quranm◉

Mövzular · az

49 Ayə · Mövzular · az

Al-Baqarah 2:62

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَادُواْ وَٱلنَّصَٰرَىٰ وَٱلصَّـٰبِـِٔينَ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَعَمِلَ صَٰلِحٗا فَلَهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ﴿٦٢﴾

Şübhəsiz ki, möminlə­rin, yə­­hudilərdən, nəsranilərdən və sabiilər­dən Al­laha və Axirət gününə iman gə­ti­rənlərin və yaxşı iş gö­rən­lə­rin mü­kafatı öz Rəbbi yanın­da­dır. Onlara heç bir qor­xu yoxdur və on­lar kədərlən­mə­yəcəklər.

Al-Baqarah 2:105

مَّا يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ وَلَا ٱلۡمُشۡرِكِينَ أَن يُنَزَّلَ عَلَيۡكُم مِّنۡ خَيۡرٖ مِّن رَّبِّكُمۡۚ وَٱللَّهُ يَخۡتَصُّ بِرَحۡمَتِهِۦ مَن يَشَآءُۚ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ ﴿١٠٥﴾

Nə Kitab əhlinin kafir olan­ları, nə də müşriklər sizə Rəb­­bi­niz­dən bir xeyir nazil ol­ma­sını istəmir­lər. Allah isə Öz mər­həməti­ni istədiyi şəxsə məx­sus edər. Allah böyük lütf sahibi­dir.

Al-Baqarah 2:109

وَدَّ كَثِيرٞ مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَوۡ يَرُدُّونَكُم مِّنۢ بَعۡدِ إِيمَٰنِكُمۡ كُفَّارًا حَسَدٗا مِّنۡ عِندِ أَنفُسِهِم مِّنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلۡحَقُّۖ فَٱعۡفُواْ وَٱصۡفَحُواْ حَتَّىٰ يَأۡتِيَ ٱللَّهُ بِأَمۡرِهِۦٓۗ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿١٠٩﴾

Kitab əhlindən bir ço­xu həqi­qət özlərinə bəlli olduqdan sonra, içlərindəki hə­səd üzün­dən sizi, imanınızdan sonra ka­fir­liyə qay­tar­maq istərlər. Allah Öz əmrini verin­cəyə qədər onları əfv edin və onlardan vaz keçin! Hə­qi­qətən, Allah hər şeyə qa­dirdir.

Al-Baqarah 2:113

وَقَالَتِ ٱلۡيَهُودُ لَيۡسَتِ ٱلنَّصَٰرَىٰ عَلَىٰ شَيۡءٖ وَقَالَتِ ٱلنَّصَٰرَىٰ لَيۡسَتِ ٱلۡيَهُودُ عَلَىٰ شَيۡءٖ وَهُمۡ يَتۡلُونَ ٱلۡكِتَٰبَۗ كَذَٰلِكَ قَالَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ مِثۡلَ قَوۡلِهِمۡۚ فَٱللَّهُ يَحۡكُمُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ﴿١١٣﴾

Yəhudilər dedilər: “Xaçpərəst­lər doğru yolda deyillər!” Xaç­­pərəstlər də dedilər: “Yəhu­dilər doğru yolda deyillər!” Hal­buki onlar Kitab oxuyurlar. Kitabı bilməyənlər də onlar kimi danı­şır­lar. Allah ix­ti­lafa düş­dük­ləri şey barəsində Qi­ya­mət günü on­la­rın arasında hökm verə­cəkdir.

Al-Baqarah 2:120

وَلَن تَرۡضَىٰ عَنكَ ٱلۡيَهُودُ وَلَا ٱلنَّصَٰرَىٰ حَتَّىٰ تَتَّبِعَ مِلَّتَهُمۡۗ قُلۡ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلۡهُدَىٰۗ وَلَئِنِ ٱتَّبَعۡتَ أَهۡوَآءَهُم بَعۡدَ ٱلَّذِي جَآءَكَ مِنَ ٱلۡعِلۡمِ مَا لَكَ مِنَ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٍ ﴿١٢٠﴾

Sən yəhudilərin və xaç­pərəstlərin dinlərinə tabe olmayın­ca, onlar səndən razı qal­ma­yacaq­lar. De: “Yalnız Alla­hın haqq yo­lu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəkləri­nə uysan, səni Allahdan qo­ru­yacaq nə bir dost, nə də bir yardımçı olar.

Ali 'Imran 3:45

إِذۡ قَالَتِ ٱلۡمَلَـٰٓئِكَةُ يَٰمَرۡيَمُ إِنَّ ٱللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٖ مِّنۡهُ ٱسۡمُهُ ٱلۡمَسِيحُ عِيسَى ٱبۡنُ مَرۡيَمَ وَجِيهٗا فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ وَمِنَ ٱلۡمُقَرَّبِينَ ﴿٤٥﴾

O zaman mələklər demişdi­lər: “Ey Məryəm, həqiqətən, Allah Öz tə­rəfindən bir kəlmə ilə səni müj­dələyir. Onun adı Mər­yəm oğlu İsa Məsihdir. O, həm bu dün­yada, həm də axi­rətdə şan-şöh­rətli və Alla­ha ya­xın­­ olanlardandır.

