quranm◉

Surə Al-Qasas 28:8

فَٱلۡتَقَطَهُۥٓ ءَالُ فِرۡعَوۡنَ لِيَكُونَ لَهُمۡ عَدُوّٗا وَحَزَنًاۗ إِنَّ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا كَانُواْ خَٰطِـِٔينَ ﴿٨﴾

◉

Tərcümə

Fironun ailəsi onu tapıb gö­tür­dü­ ki, axırda onlara düş­mən və başlarına bəla ol­sun. Hə­qiqətən, Firon, Haman və on­la­rın əs­gər­ləri günahkar idi­lər.
— Alikhan Musayev
(Musa doğulduqdan sonra anası bir müddət onu əmizdirdi, sonra mamaçanın onun oğlu olduğunu Fir’ona xəbər verəcəyindən qorxaraq körpəsini bir sandığa qoyub Allaha dua edərək Nil çayına atdı. Bu zaman Fir’on zövcəsi ilə oturub Nilə tamaşa edirdi. Suyun üzündə bir sandığın üzdüyünü görən Fir’on xidmətçilərə onu tutub gətirməyi əmr etdi). Fir’onun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı (içində olduğu sandıqla birlikdə) götürüb gəldilər. Həqiqətən, Fir’on, Haman və onların əsgərləri (küfr etdiklərinə, mə’sum uşaqları öldürdüklərinə görə) günahkar idilər.
— Azerbaijani

◉ Surə · ∞