”.

Mövzular