Surə Ali 'Imran 3:72
وَقَالَت طَّآئِفَةٞ مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ ءَامِنُواْ بِٱلَّذِيٓ أُنزِلَ عَلَى ٱلَّذِينَ ءَامَنُواْ وَجۡهَ ٱلنَّهَارِ وَٱكۡفُرُوٓاْ ءَاخِرَهُۥ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ﴿٧٢﴾
◉
Tərcümə
Kitab əhlindən bir zümrə bir-birinə dedi: “Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin, günün sonunda isə onu inkar edin ki, bəlkə onlar öz dinlərindən dönələr.
Kitab əhlindən (yəhudilərdən) bir dəstə (bir-birinə) dedi: “Mö’minlərə nazil edilənə (Qur’ana) günün əvvəlində (səhər vaxtı) inanın, həmin günün axırında (axşam vaxtı) isə onu inkar edin! Bəlkə, (mö’minlər öz dinlərindən) üz döndərsinlər.