Ali 'Imran 3:64

قُلۡ يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ تَعَالَوۡاْ إِلَىٰ كَلِمَةٖ سَوَآءِۭ بَيۡنَنَا وَبَيۡنَكُمۡ أَلَّا نَعۡبُدَ إِلَّا ٱللَّهَ وَلَا نُشۡرِكَ بِهِۦ شَيۡـٔٗا وَلَا يَتَّخِذَ بَعۡضُنَا بَعۡضًا أَرۡبَابٗا مِّن دُونِ ٱللَّهِۚ فَإِن تَوَلَّوۡاْ فَقُولُواْ ٱشۡهَدُواْ بِأَنَّا مُسۡلِمُونَ ﴿٦٤﴾

De: “Ey Kitab əhli! Bi­zim və sizin aranızda olan eyni bir kəl­məyə gəlin ki, Allahdan baş­­qasına ibadət etməyək, Ona heç bir şe­yi şərik qoşmayaq və Alla­hı qoyub bir-birimizi ila­hiləşdirmə­yək.” Əgər onlar yenə üz çevirsələr, de­yin: “Şahid olun ki, biz müsəl­man­larıq!”

Ali 'Imran 3:65

يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لِمَ تُحَآجُّونَ فِيٓ إِبۡرَٰهِيمَ وَمَآ أُنزِلَتِ ٱلتَّوۡرَىٰةُ وَٱلۡإِنجِيلُ إِلَّا مِنۢ بَعۡدِهِۦٓۚ أَفَلَا تَعۡقِلُونَ ﴿٦٥﴾

Ey Kitab əhli! Nə üçün İb­rahim barəsində höcətlə­şir­si­­niz? Halbuki, Töv­rat və İncil ancaq on­dan son­ra nazil edilmiş­dir. Mə­gər an­la­mır­sınız?

Ali 'Imran 3:69

وَدَّت طَّآئِفَةٞ مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَوۡ يُضِلُّونَكُمۡ وَمَا يُضِلُّونَ إِلَّآ أَنفُسَهُمۡ وَمَا يَشۡعُرُونَ ﴿٦٩﴾

Kitab əhlindən bir züm­rə sizi az­dırmaq istər. Hal­bu­ki, yalnız öz­lərini azdırır və bunu anlamırlar.

Ali 'Imran 3:70

يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لِمَ تَكۡفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَأَنتُمۡ تَشۡهَدُونَ ﴿٧٠﴾

Ey Kitab əhli, haqqa şa­hid oldu­ğunuz halda, nə üçün Alla­hın ayələrinə küfr edir­siniz?

Ali 'Imran 3:71

يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لِمَ تَلۡبِسُونَ ٱلۡحَقَّ بِٱلۡبَٰطِلِ وَتَكۡتُمُونَ ٱلۡحَقَّ وَأَنتُمۡ تَعۡلَمُونَ ﴿٧١﴾

Ey Kitab əhli, nə üçün siz bilə-bilə haqqa batil donu geyin­di­rir və haqqı gizlədir­si­niz?

Ali 'Imran 3:75

۞وَمِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ مَنۡ إِن تَأۡمَنۡهُ بِقِنطَارٖ يُؤَدِّهِۦٓ إِلَيۡكَ وَمِنۡهُم مَّنۡ إِن تَأۡمَنۡهُ بِدِينَارٖ لَّا يُؤَدِّهِۦٓ إِلَيۡكَ إِلَّا مَا دُمۡتَ عَلَيۡهِ قَآئِمٗاۗ ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُواْ لَيۡسَ عَلَيۡنَا فِي ٱلۡأُمِّيِّـۧنَ سَبِيلٞ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ وَهُمۡ يَعۡلَمُونَ ﴿٧٥﴾

Kitab əhlindən eləsi var ki, ona bir yığın mal əmanət et­sən, onu sənə tam qaytarar. On­lardan eləsi də var ki, ona bir dinar ver­sən belə, başının üs­tündə durub tələb etməyincə onu sənə qay­tar­maz. Bu, ona görədir ki, onlar: “Avam­lar­dan ötrü bizə günah ol­maz!”– de­yirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər.

Ali 'Imran 3:98

قُلۡ يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لِمَ تَكۡفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَٱللَّهُ شَهِيدٌ عَلَىٰ مَا تَعۡمَلُونَ ﴿٩٨﴾

De: “Ey Kitab əhli! Allah si­zin et­dik­lərinizə şahid ol­du­ğu hal­da, nə üçün siz Allahın ayə­lərini inkar edir­si­niz?!”

Ali 'Imran 3:99

قُلۡ يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لِمَ تَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ مَنۡ ءَامَنَ تَبۡغُونَهَا عِوَجٗا وَأَنتُمۡ شُهَدَآءُۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ﴿٩٩﴾

De: “Ey Kitab əhli! Siz haq­qa şahid olduğunuz halda, nə üçün doğru yolu əyri gös­tər­məyə çalışaraq iman gəti­rən­ləri Allah yo­lundan sapdırır­sı­nız?!” Halbuki, Allah sizin et­dik­lə­ri­nizdən qafil deyil­dir.

