quranm◉

Surə Al-Baqarah 2:286

لَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۚ لَهَا مَا كَسَبَتۡ وَعَلَيۡهَا مَا ٱكۡتَسَبَتۡۗ رَبَّنَا لَا تُؤَاخِذۡنَآ إِن نَّسِينَآ أَوۡ أَخۡطَأۡنَاۚ رَبَّنَا وَلَا تَحۡمِلۡ عَلَيۡنَآ إِصۡرٗا كَمَا حَمَلۡتَهُۥ عَلَى ٱلَّذِينَ مِن قَبۡلِنَاۚ رَبَّنَا وَلَا تُحَمِّلۡنَا مَا لَا طَاقَةَ لَنَا بِهِۦۖ وَٱعۡفُ عَنَّا وَٱغۡفِرۡ لَنَا وَٱرۡحَمۡنَآۚ أَنتَ مَوۡلَىٰنَا فَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ ﴿٢٨٦﴾

◉

Tərcümə

Allah hər kəsi yalnız onun qüv­vəsi çatdığı qədər mü­­kəlləf edər. Hər kəsin qa­zan­dığı xeyir yalnız onun özünə, qazandığı şər də, yalnız öz əley­hinədir. “Ey Rəb­bimiz, unut­saq və ya xəta et­sək bi­zi cəzalandırma! Ey Rəb­bi­miz, biz­dən əv­vəlkiləri yüklə­di­yin ki­mi, bizi ağır yüklə yük­lə­mə! Ey Rəbbimiz, gü­cü­müz çat­mayan şe­yi bizə daşıtdırma! Bizi əfv et, bizi bağışla, bizə rəhm et! Sən bizim Himayə­da­rı­mızsan! Ka­fir­ qövmə qalib gəlməkdə bizə yardım et!”
— Alikhan Musayev
Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Mö’minlər deyirlər: ) “Ey Rəbbimiz, (bə’zi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!”
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