quranm◉

Surə An-Nisa 4:11

يُوصِيكُمُ ٱللَّهُ فِيٓ أَوۡلَٰدِكُمۡۖ لِلذَّكَرِ مِثۡلُ حَظِّ ٱلۡأُنثَيَيۡنِۚ فَإِن كُنَّ نِسَآءٗ فَوۡقَ ٱثۡنَتَيۡنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَۖ وَإِن كَانَتۡ وَٰحِدَةٗ فَلَهَا ٱلنِّصۡفُۚ وَلِأَبَوَيۡهِ لِكُلِّ وَٰحِدٖ مِّنۡهُمَا ٱلسُّدُسُ مِمَّا تَرَكَ إِن كَانَ لَهُۥ وَلَدٞۚ فَإِن لَّمۡ يَكُن لَّهُۥ وَلَدٞ وَوَرِثَهُۥٓ أَبَوَاهُ فَلِأُمِّهِ ٱلثُّلُثُۚ فَإِن كَانَ لَهُۥٓ إِخۡوَةٞ فَلِأُمِّهِ ٱلسُّدُسُۚ مِنۢ بَعۡدِ وَصِيَّةٖ يُوصِي بِهَآ أَوۡ دَيۡنٍۗ ءَابَآؤُكُمۡ وَأَبۡنَآؤُكُمۡ لَا تَدۡرُونَ أَيُّهُمۡ أَقۡرَبُ لَكُمۡ نَفۡعٗاۚ فَرِيضَةٗ مِّنَ ٱللَّهِۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا ﴿١١﴾

◉

Tərcümə

Allah sizə övladlarınız haq­qın­da, ki­şiyə iki qadının pa­yı qə­dər pay verilməsini buyurur. Əgər övladlar iki­dən ar­tıq sayda qa­dın­­dır­sa, və­fat edə­nin qoyub getdiyi malın üçdə iki his­sə­si onlara ça­tır. Əgər təkcə bir qa­dın­dır­sa, mirasın ya­rısı ona çatır. Ölə­nin öv­ladı olduğu təqdirdə, onun vali­deyn­­ləri­ndən hər birinə, qoyub get­­diyi ma­­lın al­tıda bir his­sə­si çatır. Əgər onun öv­ladı yox­dursa, varisi də ancaq va­li­deyn­­ləri­dirsə, onun anasına mi­ra­sı­nın üçdə bir hissəsi dü­şür. Əgər ölənin qar­daşları və ya ba­cı­ları varsa, onun ana­­sına mirası­n altıda bir hissəsi dü­şür. Bu böl­gü ölənin vəsiy­yəti ye­ri­nə ye­tiril­dik­­dən və borcu ödə­nil­dikdən sonra apa­rılır. Vali­deyn­­lə­ri­niz­­dən və övladlarınız­dan han­sının fay­da baxı­mından si­zə da­ha yaxın ol­duğu­nu siz bil­məzsiniz. Bun­lar Allah tərəfin­dən fərz buy­rul­muş paylardır. Hə­qi­qətən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir.
— Alikhan Musayev
Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. (Yerdə qalan hissəsi yenə atanın payına düşür). Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
— Azerbaijani

◉ Surə · ∞