Ali 'Imran 3:110

كُنتُمۡ خَيۡرَ أُمَّةٍ أُخۡرِجَتۡ لِلنَّاسِ تَأۡمُرُونَ بِٱلۡمَعۡرُوفِ وَتَنۡهَوۡنَ عَنِ ٱلۡمُنكَرِ وَتُؤۡمِنُونَ بِٱللَّهِۗ وَلَوۡ ءَامَنَ أَهۡلُ ٱلۡكِتَٰبِ لَكَانَ خَيۡرٗا لَّهُمۚ مِّنۡهُمُ ٱلۡمُؤۡمِنُونَ وَأَكۡثَرُهُمُ ٱلۡفَٰسِقُونَ ﴿١١٠﴾

Siz insanlar üçün üzə çı­xa­rılmış ən xeyirli üm­mət­si­niz; on­la­ra yaxşı işlər gör­məyi əmr edir, pis əməlləri qa­dağan edir və Alla­ha iman gəti­rir­si­niz. Ki­tab əhli də iman gətir­səydi, əl­bəttə, on­lar üçün yaxşı olardı. On­ların ara­sın­da iman gətirənlər də var­dır. Ək­səriy­yəti isə haqq yolu­nu az­mış fa­siqlərdir.

Ali 'Imran 3:113

۞لَيۡسُواْ سَوَآءٗۗ مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ أُمَّةٞ قَآئِمَةٞ يَتۡلُونَ ءَايَٰتِ ٱللَّهِ ءَانَآءَ ٱلَّيۡلِ وَهُمۡ يَسۡجُدُونَ ﴿١١٣﴾

Onların hamısı eyni deyil­. Kitab əhli içərisində dinində sa­bit­qədəm bir toplum vardır ki, onlar gecələri səc­də­yə qa­pa­nıb Allahın ayə­lə­rini oxu­yur­lar.

Ali 'Imran 3:199

وَإِنَّ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَمَن يُؤۡمِنُ بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيۡكُمۡ وَمَآ أُنزِلَ إِلَيۡهِمۡ خَٰشِعِينَ لِلَّهِ لَا يَشۡتَرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ ثَمَنٗا قَلِيلًاۚ أُوْلَـٰٓئِكَ لَهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡۗ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ ﴿١٩٩﴾

Doğrusu, Kitab əhlin­dən elələ­ri də var ki, onlar Allaha, həm sizə nazil edilənə, həm də öz­­lə­rinə nazil edi­lənə, Allaha müti ola­raq iman gəti­rər, Alla­hın ayə­­lə­rini ucuz qiy­mətə satmazlar. Məhz on­­ların öz Rəb­bi yanında mükafatları var­dır. Şüb­həsiz ki, Allah tez haqq-he­sab çəkəndir.

An-Nisa 4:123

لَّيۡسَ بِأَمَانِيِّكُمۡ وَلَآ أَمَانِيِّ أَهۡلِ ٱلۡكِتَٰبِۗ مَن يَعۡمَلۡ سُوٓءٗا يُجۡزَ بِهِۦ وَلَا يَجِدۡ لَهُۥ مِن دُونِ ٱللَّهِ وَلِيّٗا وَلَا نَصِيرٗا ﴿١٢٣﴾

Bu nemətə nail olmaq nə si­zin ar­zunuzla, nə də Kitab əh­li­nin arzusu ilə­dir. Pislik edən kəs, onun cəzasını ala­caq və o, Allah­dan başqa özünə nə bir dost, nə də bir yar­dımçı tapa­caqdır.

An-Nisa 4:153

يَسۡـَٔلُكَ أَهۡلُ ٱلۡكِتَٰبِ أَن تُنَزِّلَ عَلَيۡهِمۡ كِتَٰبٗا مِّنَ ٱلسَّمَآءِۚ فَقَدۡ سَأَلُواْ مُوسَىٰٓ أَكۡبَرَ مِن ذَٰلِكَ فَقَالُوٓاْ أَرِنَا ٱللَّهَ جَهۡرَةٗ فَأَخَذَتۡهُمُ ٱلصَّـٰعِقَةُ بِظُلۡمِهِمۡۚ ثُمَّ ٱتَّخَذُواْ ٱلۡعِجۡلَ مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَٰتُ فَعَفَوۡنَا عَن ذَٰلِكَۚ وَءَاتَيۡنَا مُوسَىٰ سُلۡطَٰنٗا مُّبِينٗا ﴿١٥٣﴾

Kitab əhli səndən on­lara göy­dən bir kitab endirmə­yini is­tə­yirlər. On­lar Musadan, bundan daha böyüyü­nü istə­yə­rək: “Alla­hı bizə açıq-aşkar gös­tər!”– de­miş­dilər. Haqsız­lıqlarına görə on­­­ları ildırım vur­muşdu. Sonra on­lara gə­lən açıq-aydın dəlillərin ardın­dan bu­­zovu məbud qəbul etdilər. Biz bu­nu da əfv etdik və Musa­ya açıq-aşkar dəlil verdik.

