quranm◉

Surə An-Nisa 4:83

وَإِذَا جَآءَهُمۡ أَمۡرٞ مِّنَ ٱلۡأَمۡنِ أَوِ ٱلۡخَوۡفِ أَذَاعُواْ بِهِۦۖ وَلَوۡ رَدُّوهُ إِلَى ٱلرَّسُولِ وَإِلَىٰٓ أُوْلِي ٱلۡأَمۡرِ مِنۡهُمۡ لَعَلِمَهُ ٱلَّذِينَ يَسۡتَنۢبِطُونَهُۥ مِنۡهُمۡۗ وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ لَٱتَّبَعۡتُمُ ٱلشَّيۡطَٰنَ إِلَّا قَلِيلٗا ﴿٨٣﴾

◉

Tərcümə

Onlara əmin-amanlıq və ya qor­xu xəbəri gəldikdə, dərhal onu ya­yar­lar. Hal­buki bunu Pey­ğəm­bərə və özlərindən olan əmr sahib­lərinə çatdırsaydılar, içə­rilərin­dən o xəbərin mahiy­yətinə va­ran kəslər onu bi­lərdilər. Əgər sizə Alla­hın lüt­fü və rəhmi ol­ma­say­dı, əl­bət­tə, az bir qis­miniz istisna ol­maq­la, şeytana uyar­­­dı­nız.
— Alikhan Musayev
Onlara (münafiqlərə bə’zi müsəlmanların sadəlövhlüyü üzündən döyuş meydanından) əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki əgər (müsəlmanlar) bunu (münafiqlərə deyil), Peyğəmbərə və ya özlərindən (mö’minlərdən) olan ixtiyar (əmr) sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan (belə bir xəbərin yayılmasının məqsədəuyğun olub-olmadığını tə’yin etməyə qadir olan) kimsələr bilərdilər. Əgər Allahın lütfü (mərhəməti) üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz müstəsna olmaqla, Şeytana uyardınız.
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