quranm◉

Surə Al-Ahzab 33:37

وَإِذۡ تَقُولُ لِلَّذِيٓ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِ وَأَنۡعَمۡتَ عَلَيۡهِ أَمۡسِكۡ عَلَيۡكَ زَوۡجَكَ وَٱتَّقِ ٱللَّهَ وَتُخۡفِي فِي نَفۡسِكَ مَا ٱللَّهُ مُبۡدِيهِ وَتَخۡشَى ٱلنَّاسَ وَٱللَّهُ أَحَقُّ أَن تَخۡشَىٰهُۖ فَلَمَّا قَضَىٰ زَيۡدٞ مِّنۡهَا وَطَرٗا زَوَّجۡنَٰكَهَا لِكَيۡ لَا يَكُونَ عَلَى ٱلۡمُؤۡمِنِينَ حَرَجٞ فِيٓ أَزۡوَٰجِ أَدۡعِيَآئِهِمۡ إِذَا قَضَوۡاْ مِنۡهُنَّ وَطَرٗاۚ وَكَانَ أَمۡرُ ٱللَّهِ مَفۡعُولٗا ﴿٣٧﴾

◉

Tərcümə

Bir zaman Allahın ne­mət verdiyi və sənin özünün nemət ver­diyin Zeydə: “Zövcəni öz ya­nında saxla, Allahdan qorx!”– de­yir­din. Alla­hın aşkar edəcə­yi şeyi ürəyində gizli sax­la­yır və insan­lar­dan çəkinirdin. Hal­buki əs­lində qorx­malı oldu­ğun məhz Allah­dır. Zeyd zövcəsini boşadıqda səni onun­la evlən­dir­dik ki, oğul­luq­ları öv­rətlərini bo­şadıqları za­man o qadınlarla evlən­mək­də mö­min­lərə heç bir sıxıntı ol­masın. Allahın əmri mütləq ye­rinə ye­tə­cək­.
— Alikhan Musayev
(Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (islam dininə yönəltməklə) ne’mət verdiyi və sənin özünün (köləlikdən azad etməklə) ne’mət verdiyi şəxsə (Zeyd ibn Harisəyə): “Zövzəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!” – deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir, – deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır. Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə (Zeynəbi boşadıqda) səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman onlarla evlənməkdə mö’minlərə heç bir çətinlik (günah) olmasın! (Bu işdən mö’minlərə heç bir günah gəlmədiyini bildirmək üçün belə bir övrətlə birinci səni evləndirib bütün müsəlmanlara nümunə etdik). Allahın hökmü mütləq yerinə yetər!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