An-Nisa 4:157

وَقَوۡلِهِمۡ إِنَّا قَتَلۡنَا ٱلۡمَسِيحَ عِيسَى ٱبۡنَ مَرۡيَمَ رَسُولَ ٱللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَٰكِن شُبِّهَ لَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِيهِ لَفِي شَكّٖ مِّنۡهُۚ مَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍ إِلَّا ٱتِّبَاعَ ٱلظَّنِّۚ وَمَا قَتَلُوهُ يَقِينَۢا ﴿١٥٧﴾

bir də: “Biz Alla­hın elçisi Məryəm oğlu İsa Mə­si­hi öldür­dük!”– dediklə­ri­nə görə lənə­tə düçar edil­dilər. Halbuki onu nə öl­dür­­dülər, nə də çarmı­xa çəkdi­lər. Onlara an­caq İsanın bən­zəri gös­tə­rildi. Şübhəsiz ki, bunda ix­ti­laf edən­lər onun barə­sin­də şəkk-şübhə için­də­dirlər. Bu haqda on­la­rın, zənnə uymaq­dan başqa heç bir bilgisi yox­dur. Onlar onu öl­dür­dük­lə­rinə əmin deyildilər.

An-Nisa 4:159

وَإِن مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ إِلَّا لَيُؤۡمِنَنَّ بِهِۦ قَبۡلَ مَوۡتِهِۦۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكُونُ عَلَيۡهِمۡ شَهِيدٗا ﴿١٥٩﴾

Kitab əhlindən hər kəs öz ölümündən, ya­xud İsa­nın ölümün­dən əvvəl ona iman gətirəcək. Qiya­mət günü isə İsa onların əley­hi­nə şa­hid ola­caqdır.

An-Nisa 4:171

يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لَا تَغۡلُواْ فِي دِينِكُمۡ وَلَا تَقُولُواْ عَلَى ٱللَّهِ إِلَّا ٱلۡحَقَّۚ إِنَّمَا ٱلۡمَسِيحُ عِيسَى ٱبۡنُ مَرۡيَمَ رَسُولُ ٱللَّهِ وَكَلِمَتُهُۥٓ أَلۡقَىٰهَآ إِلَىٰ مَرۡيَمَ وَرُوحٞ مِّنۡهُۖ فَـَٔامِنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦۖ وَلَا تَقُولُواْ ثَلَٰثَةٌۚ ٱنتَهُواْ خَيۡرٗا لَّكُمۡۚ إِنَّمَا ٱللَّهُ إِلَٰهٞ وَٰحِدٞۖ سُبۡحَٰنَهُۥٓ أَن يَكُونَ لَهُۥ وَلَدٞۘ لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلٗا ﴿١٧١﴾

Ey Kitab əhli! Dini­niz­də ifrata varmayın və Allah ba­­rə­sin­də hə­qi­qətdən başqa bir şey söyləməyin. Məryəm oğ­lu İsa Məsih an­caq Allahın el­çisi, Onun Məryəmə gön­dər­diyi “Ol!” kəlməsi və Onun tə­rə­fin­dən gön­dərilən bir ruh­dur. Allaha və Onun el­çilə­rinə iman gətirin və: “Tanrı üç­dür!” de­məyin. Batil əqidə­nizə son qo­yun! Bu sizin üçün xe­yir­li olar. Həqi­qə­tən, Allah Tək İlahdır! O, pak­dır, mü­qəd­dəs­dir, övladı ol­maqdan uzaq­­dır. Göy­lərdə və yerdə nə var­sa, Ona məx­susdur. Vəkil ola­raq Allah yetər.

An-Nisa 4:172

لَّن يَسۡتَنكِفَ ٱلۡمَسِيحُ أَن يَكُونَ عَبۡدٗا لِّلَّهِ وَلَا ٱلۡمَلَـٰٓئِكَةُ ٱلۡمُقَرَّبُونَۚ وَمَن يَسۡتَنكِفۡ عَنۡ عِبَادَتِهِۦ وَيَسۡتَكۡبِرۡ فَسَيَحۡشُرُهُمۡ إِلَيۡهِ جَمِيعٗا ﴿١٧٢﴾

Nə İsa Məsih Allahın qu­lu ol­ma­ğı özünə ar bilər, nə də Alla­ha yaxın olan mələklər. Allah Ona ibadət etməyi özlə­rinə ar bi­lənlərin və təkəbbür­lük gös­tə­rən­lərin hamısını Öz hüzuruna top­laya­caqdır.

Al-Ma'idah 5:17

لَّقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَۚ قُلۡ فَمَن يَمۡلِكُ مِنَ ٱللَّهِ شَيۡـًٔا إِنۡ أَرَادَ أَن يُهۡلِكَ ٱلۡمَسِيحَ ٱبۡنَ مَرۡيَمَ وَأُمَّهُۥ وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعٗاۗ وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَاۚ يَخۡلُقُ مَا يَشَآءُۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿١٧﴾

“Şübhəsiz ki, Allah Mər­yəm oğlu Məsihdir!”– deyən­lər ar­tıq kafir oldu­lar. De: “Əgər Allah Mər­yəm oğlu Məsihi, onun ana­sı­nı və yer üzün­də olanların hamı­sı­nı məhv et­mək istəsə, kim Ona bir şeylə mane ola bilər?” Göy­lə­rin, ye­rin və onların ara­sın­da olan­­la­rın mülkü Allaha məx­sus­dur. Allah istədiyini yaradır. Allah hər şeyə qadirdir.

