quranm◉

Mövzular · az

265 Ayə · Mövzular · az

Al-Baqarah 2:14

وَإِذَا لَقُواْ ٱلَّذِينَ ءَامَنُواْ قَالُوٓاْ ءَامَنَّا وَإِذَا خَلَوۡاْ إِلَىٰ شَيَٰطِينِهِمۡ قَالُوٓاْ إِنَّا مَعَكُمۡ إِنَّمَا نَحۡنُ مُسۡتَهۡزِءُونَ ﴿١٤﴾

Onlar möminlərlə rast­laş­­dıqda: “Biz iman gətirdik!”– de­­yir­lər, öz şey­tanları ilə təklik­də qal­dıqda isə: “Biz si­zin­ləyik. Biz mö­min­lərə ancaq istehza edirik!”– de­yir­lər.

Al-Baqarah 2:34

وَإِذۡ قُلۡنَا لِلۡمَلَـٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ أَبَىٰ وَٱسۡتَكۡبَرَ وَكَانَ مِنَ ٱلۡكَٰفِرِينَ ﴿٣٤﴾

Bir zaman Biz mələk­lə­rə: “Adə­mə səcdə edin!”– de­dikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib tə­kəbbür göstərdi və kafir­ oldu.

Al-Baqarah 2:35

وَقُلۡنَا يَـٰٓـَٔادَمُ ٱسۡكُنۡ أَنتَ وَزَوۡجُكَ ٱلۡجَنَّةَ وَكُلَا مِنۡهَا رَغَدًا حَيۡثُ شِئۡتُمَا وَلَا تَقۡرَبَا هَٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّـٰلِمِينَ ﴿٣٥﴾

Biz dedik: “Ey Adəm! Sən zöv­cənlə birlikdə Cən­nət­də sa­kin ol və ora­da rahat­lıqla nemət­ləri­miz­dən istə­diyi­niz yer­də yeyin için, təkcə bu ağaca ya­xınlaşma­yın! Yoxsa zalım­lar­dan olarsı­nız.”

Al-Baqarah 2:36

فَأَزَلَّهُمَا ٱلشَّيۡطَٰنُ عَنۡهَا فَأَخۡرَجَهُمَا مِمَّا كَانَا فِيهِۖ وَقُلۡنَا ٱهۡبِطُواْ بَعۡضُكُمۡ لِبَعۡضٍ عَدُوّٞۖ وَلَكُمۡ فِي ٱلۡأَرۡضِ مُسۡتَقَرّٞ وَمَتَٰعٌ إِلَىٰ حِينٖ ﴿٣٦﴾

Şeytan isə o ağacla on­la­rı çaşdı­rıb ol­duqları yer­dən çı­xart­dı. Biz de­dik: “Bir-biri­nizə düş­mən ola­raq aşağı enin! Yer­də si­zin üçün müəy­yən olun­muş vax­ta­dək məskən və gün-güzəran var­dır.”

Al-Baqarah 2:37

فَتَلَقَّىٰٓ ءَادَمُ مِن رَّبِّهِۦ كَلِمَٰتٖ فَتَابَ عَلَيۡهِۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ﴿٣٧﴾

Adəm tövbə etmək üçün Rəb­bin­dən kəlmələr öyrəndi, O da onun töv­bəsini qəbul et­di. Həqiqətən də, O, töv­bələri qəbul edən­dir, Rəhmlidir.

Al-Baqarah 2:38

قُلۡنَا ٱهۡبِطُواْ مِنۡهَا جَمِيعٗاۖ فَإِمَّا يَأۡتِيَنَّكُم مِّنِّي هُدٗى فَمَن تَبِعَ هُدَايَ فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ﴿٣٨﴾

Biz dedik: “Hamınız ora­dan yerə enin! Mənim tərə­fim­dən si­zə doğru yol göstəricisi gəldik­də, Mənim yol gös­tə­ri­ci­min ar­dın­ca ge­dən­lərə heç bir qorxu yox­dur və onlar kədər­lən­mə­yə­cəklər.”

Al-Baqarah 2:39

وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ﴿٣٩﴾

Kafir olub ayələrimizi ya­lan sa­yanlar isə Od sakinlə­ridir­lər. Onlar ora­da əbədi qa­lacaq­lar!

Al-Baqarah 2:168

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ كُلُواْ مِمَّا فِي ٱلۡأَرۡضِ حَلَٰلٗا طَيِّبٗا وَلَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٌ ﴿١٦٨﴾

Ey insanlar! Yer üzündə olan halal və təmiz olanlardan ye­yin, şeytanın addım izləri ilə getmə­yin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməni­niz­dir.

