quranm◉

Surə Al-Baqarah 2:83

وَإِذۡ أَخَذۡنَا مِيثَٰقَ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ لَا تَعۡبُدُونَ إِلَّا ٱللَّهَ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَانٗا وَذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَقُولُواْ لِلنَّاسِ حُسۡنٗا وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ ثُمَّ تَوَلَّيۡتُمۡ إِلَّا قَلِيلٗا مِّنكُمۡ وَأَنتُم مُّعۡرِضُونَ ﴿٨٣﴾

◉

Tərcümə

Bir zaman Biz İsrail oğul­ları ilə: “Allah­dan qeyrisinə iba­dət et­məyə­cək, vali­deyn­lərə, qo­hum-əq­rəbaya, yetimlə­rə və ka­sıblara xe­yirxahlıq edəcək, in­san­lara xoş söz deyəcək, na­maz qıla­caq və zə­kat ve­rəcək­siniz!”– deyə əhd bağ­­ladıq. Son­ra az bir qismi­niz is­tis­na ol­maq­la, üz çe­vi­rib dön­dü­nüz.
— Alikhan Musayev
Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail övladı haqdan) üz döndərənsiniz.
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