Al-Ma'idah 5:18

وَقَالَتِ ٱلۡيَهُودُ وَٱلنَّصَٰرَىٰ نَحۡنُ أَبۡنَـٰٓؤُاْ ٱللَّهِ وَأَحِبَّـٰٓؤُهُۥۚ قُلۡ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُمۖ بَلۡ أَنتُم بَشَرٞ مِّمَّنۡ خَلَقَۚ يَغۡفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُۚ وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَاۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ ﴿١٨﴾

Yəhudilər və xaçpərəst­lər: “Biz Allahın oğulları və se­vimli­ləri­yik”– dedilər. De: “On­da nə üçün Allah sizə günah­la­rı­nı­za görə əzab verir? Əksinə, siz Onun yaratdığı bir bəşər­si­niz.” O, istədiyi­ni ba­ğışlar, istədiyinə də əzab verər. Göylərin, yerin və on­la­rın ara­sında olanların mülkü Allaha məxsusdur. Dönüş də ancaq Ona­dır.

Al-Ma'idah 5:19

يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ قَدۡ جَآءَكُمۡ رَسُولُنَا يُبَيِّنُ لَكُمۡ عَلَىٰ فَتۡرَةٖ مِّنَ ٱلرُّسُلِ أَن تَقُولُواْ مَا جَآءَنَا مِنۢ بَشِيرٖ وَلَا نَذِيرٖۖ فَقَدۡ جَآءَكُم بَشِيرٞ وَنَذِيرٞۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿١٩﴾

Ey Kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövr­də: “Bizə müjdələyən və qor­­xudan kimsə gəlmədi”– de­mə­yə­si­niz deyə, haqqı bəyan edən rəsulumuz gəldi. Artıq sizə müj­dələyən və qor­xudan bir pey­ğəmbər gəldi. Allah hər şeyə qadirdir.

Al-Ma'idah 5:51

۞يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ ٱلۡيَهُودَ وَٱلنَّصَٰرَىٰٓ أَوۡلِيَآءَۘ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمۡ فَإِنَّهُۥ مِنۡهُمۡۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ ﴿٥١﴾

Ey iman gətirənlər! Yə­hudi və xaç­pərəstləri özünüzə dost tut­mayın! Onlar bir-biri­nin dostu­dur­lar. Siz­lərdən kim on­ları özü­nə dost tu­tarsa, o da onlar­dan­dır. Şübhəsiz ki, Allah za­lım qövmü doğru yo­la yö­nəlt­məz.

Al-Ma'idah 5:59

قُلۡ يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ هَلۡ تَنقِمُونَ مِنَّآ إِلَّآ أَنۡ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيۡنَا وَمَآ أُنزِلَ مِن قَبۡلُ وَأَنَّ أَكۡثَرَكُمۡ فَٰسِقُونَ ﴿٥٩﴾

De: “Ey Kitab əhli! Yal­nız Alla­ha, bizə nazil edilənə və biz­dən əvvəl na­zil edilən­lə­rə iman gətirdiyimizə və si­zin əksəriyyə­ti­ni­zin fasiq ol­duğu­na görə­mi bizdən xoşunuz gəlmir?!”

Al-Ma'idah 5:65

وَلَوۡ أَنَّ أَهۡلَ ٱلۡكِتَٰبِ ءَامَنُواْ وَٱتَّقَوۡاْ لَكَفَّرۡنَا عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَلَأَدۡخَلۡنَٰهُمۡ جَنَّـٰتِ ٱلنَّعِيمِ ﴿٦٥﴾

Əgər Kitab əhli iman gə­­ti­rib Allah­dan qorxsaydı, əlbət­tə, Biz, onların təq­sirlərindən keçər və onları Nəim cən­nətlərinə daxil edərdik.

Al-Ma'idah 5:68

قُلۡ يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لَسۡتُمۡ عَلَىٰ شَيۡءٍ حَتَّىٰ تُقِيمُواْ ٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيۡكُم مِّن رَّبِّكُمۡۗ وَلَيَزِيدَنَّ كَثِيرٗا مِّنۡهُم مَّآ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ طُغۡيَٰنٗا وَكُفۡرٗاۖ فَلَا تَأۡسَ عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ ﴿٦٨﴾

De: “Ey Kitab əhli! Tövrata, İncilə və Rəb­bi­niz­dən sizə na­zil edilənə düz­gün əməl etmədikcə, siz doğru bir şey (yol) üzərində deyil­siniz.” Əl­bəttə, Rəb­bin­dən sə­nə nazil edi­lən Qu­ran onlardan bir çoxunun az­ğınlı­ğını və küf­rünü artı­racaq­dır. Sən isə kafir top­lum üçün heyifsi­lənmə.