Al-Baqarah 2:169

إِنَّمَا يَأۡمُرُكُم بِٱلسُّوٓءِ وَٱلۡفَحۡشَآءِ وَأَن تَقُولُواْ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ﴿١٦٩﴾

O sizə yalnız pis və iyrənc iş­lər görməyi, üstəlik, Allaha qarşı bil­mədi­yiniz şeyləri söyləmənizi əmr edir.

Al-Baqarah 2:208

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱدۡخُلُواْ فِي ٱلسِّلۡمِ كَآفَّةٗ وَلَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ ﴿٢٠٨﴾

Ey iman gətirənlər! İs­la­mı bü­tövlüklə qə­bul edin və şey­ta­nın addım izləri ilə getmə­yin. Şübhə­siz ki, o sizə açıq-aydın düş­mən­dir.

Al-Baqarah 2:268

ٱلشَّيۡطَٰنُ يَعِدُكُمُ ٱلۡفَقۡرَ وَيَأۡمُرُكُم بِٱلۡفَحۡشَآءِۖ وَٱللَّهُ يَعِدُكُم مَّغۡفِرَةٗ مِّنۡهُ وَفَضۡلٗاۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٞ ﴿٢٦٨﴾

Şeytan sizi yoxsulluqla qor­xu­dur və sizə yaramaz işlər gör­­mə­­yi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlan­ma və lütf vəd edir. Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir.

Al-Baqarah 2:275

ٱلَّذِينَ يَأۡكُلُونَ ٱلرِّبَوٰاْ لَا يَقُومُونَ إِلَّا كَمَا يَقُومُ ٱلَّذِي يَتَخَبَّطُهُ ٱلشَّيۡطَٰنُ مِنَ ٱلۡمَسِّۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُوٓاْ إِنَّمَا ٱلۡبَيۡعُ مِثۡلُ ٱلرِّبَوٰاْۗ وَأَحَلَّ ٱللَّهُ ٱلۡبَيۡعَ وَحَرَّمَ ٱلرِّبَوٰاْۚ فَمَن جَآءَهُۥ مَوۡعِظَةٞ مِّن رَّبِّهِۦ فَٱنتَهَىٰ فَلَهُۥ مَا سَلَفَ وَأَمۡرُهُۥٓ إِلَى ٱللَّهِۖ وَمَنۡ عَادَ فَأُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ﴿٢٧٥﴾

Sələm yeyənlər qəbir­lə­rin­dən, şey­­tan vurmuş dəlinin qalx­dığı kimi qalxar­lar. Bu onların: “Alış-ve­riş də sələm­çi­lik kimi­dir!”– de­mə­lə­rinə görə­dir. Halbuki, Allah alış-ve­ri­şi ha­lal, sələm­çiliyi isə haram et­mişdir. Hər kim özü­nə Rəbbin­dən xəbərdarlıq gəl­dikdən sonra sələm­çiliyə son qoyar­sa, keçmişdə aldığı sələmlər onundur. Onun işi Allaha qa­lar. Kim yenə sələmçiliyə qayı­darsa, məhz onlar cəhənnəmlik olar və ora­da sürəkli qalarlar.

Ali 'Imran 3:36

فَلَمَّا وَضَعَتۡهَا قَالَتۡ رَبِّ إِنِّي وَضَعۡتُهَآ أُنثَىٰ وَٱللَّهُ أَعۡلَمُ بِمَا وَضَعَتۡ وَلَيۡسَ ٱلذَّكَرُ كَٱلۡأُنثَىٰۖ وَإِنِّي سَمَّيۡتُهَا مَرۡيَمَ وَإِنِّيٓ أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ ٱلشَّيۡطَٰنِ ٱلرَّجِيمِ ﴿٣٦﴾

Nəhayət, bari-həmlini yerə qoyduğu zaman de­di: “Ey Rəb­bim! Mə­n qı­z doğdum” – halbuki, Allah onun nə doğ­duğunu yax­şı bi­lirdi, – “axı oğlan qız kimi de­yildir. Mən onun adını Mər­yəm qoy­dum, onu və onun nəs­lini lənətlənmiş şey­tandan qo­rumağı Sə­nə həvalə edi­rəm.”

