quranm◉

Surə Fatir 35:11

وَٱللَّهُ خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ جَعَلَكُمۡ أَزۡوَٰجٗاۚ وَمَا تَحۡمِلُ مِنۡ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلۡمِهِۦۚ وَمَا يُعَمَّرُ مِن مُّعَمَّرٖ وَلَا يُنقَصُ مِنۡ عُمُرِهِۦٓ إِلَّا فِي كِتَٰبٍۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ ﴿١١﴾

◉

Tərcümə

Allah sizi torpaqdan, son­ra nüt­fədən yaratmış, sonra da sizi cüt­ləş­dir­mişdir. Onun xə­bəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını ye­rə qoya bilər. Uzunömürlü­nün uzun ömür sür­mə­si də, onun ömrünün qı­sal­dılması da ancaq açıq-aydın Yazıda (Lövhi-məhfuzda) ya­zıl­mışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.
— Alikhan Musayev
Allah sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi (kişi və qadın olmaqla) cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun (yaxud başqa birinin) ömrünün qısaldılması da ancaq kitabda (lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