quranm◉

Surə Al-Fath 48:15

سَيَقُولُ ٱلۡمُخَلَّفُونَ إِذَا ٱنطَلَقۡتُمۡ إِلَىٰ مَغَانِمَ لِتَأۡخُذُوهَا ذَرُونَا نَتَّبِعۡكُمۡۖ يُرِيدُونَ أَن يُبَدِّلُواْ كَلَٰمَ ٱللَّهِۚ قُل لَّن تَتَّبِعُونَا كَذَٰلِكُمۡ قَالَ ٱللَّهُ مِن قَبۡلُۖ فَسَيَقُولُونَ بَلۡ تَحۡسُدُونَنَاۚ بَلۡ كَانُواْ لَا يَفۡقَهُونَ إِلَّا قَلِيلٗا ﴿١٥﴾

◉

Tərcümə

Siz Xeybərə qənimətləri götür­mə­yə getdi­yiniz zaman Hüdeybiyyə sülhündən geri qa­lanlar: “Qo­yun biz də sizin arxanızca gələk!”– de­yə­cəklər. On­lar Allahın sözünü dəyiş­dirmək istəyirlər. De: “Siz heç vaxt bi­zim ar­xa­mızca gəl­məyəcəksiniz. Allah əvvəldən sizin üçün belə de­miş­dir”. On­lar: “Xeyr, siz bizə həsəd apa­rırsı­nız”– deyəcəklər. Ək­si­nə, onlar çox az anlayanlardır.
— Alikhan Musayev
Siz (Xeybərə) qənimət əldə etmək üçün getdiyiniz zaman (Hüdeybiyyə səfərinə) getməyənlər (səfərdən geri qalanlar) deyəcəklər: “Qoyun biz də sizin arxanızca gələk!” Onlar Allahın (ya Peyğəmbər! Hüdeybiyyə səfərinə getməyib evdə oturanları heç yerə aparma!) sözünü dəyişdirmək istəyirlər. (Ya Peyğəmbər! Onlara) de: “Siz əsla bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən belə buyurmuşdur” Onlar deyəcəklər: Xeyr, siz bizə paxıllıq edirsiniz (istəmirsiniz ki, bizim də payımıza qənimət düşsün)”. Xeyr, onlar özləri çox az qanan kimsələrdir!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