Ali 'Imran 3:155

إِنَّ ٱلَّذِينَ تَوَلَّوۡاْ مِنكُمۡ يَوۡمَ ٱلۡتَقَى ٱلۡجَمۡعَانِ إِنَّمَا ٱسۡتَزَلَّهُمُ ٱلشَّيۡطَٰنُ بِبَعۡضِ مَا كَسَبُواْۖ وَلَقَدۡ عَفَا ٱللَّهُ عَنۡهُمۡۗ إِنَّ ٱللَّهَ غَفُورٌ حَلِيمٞ ﴿١٥٥﴾

Uhudda iki qoşun qar­şı­laşdığı gün içərinizdən geri dönən­ləri şey­tan qazandıq­ları bə­zi günahlar üzün­dən səhv etməyə sövq etdi. Buna baxmayaraq Allah onları ba­ğışladı. Həqi­qətən, Allah ba­ğış­la­yan­dır, həlimdir.

Ali 'Imran 3:175

إِنَّمَا ذَٰلِكُمُ ٱلشَّيۡطَٰنُ يُخَوِّفُ أَوۡلِيَآءَهُۥ فَلَا تَخَافُوهُمۡ وَخَافُونِ إِن كُنتُم مُّؤۡمِنِينَ ﴿١٧٥﴾

Şeytan sizi sadəcə öz dostları ilə qorxudur. Mömin­si­nizsə, onlardan qorxmayın, Mən­­dən qorxun!

An-Nisa 4:38

وَٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُمۡ رِئَآءَ ٱلنَّاسِ وَلَا يُؤۡمِنُونَ بِٱللَّهِ وَلَا بِٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۗ وَمَن يَكُنِ ٱلشَّيۡطَٰنُ لَهُۥ قَرِينٗا فَسَآءَ قَرِينٗا ﴿٣٨﴾

Və o kəslər ki, öz mal­la­rını in­san­lara göstərmək məq­sədi­lə xərcləyir, Alla­ha və Axi­rət günü­nə inanmırlar. Şey­tan kimin dos­tu­dursa, necə də pis dostdur o!

An-Nisa 4:60

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ يَزۡعُمُونَ أَنَّهُمۡ ءَامَنُواْ بِمَآ أُنزِلَ إِلَيۡكَ وَمَآ أُنزِلَ مِن قَبۡلِكَ يُرِيدُونَ أَن يَتَحَاكَمُوٓاْ إِلَى ٱلطَّـٰغُوتِ وَقَدۡ أُمِرُوٓاْ أَن يَكۡفُرُواْ بِهِۦۖ وَيُرِيدُ ٱلشَّيۡطَٰنُ أَن يُضِلَّهُمۡ ضَلَٰلَۢا بَعِيدٗا ﴿٦٠﴾

Sənə nazil edilənə və sən­dən əv­vəl nazil edilənlərə iman gə­tir­diklərini iddia edən­ləri gör­mədinmi? Onlar mü­ha­kimə olun­­ma­la­rı üçün tağuta mü­ra­ci­ət et­mək istəyirlər. Hal­buki onlara ta­ğu­ta inanmamaları əmr olun­muş­dur. Şey­tan isə onları dərin bir azğın­lığa sal­maq istəyir.

An-Nisa 4:76

ٱلَّذِينَ ءَامَنُواْ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِۖ وَٱلَّذِينَ كَفَرُواْ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱلطَّـٰغُوتِ فَقَٰتِلُوٓاْ أَوۡلِيَآءَ ٱلشَّيۡطَٰنِۖ إِنَّ كَيۡدَ ٱلشَّيۡطَٰنِ كَانَ ضَعِيفًا ﴿٧٦﴾

İman gətirənlər Allah yo­lun­da, kafir olanlar isə tağut yo­lunda vuru­şur­lar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şey­ta­nın hiyləsi zəifdir.

An-Nisa 4:83

وَإِذَا جَآءَهُمۡ أَمۡرٞ مِّنَ ٱلۡأَمۡنِ أَوِ ٱلۡخَوۡفِ أَذَاعُواْ بِهِۦۖ وَلَوۡ رَدُّوهُ إِلَى ٱلرَّسُولِ وَإِلَىٰٓ أُوْلِي ٱلۡأَمۡرِ مِنۡهُمۡ لَعَلِمَهُ ٱلَّذِينَ يَسۡتَنۢبِطُونَهُۥ مِنۡهُمۡۗ وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ لَٱتَّبَعۡتُمُ ٱلشَّيۡطَٰنَ إِلَّا قَلِيلٗا ﴿٨٣﴾

Onlara əmin-amanlıq və ya qor­xu xəbəri gəldikdə, dərhal onu ya­yar­lar. Hal­buki bunu Pey­ğəm­bərə və özlərindən olan əmr sahib­lərinə çatdırsaydılar, içə­rilərin­dən o xəbərin mahiy­yətinə va­ran kəslər onu bi­lərdilər. Əgər sizə Alla­hın lüt­fü və rəhmi ol­ma­say­dı, əl­bət­tə, az bir qis­miniz istisna ol­maq­la, şeytana uyar­­­dı­nız.

