quranm◉

Surə An-Nisa 4:43

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَقۡرَبُواْ ٱلصَّلَوٰةَ وَأَنتُمۡ سُكَٰرَىٰ حَتَّىٰ تَعۡلَمُواْ مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِي سَبِيلٍ حَتَّىٰ تَغۡتَسِلُواْۚ وَإِن كُنتُم مَّرۡضَىٰٓ أَوۡ عَلَىٰ سَفَرٍ أَوۡ جَآءَ أَحَدٞ مِّنكُم مِّنَ ٱلۡغَآئِطِ أَوۡ لَٰمَسۡتُمُ ٱلنِّسَآءَ فَلَمۡ تَجِدُواْ مَآءٗ فَتَيَمَّمُواْ صَعِيدٗا طَيِّبٗا فَٱمۡسَحُواْ بِوُجُوهِكُمۡ وَأَيۡدِيكُمۡۗ إِنَّ ٱللَّهَ كَانَ عَفُوًّا غَفُورًا ﴿٤٣﴾

◉

Tərcümə

Ey iman gətirənlər! Sər­xoş ikən nə dediyinizi anla­ya­na qə­dər, eləcə də, cunub olduğunuz halda, – yolda olan müsafirlər is­tisna ol­maqla – qüsl edənə­dək nama­za yaxın­laş­mayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlər­dən biri ayaq yolun­dan gəlibsə və ya qadın­lar­la yaxın­lıq etmişsinizsə, su tap­ma­sa­nız, təmiz tor­paqla təyəm­müm edin, üzünüzə və əllə­ri­nizə sür­tün! Hə­qi­qətən, Allah əfv edən­­dir, bağış­la­yan­dır.
— Alikhan Musayev
Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstəmaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, (ovuclarınızı) üzünüzə və əllərinizə sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır!
— Azerbaijani

◉ Surə · ∞