quranm◉

Surə Ali 'Imran 3:159

فَبِمَا رَحۡمَةٖ مِّنَ ٱللَّهِ لِنتَ لَهُمۡۖ وَلَوۡ كُنتَ فَظًّا غَلِيظَ ٱلۡقَلۡبِ لَٱنفَضُّواْ مِنۡ حَوۡلِكَۖ فَٱعۡفُ عَنۡهُمۡ وَٱسۡتَغۡفِرۡ لَهُمۡ وَشَاوِرۡهُمۡ فِي ٱلۡأَمۡرِۖ فَإِذَا عَزَمۡتَ فَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُتَوَكِّلِينَ ﴿١٥٩﴾

◉

Tərcümə

Allahın mərhəməti sa­yə­sində sən onlarla mülayim rəftar et­din. Əgər kobud və daş qəlbli olsaydın, heç şübhəsiz, onlar sə­nin ət­rafından dağı­lıb gedərdilər. Elə isə onla­rı əfv et, on­lar üçün Allah­dan bağış­lan­ma dilə və gö­rəcəyin iş­lər barədə onlarla məs­ləhət­ləş, qəti qərara gəldikdə isə Alla­ha tə­vəkkül et! Həqi­qə­tən, Allah təvəkkül edən­ləri sevir.
— Alikhan Musayev
(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!
— Azerbaijani

◉ Surə · ∞