An-Nisa 4:116

إِنَّ ٱللَّهَ لَا يَغۡفِرُ أَن يُشۡرَكَ بِهِۦ وَيَغۡفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ ضَلَّ ضَلَٰلَۢا بَعِيدًا ﴿١١٦﴾

Allah Özünə şə­rik qoşulmasını əsla bağışla­maz. Bun­­dan baş­qa gü­nah­ları isə istədiyi kimsəyə bağış­lar. Allaha şərik qoşan kəs, əlbəttə ki, dərin bir azğın­lığa düş­müşdür.

An-Nisa 4:117

إِن يَدۡعُونَ مِن دُونِهِۦٓ إِلَّآ إِنَٰثٗا وَإِن يَدۡعُونَ إِلَّا شَيۡطَٰنٗا مَّرِيدٗا ﴿١١٧﴾

Onlar Allahı qoyub, yal­nız qadın adlarını daşıyan büt­lərə dua edir və yalnız üsyan­kar şeytana sitayiş edir­lər.

An-Nisa 4:118

لَّعَنَهُ ٱللَّهُۘ وَقَالَ لَأَتَّخِذَنَّ مِنۡ عِبَادِكَ نَصِيبٗا مَّفۡرُوضٗا ﴿١١٨﴾

Allah şeytanı lənətlədi. O isə dedi: “Mən Sənin qul­la­rın­dan müəy­yən bir qis­mini hökmən ələ alacağam.

An-Nisa 4:119

وَلَأُضِلَّنَّهُمۡ وَلَأُمَنِّيَنَّهُمۡ وَلَأٓمُرَنَّهُمۡ فَلَيُبَتِّكُنَّ ءَاذَانَ ٱلۡأَنۡعَٰمِ وَلَأٓمُرَنَّهُمۡ فَلَيُغَيِّرُنَّ خَلۡقَ ٱللَّهِۚ وَمَن يَتَّخِذِ ٱلشَّيۡطَٰنَ وَلِيّٗا مِّن دُونِ ٱللَّهِ فَقَدۡ خَسِرَ خُسۡرَانٗا مُّبِينٗا ﴿١١٩﴾

Onları mütləq doğ­ru yoldan azdıracaq və xül­ya­lara sa­la­cağam, on­lara heyvanların qu­laqlarını kəsməyi bu­yuracaq və Alla­hın yarat­dıq­la­rına də­yi­şiklik etməyi əmr edə­cəyəm.” Alla­hı qo­yub şey­tanı özünə dost tu­tan kəs açıq-aşkar ziyana uğ­ra­mış­­dır.

An-Nisa 4:120

يَعِدُهُمۡ وَيُمَنِّيهِمۡۖ وَمَا يَعِدُهُمُ ٱلشَّيۡطَٰنُ إِلَّا غُرُورًا ﴿١٢٠﴾

Şeytan onlara vədlər ve­rir və on­ları xülyalara salır. Halbu­ki şeytanın on­lara verdiyi vəd­lər al­­datmaqdan başqa bir şey deyil­dir.

An-Nisa 4:121

أُوْلَـٰٓئِكَ مَأۡوَىٰهُمۡ جَهَنَّمُ وَلَا يَجِدُونَ عَنۡهَا مَحِيصٗا ﴿١٢١﴾

Onların gedəcəkləri yer Cə­hənnəmdir. Onlar ora­dan xi­las olmağa bir yol tapa bil­məz­lər.

Al-Ma'idah 5:90

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّمَا ٱلۡخَمۡرُ وَٱلۡمَيۡسِرُ وَٱلۡأَنصَابُ وَٱلۡأَزۡلَٰمُ رِجۡسٞ مِّنۡ عَمَلِ ٱلشَّيۡطَٰنِ فَٱجۡتَنِبُوهُ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ﴿٩٠﴾

Ey iman gətirənlər! Şüb­hə­siz ki, sərxoşedici içki də, qu­mar da, tapınmaq məqsədilə dik qo­yul­muş daşlar da, fal oxları da şey­tan əmə­lindən olan mur­dar şey­lərdir. Bunlardan çə­kinin ki, bəl­kə ni­cat tapa­sınız.

