quranm◉

Surə Fatir 35:40

قُلۡ أَرَءَيۡتُمۡ شُرَكَآءَكُمُ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِي مَاذَا خَلَقُواْ مِنَ ٱلۡأَرۡضِ أَمۡ لَهُمۡ شِرۡكٞ فِي ٱلسَّمَٰوَٰتِ أَمۡ ءَاتَيۡنَٰهُمۡ كِتَٰبٗا فَهُمۡ عَلَىٰ بَيِّنَتٖ مِّنۡهُۚ بَلۡ إِن يَعِدُ ٱلظَّـٰلِمُونَ بَعۡضُهُم بَعۡضًا إِلَّا غُرُورًا ﴿٤٠﴾

◉

Tərcümə

De: “Allahdan başqa yal­vardığınız şəriklər haqda dü­şün­dü­nüz­mü? Bir mə­nə gös­tə­rin görüm, onlar yer üzündə nəyi ya­ra­dıb­lar? Yoxsa onların göy­lərin yaradılmasında şərik­liyi var?” Ya­xud on­lara bir ki­tab vermişik, onlar da on­dakı dəlilə istinad edirlər? Xeyr! Za­lım­lar bir-birinə ancaq yalan vəd ve­rirlər.
— Alikhan Musayev
(Ya Rəsulum! Məkkə müşriklərinə) de: “Mənə bir göstərin (deyin) görüm, Allahdan başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və yerə bənzər şeylərdən) nəyi yaradıblar? Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var? Yaxud onlara (ilahi) bir kitab vermişik və (Allaha şərik qoşmaq barəsində) oradakı bir dəlilə istinad edirlər?! Xeyr, o zalımlar (bütlərin onlar üçün şəfaət edəcəyi haqda) bir-birinə ancaq yalan və’d verirlər.
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