Al-Ma'idah 5:69

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَادُواْ وَٱلصَّـٰبِـُٔونَ وَٱلنَّصَٰرَىٰ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَعَمِلَ صَٰلِحٗا فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ﴿٦٩﴾

Şübhəsiz ki, iman gətirənlərin, habelə, yə­hudilərdən, sabii­lərdən və nəsra­ni­lər­dən Allaha və Axi­rət gü­nünə iman gətirib yax­şı iş gö­rən­lə­rin heç bir qorxusu yox­dur və onlar kə­dərlənmə­yəcəklər.

Al-Ma'idah 5:72

لَقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَۖ وَقَالَ ٱلۡمَسِيحُ يَٰبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱعۡبُدُواْ ٱللَّهَ رَبِّي وَرَبَّكُمۡۖ إِنَّهُۥ مَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ حَرَّمَ ٱللَّهُ عَلَيۡهِ ٱلۡجَنَّةَ وَمَأۡوَىٰهُ ٱلنَّارُۖ وَمَا لِلظَّـٰلِمِينَ مِنۡ أَنصَارٖ ﴿٧٢﴾

“Şübhəsiz ki, Allah Mər­yəm oğlu Məsihdir”– deyənlər artıq kafir oldu­lar. Məsih isə de­mişdir: “Ey İsrail oğul­ları! Rəb­bim və Rəbbiniz olan Alla­ha iba­dət edin! Həqiqətən də, Allaha şə­rik qo­şan kimsəyə, Allah Cən­nə­ti haram etmişdir və onun gedəcəyi yer Od­dur. Za­­lımlara kömək edən olmaya­caqdır”.

Al-Ma'idah 5:73

لَّقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ ثَالِثُ ثَلَٰثَةٖۘ وَمَا مِنۡ إِلَٰهٍ إِلَّآ إِلَٰهٞ وَٰحِدٞۚ وَإِن لَّمۡ يَنتَهُواْ عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ عَذَابٌ أَلِيمٌ ﴿٧٣﴾

“Allah üç­lü­yün üçün­cü­sü­dür!”– deyən­lər ar­tıq kafir ol­du­lar. Halbuki Tək İlahdan başqa ibadətə layiq olan heç bir məbud yox­dur. Əgər onlar de­dik­lərinə son qoy­masalar, on­lar­dan kafir olan­lara mütləq ağ­rılı-acılı bir əzab toxuna­caqdır.

Al-Ma'idah 5:74

أَفَلَا يَتُوبُونَ إِلَى ٱللَّهِ وَيَسۡتَغۡفِرُونَهُۥۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ﴿٧٤﴾

Onlar Allaha tövbə edib On­dan ba­ğışlanma diləməyə­cək­lər­mi­? Allah ki Ba­ğış­layan­dır, Rəhm­lidir.

Al-Ma'idah 5:75

مَّا ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَ إِلَّا رَسُولٞ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِ ٱلرُّسُلُ وَأُمُّهُۥ صِدِّيقَةٞۖ كَانَا يَأۡكُلَانِ ٱلطَّعَامَۗ ٱنظُرۡ كَيۡفَ نُبَيِّنُ لَهُمُ ٱلۡأٓيَٰتِ ثُمَّ ٱنظُرۡ أَنَّىٰ يُؤۡفَكُونَ ﴿٧٥﴾

Məryəm oğlu Məsih an­caq bir el­çidir, ondan əvvəl də el­çi­lər gəlib get­mişlər. Onun anası isə Allaha sidq ürək­dən inanan bir qa­dın idi. Hər ikisi də yemək ye­yirdi. Bax gör ayə­lərimizi on­lara necə bəyan edi­rik, sonra da gör onlar haq­dan necə döndərilirlər.

Al-Ma'idah 5:76

قُلۡ أَتَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمۡلِكُ لَكُمۡ ضَرّٗا وَلَا نَفۡعٗاۚ وَٱللَّهُ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴿٧٦﴾

De: “Allahı qoyub sizə nə bir zə­rər, nə də bir fayda ve­rə bil­­məyən şey­lə­rəmi iba­dət edirsi­niz?” Allah Eşidən­dir, Bi­ləndir.

Al-Ma'idah 5:77

قُلۡ يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لَا تَغۡلُواْ فِي دِينِكُمۡ غَيۡرَ ٱلۡحَقِّ وَلَا تَتَّبِعُوٓاْ أَهۡوَآءَ قَوۡمٖ قَدۡ ضَلُّواْ مِن قَبۡلُ وَأَضَلُّواْ كَثِيرٗا وَضَلُّواْ عَن سَوَآءِ ٱلسَّبِيلِ ﴿٧٧﴾

De: “Ey Kitab əhli! Dini­­niz­də haq­sız yerə ifrata var­ma­yın. Ön­cə azmış, bir çoxlarını da az­dırmış və doğru yol­dan çıxmış bir dəstənin istəklərinə tabe ol­mayın”.

