quranm◉

Surə Al-Hajj 22:78

وَجَٰهِدُواْ فِي ٱللَّهِ حَقَّ جِهَادِهِۦۚ هُوَ ٱجۡتَبَىٰكُمۡ وَمَا جَعَلَ عَلَيۡكُمۡ فِي ٱلدِّينِ مِنۡ حَرَجٖۚ مِّلَّةَ أَبِيكُمۡ إِبۡرَٰهِيمَۚ هُوَ سَمَّىٰكُمُ ٱلۡمُسۡلِمِينَ مِن قَبۡلُ وَفِي هَٰذَا لِيَكُونَ ٱلرَّسُولُ شَهِيدًا عَلَيۡكُمۡ وَتَكُونُواْ شُهَدَآءَ عَلَى ٱلنَّاسِۚ فَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَٱعۡتَصِمُواْ بِٱللَّهِ هُوَ مَوۡلَىٰكُمۡۖ فَنِعۡمَ ٱلۡمَوۡلَىٰ وَنِعۡمَ ٱلنَّصِيرُ ﴿٧٨﴾

◉

Tərcümə

Allah yolunda lazı­mın­ca cihad edin. O, sizi seçdi və ata­nız İb­rahi­min dinində oldu­ğu kimi, bu dində də sizin üçün heç bir çə­tin­lik yarat­madı. Pey­ğəmbər sizə, siz də insanlara şahid ola­sınız de­yə, Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi mü­­səl­man adlandırdı. Elə isə namaz qı­lın, zəkat verin və Allaha möh­­­kəm sarılın. O sizin Hima­yə­da­rı­nız­dır. O nə gözəl Hi­ma­yə­dar, nə gözəl Yardım­çı­dır!
— Alikhan Musayev
(Ey mö’minlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Qur’an nazil olmamışdan) əvvəl də, bunda (Qur’anda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