quranm◉

Surə An-Nisa 4:90

إِلَّا ٱلَّذِينَ يَصِلُونَ إِلَىٰ قَوۡمِۭ بَيۡنَكُمۡ وَبَيۡنَهُم مِّيثَٰقٌ أَوۡ جَآءُوكُمۡ حَصِرَتۡ صُدُورُهُمۡ أَن يُقَٰتِلُوكُمۡ أَوۡ يُقَٰتِلُواْ قَوۡمَهُمۡۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَسَلَّطَهُمۡ عَلَيۡكُمۡ فَلَقَٰتَلُوكُمۡۚ فَإِنِ ٱعۡتَزَلُوكُمۡ فَلَمۡ يُقَٰتِلُوكُمۡ وَأَلۡقَوۡاْ إِلَيۡكُمُ ٱلسَّلَمَ فَمَا جَعَلَ ٱللَّهُ لَكُمۡ عَلَيۡهِمۡ سَبِيلٗا ﴿٩٠﴾

◉

Tərcümə

Ancaq sizinlə aralarında mü­qa­vi­lə olan bir camaata sığı­nan­lar, yaxud si­zinlə və ya öz ca­maatı ilə vuru­şmaqdan köks­­ləri sıxıldığı üçün sizin ya­nınıza gələn kimsələr istis­na­dır. Əgər Allah istəsəydi, on­la­rı sizə qarşı qal­dı­rardı və onlar da sizinlə vu­ru­­şar­dı­lar. Əgər onlar sizdən ara­­lanıb geri çə­kil­sə­lər, sizinlə vu­ruş­ma­sa­lar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı vu­ruş­ma­nıza yol verməz.
— Alikhan Musayev
Ancaq sizinlə aralarında əhd olan bir tayfaya sığınanlar, yaxud sizinlə və ya öz qövmlərilə (Məkkə müşriklərilə) vuruşmaqdan ürəkləri sıxılaraq (xoşlanmayaraq) sizin yanınıza gələn şəxslər müstəsnadır. Əgər Allah istəsəydi, onları sizin üstünüzə qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa heç bir yol qoymaz.
— Azerbaijani

◉ Surə · ∞