quranm◉

Surə Al-Hajj 22:36

وَٱلۡبُدۡنَ جَعَلۡنَٰهَا لَكُم مِّن شَعَـٰٓئِرِ ٱللَّهِ لَكُمۡ فِيهَا خَيۡرٞۖ فَٱذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ عَلَيۡهَا صَوَآفَّۖ فَإِذَا وَجَبَتۡ جُنُوبُهَا فَكُلُواْ مِنۡهَا وَأَطۡعِمُواْ ٱلۡقَانِعَ وَٱلۡمُعۡتَرَّۚ كَذَٰلِكَ سَخَّرۡنَٰهَا لَكُمۡ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿٣٦﴾

◉

Tərcümə

Biz qurbanlıq dəvələri də sizin üçün Allahın dininin ayin­lə­rin­dən et­dik. Onlarda si­zin üçün xeyir vardır. Onları səf-səf dü­zül­müş halda kəsər­kən Allahın adını çəkin. Böyrü üs­tə yıxıl­dıqları za­man on­lardan özünüz də ye­yin, aza qane olan kasıba və dilənçiyə də yedir­din. Qur­banlıq hey­van­ları sizə beləcə ram etdik ki, bəlkə şü­kür edə­siniz.
— Alikhan Musayev
Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın adını çəkin (bismillah deyin). Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə e’tiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (ne’mətimizə) şükr edəsiniz!
— Azerbaijani

◉ Surə · ∞