quranm◉

Surə An-Nisa 4:23

حُرِّمَتۡ عَلَيۡكُمۡ أُمَّهَٰتُكُمۡ وَبَنَاتُكُمۡ وَأَخَوَٰتُكُمۡ وَعَمَّـٰتُكُمۡ وَخَٰلَٰتُكُمۡ وَبَنَاتُ ٱلۡأَخِ وَبَنَاتُ ٱلۡأُخۡتِ وَأُمَّهَٰتُكُمُ ٱلَّـٰتِيٓ أَرۡضَعۡنَكُمۡ وَأَخَوَٰتُكُم مِّنَ ٱلرَّضَٰعَةِ وَأُمَّهَٰتُ نِسَآئِكُمۡ وَرَبَـٰٓئِبُكُمُ ٱلَّـٰتِي فِي حُجُورِكُم مِّن نِّسَآئِكُمُ ٱلَّـٰتِي دَخَلۡتُم بِهِنَّ فَإِن لَّمۡ تَكُونُواْ دَخَلۡتُم بِهِنَّ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ وَحَلَـٰٓئِلُ أَبۡنَآئِكُمُ ٱلَّذِينَ مِنۡ أَصۡلَٰبِكُمۡ وَأَن تَجۡمَعُواْ بَيۡنَ ٱلۡأُخۡتَيۡنِ إِلَّا مَا قَدۡ سَلَفَۗ إِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا ﴿٢٣﴾

◉

Tərcümə

Sizə analarınız, qız­ları­nız, ba­cıla­rı­nız, bibiləriniz, xa­la­la­rı­nız, qardaş qız­ları, bacı qız­ları, sizi əmizdirən süd ana­ları­nız, süd ba­cılarınız, arvad­ları­nızın ana­la­rı, yaxınlıq etdi­yiniz qadınlarınız­dan olan hima­yə­niz­dəki ögey qız­larınız, – yox əgər o qadın­larla ya­xın­lıq et­məmiş­si­niz­sə, onda onların qız­la­rı­ ilə ev­lən­məyi­niz sizə gü­nah de­yil­dir, – öz beli­niz­dən gə­lən oğul­la­rını­zın arvadları ilə ev­lən­mək və iki bacını birlikdə al­maq ha­ram edildi. Olub-ke­çən­lər isə artıq keç­mişdir. Həqi­qə­tən, Allah ba­ğışlayan­dır, rəhm­lidir.
— Alikhan Musayev
Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qizları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
— Azerbaijani

◉ Surə · ∞