quranm◉

Surə Al-Qasas 28:20

وَجَآءَ رَجُلٞ مِّنۡ أَقۡصَا ٱلۡمَدِينَةِ يَسۡعَىٰ قَالَ يَٰمُوسَىٰٓ إِنَّ ٱلۡمَلَأَ يَأۡتَمِرُونَ بِكَ لِيَقۡتُلُوكَ فَٱخۡرُجۡ إِنِّي لَكَ مِنَ ٱلنَّـٰصِحِينَ ﴿٢٠﴾

◉

Tərcümə

Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ey Musa! Za­dəganlar səni öldür­mək barəsində məşvərət edir­­lər. Çıx get! İnan ki, mən sənin yaxşı­lı­ğını istəyənlərdənəm!”
— Alikhan Musayev
(Yəhudinin bu sözündən sonra dünən öldürülən qibtinin qatilinin Musa olduğu bütün Misir xalqına bəlli oldu. Bu xəbər Fir’ona çatdıqda o, Musadan qisas almaq istədi). Şəhərin kənarından (Fir’onun şəhərin ucqarında yerləşən sarayından) bir nəfər çaparaq gəlib dedi: “Ya Musa! Ə’yan-əşraf səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat (şəhərdən) çıx get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!”
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