quranm◉

Surə An-Nisa 4:77

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ قِيلَ لَهُمۡ كُفُّوٓاْ أَيۡدِيَكُمۡ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ فَلَمَّا كُتِبَ عَلَيۡهِمُ ٱلۡقِتَالُ إِذَا فَرِيقٞ مِّنۡهُمۡ يَخۡشَوۡنَ ٱلنَّاسَ كَخَشۡيَةِ ٱللَّهِ أَوۡ أَشَدَّ خَشۡيَةٗۚ وَقَالُواْ رَبَّنَا لِمَ كَتَبۡتَ عَلَيۡنَا ٱلۡقِتَالَ لَوۡلَآ أَخَّرۡتَنَآ إِلَىٰٓ أَجَلٖ قَرِيبٖۗ قُلۡ مَتَٰعُ ٱلدُّنۡيَا قَلِيلٞ وَٱلۡأٓخِرَةُ خَيۡرٞ لِّمَنِ ٱتَّقَىٰ وَلَا تُظۡلَمُونَ فَتِيلًا ﴿٧٧﴾

◉

Tərcümə

Məgər sən, özlərinə: “Mü­haribə­dən əl çəkin, namaz qılın və zə­kat ve­rin!”– deyilən kəs­ləri gör­mədinmi? On­lara vu­ruşmaq fərz buyrulduqda, içə­ri­lə­rindən bir dəstəsi Allahdan qorx­duq­la­rı ki­mi, hətta daha artıq qorxu ilə in­­san­lardan qorx­dular və: “Ey Rəbbi­miz! Nə üçün vuruşmağı bizə fərz buyurdun? Nə olardı ki, bi­zə yaxın vax­ta­dək möh­lət verəy­din!”– dedi­lər. De: “Dün­yanın ləz­zəti az­dır. Müttəqilər üçün isə axi­rət daha xeyirlidir. Sizə xur­ma çər­də­yin­dəki lif qədər belə haqsız­lıq edil­məz”.
— Alikhan Musayev
(Ya Rəsulum!) O şəxsləri görmürsənmi ki, onlara (vaxtilə): “(Müharibədən) əl çəkin, namaz qılın, zəkat verin!” – deyilmişdi. Onlara cihad etmək vacib olduqda isə, içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq bir qorxu ilə insanlardan qorxuya düşərək: “Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər (öz əcəlimiz çatana qədər) yubandıraydın! (Daha bir müddət cihadı bizə vacib buyurmayaydın!)” – dedilər. Onlara söylə: ”Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqilər üçün axirət daha xeyirlidir. Sizə (müttəqilərə) xurma çərdəyində olan nazik tel qədər belə zülm olunmayacaq!”
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