Al-Ma'idah 5:91

إِنَّمَا يُرِيدُ ٱلشَّيۡطَٰنُ أَن يُوقِعَ بَيۡنَكُمُ ٱلۡعَدَٰوَةَ وَٱلۡبَغۡضَآءَ فِي ٱلۡخَمۡرِ وَٱلۡمَيۡسِرِ وَيَصُدَّكُمۡ عَن ذِكۡرِ ٱللَّهِ وَعَنِ ٱلصَّلَوٰةِۖ فَهَلۡ أَنتُم مُّنتَهُونَ ﴿٩١﴾

Həqiqətən, şeytan sər­xoş­edici içki və qumar vasitəsilə si­zin aranıza ədavət və kin sal­maq, sizi Allahı yad etməkdən və na­maz­dan ayırmaq istəyər. Siz bu­na son qoyacaqsınızmı?

Al-An'am 6:43

فَلَوۡلَآ إِذۡ جَآءَهُم بَأۡسُنَا تَضَرَّعُواْ وَلَٰكِن قَسَتۡ قُلُوبُهُمۡ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ مَا كَانُواْ يَعۡمَلُونَ ﴿٤٣﴾

Nə üçün əzabımız on­la­ra gəldiyi zaman boyun əy­mə­dilər? On­ların qəlb­ləri sərt­ləş­di, şeytan da onlara etdikləri əməlləri gözəl­ gösdərdi.

Al-An'am 6:68

وَإِذَا رَأَيۡتَ ٱلَّذِينَ يَخُوضُونَ فِيٓ ءَايَٰتِنَا فَأَعۡرِضۡ عَنۡهُمۡ حَتَّىٰ يَخُوضُواْ فِي حَدِيثٍ غَيۡرِهِۦۚ وَإِمَّا يُنسِيَنَّكَ ٱلشَّيۡطَٰنُ فَلَا تَقۡعُدۡ بَعۡدَ ٱلذِّكۡرَىٰ مَعَ ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ ﴿٦٨﴾

Ayələrimizi məsxərəyə qo­yanları gördüyün zaman, on­lar baş­qa söhbətə keçənə qə­dər on­lardan üz çevir. Əgər şey­tan bunu sənə unutdursa, xatırla­dıq­dan son­ra zalım tayfa ilə birgə otur­ma.

Al-An'am 6:71

قُلۡ أَنَدۡعُواْ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُنَا وَلَا يَضُرُّنَا وَنُرَدُّ عَلَىٰٓ أَعۡقَابِنَا بَعۡدَ إِذۡ هَدَىٰنَا ٱللَّهُ كَٱلَّذِي ٱسۡتَهۡوَتۡهُ ٱلشَّيَٰطِينُ فِي ٱلۡأَرۡضِ حَيۡرَانَ لَهُۥٓ أَصۡحَٰبٞ يَدۡعُونَهُۥٓ إِلَى ٱلۡهُدَى ٱئۡتِنَاۗ قُلۡ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلۡهُدَىٰۖ وَأُمِرۡنَا لِنُسۡلِمَ لِرَبِّ ٱلۡعَٰلَمِينَ ﴿٧١﴾

De: “Biz Allahı qoyub bi­zə nə bir xeyir, nə də bir zərər verə bilməyən şey­­lərəmi iba­dət edəcə­yik? Allah bizi doğ­ru yola yönəlt­dikdən sonra, şey­tan­la­rın yer üzün­də azdır­dığı, mömin dost­ları­nın isə: “Bizə tə­rəf gəl!”– deyib doğru yola ça­­ğır­dıqları çaşbaş qa­lan kim­sə ki­mi ge­ri­yəmi döndə­riləcəyik?” De: “An­caq Alla­­hın haqq yolu doğru yoldur! Bizə əmr edil­mişdir ki, aləm­lərin Rəb­binə təs­lim olaq.

Al-An'am 6:100

وَجَعَلُواْ لِلَّهِ شُرَكَآءَ ٱلۡجِنَّ وَخَلَقَهُمۡۖ وَخَرَقُواْ لَهُۥ بَنِينَ وَبَنَٰتِۭ بِغَيۡرِ عِلۡمٖۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يَصِفُونَ ﴿١٠٠﴾

Onlar cinləri Allaha şə­rik qoş­du­­lar. Halbuki onları da Allah yarat­mış­dır. Onlar Allah haqqında bir şey bil­mə­dən Onun üçün öz­lə­rindən oğullar və qız­lar uydur­dular. Allah onların uy­dur­duqları si­fət­lərdən uzaq­dır və uca­dır.