Al-Ma'idah 5:82

۞لَتَجِدَنَّ أَشَدَّ ٱلنَّاسِ عَدَٰوَةٗ لِّلَّذِينَ ءَامَنُواْ ٱلۡيَهُودَ وَٱلَّذِينَ أَشۡرَكُواْۖ وَلَتَجِدَنَّ أَقۡرَبَهُم مَّوَدَّةٗ لِّلَّذِينَ ءَامَنُواْ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّا نَصَٰرَىٰۚ ذَٰلِكَ بِأَنَّ مِنۡهُمۡ قِسِّيسِينَ وَرُهۡبَانٗا وَأَنَّهُمۡ لَا يَسۡتَكۡبِرُونَ ﴿٨٢﴾

Yəhudiləri və müşrikləri iman gə­tirənlərə qarşı düş­mən­çi­lik edən in­sanların ən pisi ol­du­ğunu görəcəksən. “Biz xaç­pərəs­tik!”– de­yənləri isə dost­luq baxı­mından iman gətirən­lərə ən ya­xın ol­du­ğunu görə­cəksən. Çünki on­la­rın arasın­da keşişlər və ra­hiblər var­dır və onlar təkəb­bür­lük gös­tərmir­lər.

Al-Ma'idah 5:83

وَإِذَا سَمِعُواْ مَآ أُنزِلَ إِلَى ٱلرَّسُولِ تَرَىٰٓ أَعۡيُنَهُمۡ تَفِيضُ مِنَ ٱلدَّمۡعِ مِمَّا عَرَفُواْ مِنَ ٱلۡحَقِّۖ يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱكۡتُبۡنَا مَعَ ٱلشَّـٰهِدِينَ ﴿٨٣﴾

Allahın elçisinə nazil edi­lə­ni din­lədikləri zaman haqqı bil­dik­lə­ri­nə görə onların göz­lə­rinin yaşla dolduğunu gö­rər­sən. On­lar de­yər­lər: “Ey Rəb­bimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir ye­rə yaz!

Al-Ma'idah 5:84

وَمَا لَنَا لَا نُؤۡمِنُ بِٱللَّهِ وَمَا جَآءَنَا مِنَ ٱلۡحَقِّ وَنَطۡمَعُ أَن يُدۡخِلَنَا رَبُّنَا مَعَ ٱلۡقَوۡمِ ٱلصَّـٰلِحِينَ ﴿٨٤﴾

Nə üçün biz Allaha və bi­zə gələn haqqa inanmayaq? Biz ki Rəbbimizin bizi əməli­saleh ca­maatla birlikdə Cən­nə­tə daxil edə­­cə­yi­nə ümid edi­rik”.

Al-Ma'idah 5:85

فَأَثَٰبَهُمُ ٱللَّهُ بِمَا قَالُواْ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَذَٰلِكَ جَزَآءُ ٱلۡمُحۡسِنِينَ ﴿٨٥﴾

Belə dediklərinə görə də Allah on­ları ağacları altından çay­lar axan, için­də əbədi qala­caq­ları cən­nətlərlə mü­kafat­lan­dır­dı. Yaxşı iş görən­lərin mü­ka­fatı budur.

Al-Ma'idah 5:86

وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَحِيمِ ﴿٨٦﴾

Kafir olub ayələrimizi ya­lan sa­yan­lar Cəhənnəm sakin­­lə­ri­dir­lər.

At-Tawbah 9:30

وَقَالَتِ ٱلۡيَهُودُ عُزَيۡرٌ ٱبۡنُ ٱللَّهِ وَقَالَتِ ٱلنَّصَٰرَى ٱلۡمَسِيحُ ٱبۡنُ ٱللَّهِۖ ذَٰلِكَ قَوۡلُهُم بِأَفۡوَٰهِهِمۡۖ يُضَٰهِـُٔونَ قَوۡلَ ٱلَّذِينَ كَفَرُواْ مِن قَبۡلُۚ قَٰتَلَهُمُ ٱللَّهُۖ أَنَّىٰ يُؤۡفَكُونَ ﴿٣٠﴾

Yəhudilər: “Üzeyir Alla­hın oğlu­dur”– dedilər. Xaçpə­rəstlər də: “Məsih Allahın oğ­ludur”– dedi­lər. Bu onların ağız­ların­dan çı­xan sözlərdir. Bu, da­ha əv­vəlki kafir­lərin sözlə­rinə ox­şayır. Allah on­ları məhv et­sin! Gör necə də haq­­dan dön­dəri­lirlər!

At-Tawbah 9:31

ٱتَّخَذُوٓاْ أَحۡبَارَهُمۡ وَرُهۡبَٰنَهُمۡ أَرۡبَابٗا مِّن دُونِ ٱللَّهِ وَٱلۡمَسِيحَ ٱبۡنَ مَرۡيَمَ وَمَآ أُمِرُوٓاْ إِلَّا لِيَعۡبُدُوٓاْ إِلَٰهٗا وَٰحِدٗاۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَۚ سُبۡحَٰنَهُۥ عَمَّا يُشۡرِكُونَ ﴿٣١﴾

Onlar Allahı qoyub baş elm adamlarını və rahiblərini, bir də Mər­yəm oğlu İsa­nı tanrılar qə­bul et­­dilər. Halbuki on­la­ra an­caq tək olan İlaha ibadət et­mək əmr olun­muşdu. Ondan başqa ibadə­tə la­yiq olan məbud yox­­dur. O, bunların şərik qoş­duq­ları şeylərdən uzaq­dır.

