quranm◉

Surə Al-Baqarah 2:61

وَإِذۡ قُلۡتُمۡ يَٰمُوسَىٰ لَن نَّصۡبِرَ عَلَىٰ طَعَامٖ وَٰحِدٖ فَٱدۡعُ لَنَا رَبَّكَ يُخۡرِجۡ لَنَا مِمَّا تُنۢبِتُ ٱلۡأَرۡضُ مِنۢ بَقۡلِهَا وَقِثَّآئِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَاۖ قَالَ أَتَسۡتَبۡدِلُونَ ٱلَّذِي هُوَ أَدۡنَىٰ بِٱلَّذِي هُوَ خَيۡرٌۚ ٱهۡبِطُواْ مِصۡرٗا فَإِنَّ لَكُم مَّا سَأَلۡتُمۡۗ وَضُرِبَتۡ عَلَيۡهِمُ ٱلذِّلَّةُ وَٱلۡمَسۡكَنَةُ وَبَآءُو بِغَضَبٖ مِّنَ ٱللَّهِۚ ذَٰلِكَ بِأَنَّهُمۡ كَانُواْ يَكۡفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقۡتُلُونَ ٱلنَّبِيِّـۧنَ بِغَيۡرِ ٱلۡحَقِّۚ ذَٰلِكَ بِمَا عَصَواْ وَّكَانُواْ يَعۡتَدُونَ ﴿٦١﴾

◉

Tərcümə

Onda siz dediniz: “Ey Mu­­sa! Biz eyni cür yeməklərə döz­mə­yəcə­yik. Elə buna görə də, bizim üçün Rəbbi­nə dua et ki, bizə yerin bitir­dik­lə­rin­­dən – tərə­vəzin­dən, xi­ya­rın­dan, sa­rım­sağın­dan, mər­ciməyin­dən və so­ğa­nından çıxartsın!” Musa dedi: “Siz xeyirli olan şey­lərin da­ha də­yərsiz şeylərlə əvəz olunma­sınımı istə­yir­si­niz?! Şəhərə enin! Şübhəsiz ki, ora­da sizin üçün istə­dikləriniz var­dır!” On­la­ra zə­lil­lik və düş­gün­lük üz ver­di, üstəlik, onlar Allahın qəzəbinə dü­çar ol­du­lar. Bu cəza ona görə idi ki, on­lar Allahın ayə­lərinə küfr edir­dilər və pey­ğəm­bər­ləri haq­sız yerə öl­dü­rür­dü­lər. Bu həm də on­ların asi ol­duq­la­rına və həddi aşdıq­la­rına görə idi.
— Alikhan Musayev
Xatırlayın ki, siz (müəyyən müddət səhrada qalmalı olduğunuz zaman): “Ya Musa! Biz (hər gün yediyimiz) eyni təama (qüdrət halvasından və bildirçin ətindən ibarət olan yeməyə) heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin! – dediniz. (Musa da cavabında : ) “Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? (O halda) şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!” – demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu (cəza) onların Allahın ayələrini inkar etdiklərinə və (Zəkəriyya, Yəhya və Şüeyb kimi) peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların (Allaha) asi olduqlarına və həddi aşdıqlarına (Allahın əmrlərini pozduqlarına) görə idi.
— Azerbaijani

◉ Surə · ∞