Al-An'am 6:112

وَكَذَٰلِكَ جَعَلۡنَا لِكُلِّ نَبِيٍّ عَدُوّٗا شَيَٰطِينَ ٱلۡإِنسِ وَٱلۡجِنِّ يُوحِي بَعۡضُهُمۡ إِلَىٰ بَعۡضٖ زُخۡرُفَ ٱلۡقَوۡلِ غُرُورٗاۚ وَلَوۡ شَآءَ رَبُّكَ مَا فَعَلُوهُۖ فَذَرۡهُمۡ وَمَا يَفۡتَرُونَ ﴿١١٢﴾

Beləliklə, Biz hər bir pey­ğəmbər üçün insanlar və cin­lər­dən olan şeytan­ları düş­mən­ müəyyən etdik. Bunlar aldat­maq məq­sədilə bir-birlə­ri­nə təm­təraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəy­di, onlar bunu etməz­di­lər. Onları uydurduqları şey­lər­lə birlik­də tərk et.

Al-An'am 6:113

وَلِتَصۡغَىٰٓ إِلَيۡهِ أَفۡـِٔدَةُ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ وَلِيَرۡضَوۡهُ وَلِيَقۡتَرِفُواْ مَا هُم مُّقۡتَرِفُونَ ﴿١١٣﴾

Bu ona görədir ki, axi­rə­tə inanma­yanların ürəkləri təm­­tə­raqlı sözlərə meyl etsin, bun­dan razı qalsınlar və gör­dük­lə­ri pis işləri bir daha gör­sünlər.

Al-An'am 6:121

وَلَا تَأۡكُلُواْ مِمَّا لَمۡ يُذۡكَرِ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ وَإِنَّهُۥ لَفِسۡقٞۗ وَإِنَّ ٱلشَّيَٰطِينَ لَيُوحُونَ إِلَىٰٓ أَوۡلِيَآئِهِمۡ لِيُجَٰدِلُوكُمۡۖ وَإِنۡ أَطَعۡتُمُوهُمۡ إِنَّكُمۡ لَمُشۡرِكُونَ ﴿١٢١﴾

Üstündə Allahın adı çə­ki­lməmiş – “bismilləh” deyi­lib kə­­sil­mə­miş heyvan­lar­dan ye­məyin. Çünki bu, günah­dır. Hə­qi­qə­tən, şey­tan­lar öz dost­larına si­zinlə mü­bahisə etmək üçün ba­til əqidə­lər təl­qin edir­lər. Əgər onlara itaət etsəniz, söz­süz ki, siz də müş­rik­lər­dən olar­sı­nız.

Al-An'am 6:128

وَيَوۡمَ يَحۡشُرُهُمۡ جَمِيعٗا يَٰمَعۡشَرَ ٱلۡجِنِّ قَدِ ٱسۡتَكۡثَرۡتُم مِّنَ ٱلۡإِنسِۖ وَقَالَ أَوۡلِيَآؤُهُم مِّنَ ٱلۡإِنسِ رَبَّنَا ٱسۡتَمۡتَعَ بَعۡضُنَا بِبَعۡضٖ وَبَلَغۡنَآ أَجَلَنَا ٱلَّذِيٓ أَجَّلۡتَ لَنَاۚ قَالَ ٱلنَّارُ مَثۡوَىٰكُمۡ خَٰلِدِينَ فِيهَآ إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٞ ﴿١٢٨﴾

Allah onların hamısını bir yerə toplayacağı gün deyə­cəkdir: “Ey cin tay­fası! Artıq siz insan­lardan bir çoxunu özü­nü­zə tabe et­di­niz”. On­ların in­san­­lardan olan dostları isə de­yə­cəklər: “Ey Rəb­bi­miz! Biz bir-birimizdən fay­da­lan­dıq və bi­zim üçün mü­əyyən et­di­yin əcə­li­mizə yetiş­dik”. Allah de­yə­cək: “Si­zin qa­la­cağınız yer Od­dur. Allahın istə­dikləri kəslərdən başqa siz ora­da əbə­di qala­caq­sınız”. Həqi­qə­tən, Rəbbin hikmət sahibidir, hər şeyi bilən­dir.