Al-Hajj 22:17

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَادُواْ وَٱلصَّـٰبِـِٔينَ وَٱلنَّصَٰرَىٰ وَٱلۡمَجُوسَ وَٱلَّذِينَ أَشۡرَكُوٓاْ إِنَّ ٱللَّهَ يَفۡصِلُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ ﴿١٧﴾

Şübhəsiz ki, Qiyamət gü­nü Allah möminlər, yəhudi­lər, sa­bi­ilər, xaçpə­rəst­­lər, atəş­pə­rəst­lər və müşriklər ara­sında hökm ve­rə­cəkdir. Həqiqətən, Allah hər şeyə şahiddir.

Al-Hadid 57:29

لِّئَلَّا يَعۡلَمَ أَهۡلُ ٱلۡكِتَٰبِ أَلَّا يَقۡدِرُونَ عَلَىٰ شَيۡءٖ مِّن فَضۡلِ ٱللَّهِ وَأَنَّ ٱلۡفَضۡلَ بِيَدِ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۚ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ ﴿٢٩﴾

Beləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklər. Şübhəsiz ki, lütf Allahın əlin­dədir, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir.

Al-Hashr 59:2

هُوَ ٱلَّذِيٓ أَخۡرَجَ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ مِن دِيَٰرِهِمۡ لِأَوَّلِ ٱلۡحَشۡرِۚ مَا ظَنَنتُمۡ أَن يَخۡرُجُواْۖ وَظَنُّوٓاْ أَنَّهُم مَّانِعَتُهُمۡ حُصُونُهُم مِّنَ ٱللَّهِ فَأَتَىٰهُمُ ٱللَّهُ مِنۡ حَيۡثُ لَمۡ يَحۡتَسِبُواْۖ وَقَذَفَ فِي قُلُوبِهِمُ ٱلرُّعۡبَۚ يُخۡرِبُونَ بُيُوتَهُم بِأَيۡدِيهِمۡ وَأَيۡدِي ٱلۡمُؤۡمِنِينَ فَٱعۡتَبِرُواْ يَـٰٓأُوْلِي ٱلۡأَبۡصَٰرِ ﴿٢﴾

Kitab əhlindən kafir olan­ları ilk dəfə toplayıb öz diya­rından çı­xardan Odur. Siz on­ların çıxacaqlarını güman et­mir­diniz. Onlar isə elə gü­man edir­di­lər ki, qalaları onları Allah­dan qo­ru­ya­caq. Allah isə on­ları gözləmə­dik­ləri yer­dən haq­layıb qəlblərinə qorxu sal­dı. On­lar ev­lərini həm öz əl­ləri, həm də möminlərin əlləri ilə da­ğı­dırdılar. İbrət götürün, ey ağıl sahibləri!

Al-Hashr 59:11

۞أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ نَافَقُواْ يَقُولُونَ لِإِخۡوَٰنِهِمُ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَئِنۡ أُخۡرِجۡتُمۡ لَنَخۡرُجَنَّ مَعَكُمۡ وَلَا نُطِيعُ فِيكُمۡ أَحَدًا أَبَدٗا وَإِن قُوتِلۡتُمۡ لَنَنصُرَنَّكُمۡ وَٱللَّهُ يَشۡهَدُ إِنَّهُمۡ لَكَٰذِبُونَ ﴿١١﴾

Münafiqlərin, Kitab əh­lindən ka­fir olan qardaşlarına: “Əgər siz yur­du­nuzdan qovul­sanız, biz də sizinlə bir­likdə çı­xıb gedəcək və si­zə qarşı heç vaxt heç kəsə tabe olmaya­ca­ğıq. Əgər mü­səl­man­lar sizə qar­şı vuruşsalar, müt­ləq sizə kö­mək edəcəyik!”– de­dik­lə­ri­ni görmədinmi? Allah onların ya­lançı ol­duğuna şahiddir.

As-Saf 61:14

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُونُوٓاْ أَنصَارَ ٱللَّهِ كَمَا قَالَ عِيسَى ٱبۡنُ مَرۡيَمَ لِلۡحَوَارِيِّـۧنَ مَنۡ أَنصَارِيٓ إِلَى ٱللَّهِۖ قَالَ ٱلۡحَوَارِيُّونَ نَحۡنُ أَنصَارُ ٱللَّهِۖ فَـَٔامَنَت طَّآئِفَةٞ مِّنۢ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ وَكَفَرَت طَّآئِفَةٞۖ فَأَيَّدۡنَا ٱلَّذِينَ ءَامَنُواْ عَلَىٰ عَدُوِّهِمۡ فَأَصۡبَحُواْ ظَٰهِرِينَ ﴿١٤﴾

Ey iman gətirənlər! Alla­hın kö­mək­çiləri olun. Necə ki, Mər­yəm oğlu İsa hə­varilərə: “Allah yolunda kimlər mənə kö­məkçi ola­caq?”– demiş, hə­va­rilər də: “Bizik Allahın kö­məkçi­ləri!”– de­miş­di­lər. İsrail oğul­larından bir zümrə iman gə­tirdi, digər bir züm­rə isə ka­fir oldu. Biz də iman gəti­rən­ləri düş­mən­lərinə qarşı qüv­vət­lən­dir­dik və onlar üstün gəl­di­lər.

Mövzular