Al-An'am 6:129

وَكَذَٰلِكَ نُوَلِّي بَعۡضَ ٱلظَّـٰلِمِينَ بَعۡضَۢا بِمَا كَانُواْ يَكۡسِبُونَ ﴿١٢٩﴾

Beləliklə, qazandıqları gü­nahlara görə zalımların bir qis­mi­ni digərinə ha­kim təyin edərik.

Al-An'am 6:130

يَٰمَعۡشَرَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ أَلَمۡ يَأۡتِكُمۡ رُسُلٞ مِّنكُمۡ يَقُصُّونَ عَلَيۡكُمۡ ءَايَٰتِي وَيُنذِرُونَكُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَاۚ قَالُواْ شَهِدۡنَا عَلَىٰٓ أَنفُسِنَاۖ وَغَرَّتۡهُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا وَشَهِدُواْ عَلَىٰٓ أَنفُسِهِمۡ أَنَّهُمۡ كَانُواْ كَٰفِرِينَ ﴿١٣٠﴾

Allah deyəcək: “Ey cin və insan tayfası! Məgər sizə öz içə­ri­niz­dən ayə­lə­rimi xəbər ve­rən və bu günü­nüzlə qarşıla­şaca­ğı­nız ba­rədə sizə xə­bərdarlıq edən elçilər gəl­mə­dimi?” Onlar de­yə­cək­lər: “Biz öz əley­hi­mizə şa­hidlik edi­rik!” Onları dünya hə­­yatı aldat­dı və onlar kafir ol­duqları ba­rədə özlərinə qarşı şəhadət ver­dilər.

Al-An'am 6:142

وَمِنَ ٱلۡأَنۡعَٰمِ حَمُولَةٗ وَفَرۡشٗاۚ كُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ وَلَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ ﴿١٤٢﴾

Üstündə yük daşınan və yük da­şınmayan mal-qaranı da ya­radan Odur. Allahın sizə ver­diyi ruzilərdən yeyin, şeyta­nın izi ilə get­məyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməni­nizdir.

Al-A'raf 7:11

وَلَقَدۡ خَلَقۡنَٰكُمۡ ثُمَّ صَوَّرۡنَٰكُمۡ ثُمَّ قُلۡنَا لِلۡمَلَـٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ لَمۡ يَكُن مِّنَ ٱلسَّـٰجِدِينَ ﴿١١﴾

Sizi xəlq etdik, sonra si­zə surət verdik, sonra da mə­lək­lərə: “Adəmə səc­də edin!”– dedik. İb­lisdən başqa ha­mı­sı səc­də etdi. O, səcdə edənlər­dən ol­madı.

Al-A'raf 7:12

قَالَ مَا مَنَعَكَ أَلَّا تَسۡجُدَ إِذۡ أَمَرۡتُكَۖ قَالَ أَنَا۠ خَيۡرٞ مِّنۡهُ خَلَقۡتَنِي مِن نَّارٖ وَخَلَقۡتَهُۥ مِن طِينٖ ﴿١٢﴾

Allah dedi: “Mən sənə əmr etdik­də sənə səcdə etməyə nə ma­ne oldu?” İblis dedi: “Mən on­dan daha üstünəm. Çünki Sən mə­ni oddan, onu isə pal­çıq­dan yaratmısan!”

Al-A'raf 7:13

قَالَ فَٱهۡبِطۡ مِنۡهَا فَمَا يَكُونُ لَكَ أَن تَتَكَبَّرَ فِيهَا فَٱخۡرُجۡ إِنَّكَ مِنَ ٱلصَّـٰغِرِينَ ﴿١٣﴾

Allah buyurdu: “Oradan aşa­ğı en! Orada təkəbbür­lük gös­tər­mək sənə ya­ramaz. Çıx get, çünki sən alçaldılmış­lar­dan­san”.

Al-A'raf 7:14

قَالَ أَنظِرۡنِيٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ ﴿١٤﴾

İblis dedi: “Onların diril­diləcəyi günə qədər mənə möh­lət ver”.

Al-A'raf 7:15

قَالَ إِنَّكَ مِنَ ٱلۡمُنظَرِينَ ﴿١٥﴾

Allah dedi: “Şübhəsiz ki, sən möh­lət verilənlərdənsən”.

Al-A'raf 7:16

قَالَ فَبِمَآ أَغۡوَيۡتَنِي لَأَقۡعُدَنَّ لَهُمۡ صِرَٰطَكَ ٱلۡمُسۡتَقِيمَ ﴿١٦﴾

İblis dedi: “Sən məni yol­dan çı­xart­dığına görə mən də Sə­nin düz yo­lu­nun üstündə oturub insanları tov­la­ya­ca­ğam.

Al-A'raf 7:17

ثُمَّ لَأٓتِيَنَّهُم مِّنۢ بَيۡنِ أَيۡدِيهِمۡ وَمِنۡ خَلۡفِهِمۡ وَعَنۡ أَيۡمَٰنِهِمۡ وَعَن شَمَآئِلِهِمۡۖ وَلَا تَجِدُ أَكۡثَرَهُمۡ شَٰكِرِينَ ﴿١٧﴾

Sonra onların yanına ön­lə­rindən və arxalarından, sağ­la­rın­dan və sol­la­rın­dan gələcə­yəm və Sən onların ək­sə­riy­yə­ti­ni şükür edən görməyə­cək­sən”.

Al-A'raf 7:18

قَالَ ٱخۡرُجۡ مِنۡهَا مَذۡءُومٗا مَّدۡحُورٗاۖ لَّمَن تَبِعَكَ مِنۡهُمۡ لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنكُمۡ أَجۡمَعِينَ ﴿١٨﴾

Allah buyurdu: “Oradan mənfur və qovulmuş halda çıx! On­lardan hər kəs sənin ar­dın­ca getsə, əlbəttə, Cə­hən­nəmi si­zin ha­mınızla doldu­raca­ğam.

Al-A'raf 7:19

وَيَـٰٓـَٔادَمُ ٱسۡكُنۡ أَنتَ وَزَوۡجُكَ ٱلۡجَنَّةَ فَكُلَا مِنۡ حَيۡثُ شِئۡتُمَا وَلَا تَقۡرَبَا هَٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّـٰلِمِينَ ﴿١٩﴾

Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Bə­yən­diyiniz yer­lər­də yeyin, an­caq bu ağaca yaxın­laş­ma­yın! Yox­sa öz­lə­ri­nə zülm edənlər­dən olar­­sı­nız”.

Al-A'raf 7:20

فَوَسۡوَسَ لَهُمَا ٱلشَّيۡطَٰنُ لِيُبۡدِيَ لَهُمَا مَا وُۥرِيَ عَنۡهُمَا مِن سَوۡءَٰتِهِمَا وَقَالَ مَا نَهَىٰكُمَا رَبُّكُمَا عَنۡ هَٰذِهِ ٱلشَّجَرَةِ إِلَّآ أَن تَكُونَا مَلَكَيۡنِ أَوۡ تَكُونَا مِنَ ٱلۡخَٰلِدِينَ ﴿٢٠﴾

Şeytan onların bir-birin­dən gizli qalan ayıb yerlərini öz­lə­ri­nə göstərmək üçün on­lara pıçıldayıb dedi: “Rəbbi­niz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya Cənnətdə əbə­di qalan­lar­dan olmayasınız”.

Al-A'raf 7:21

وَقَاسَمَهُمَآ إِنِّي لَكُمَا لَمِنَ ٱلنَّـٰصِحِينَ ﴿٢١﴾

Üstəlik onlara: “Şübhə­siz ki, mən sizin nəsihətçi­ləri­niz­də­nəm”– deyə and içdi.

Al-A'raf 7:22

فَدَلَّىٰهُمَا بِغُرُورٖۚ فَلَمَّا ذَاقَا ٱلشَّجَرَةَ بَدَتۡ لَهُمَا سَوۡءَٰتُهُمَا وَطَفِقَا يَخۡصِفَانِ عَلَيۡهِمَا مِن وَرَقِ ٱلۡجَنَّةِۖ وَنَادَىٰهُمَا رَبُّهُمَآ أَلَمۡ أَنۡهَكُمَا عَن تِلۡكُمَا ٱلشَّجَرَةِ وَأَقُل لَّكُمَآ إِنَّ ٱلشَّيۡطَٰنَ لَكُمَا عَدُوّٞ مُّبِينٞ ﴿٢٢﴾

Beləliklə, şeytan onları tov­layaraq Cənnətdən aşağı en­dirdi. Hər ikisi ağac­dan dad­dıq­da ayıb yerləri özlərinə gö­ründü və on­lar Cənnət ağac­la­rının yarpaq­ların­dan ayıb yer­lərinin üstünə ört­mə­yə baş­la­dılar. Rəbbi onlara be­lə mü­ra­ciət etdi: “Mən sizə o ağacı qa­­da­ğan etmədimmi və şey­tan si­zin açıq-aş­kar düşməniniz­dir, de­mə­dimmi?”

Mövzular