quranm◉

Surə Al-Fath 48:27

لَّقَدۡ صَدَقَ ٱللَّهُ رَسُولَهُ ٱلرُّءۡيَا بِٱلۡحَقِّۖ لَتَدۡخُلُنَّ ٱلۡمَسۡجِدَ ٱلۡحَرَامَ إِن شَآءَ ٱللَّهُ ءَامِنِينَ مُحَلِّقِينَ رُءُوسَكُمۡ وَمُقَصِّرِينَ لَا تَخَافُونَۖ فَعَلِمَ مَا لَمۡ تَعۡلَمُواْ فَجَعَلَ مِن دُونِ ذَٰلِكَ فَتۡحٗا قَرِيبًا ﴿٢٧﴾

◉

Tərcümə

Allah Öz Elçisinin həqi­qət kimi gördüyü yuxusunu gerçəyə çe­virdi. Allah qoysa, siz əmin-amanlıqla, başla­rınızı qırxdırmış, bə­ziləriniz də saç­la­rı­nı qısaltmış halda və qorx­ma­dan Məs­ci­dul-Hə­ra­ma daxil olacaqsınız. Allah si­zin bilmə­diklərinizi bilir. O, bun­dan qa­baq – Məkkəyə girməz­dən əv­vəl sizə yaxın bir qələbə də bəxş edə­cək.
— Alikhan Musayev
And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) rö’yasının çin olduğunu təsdiq etdi. (Ey mö’minlər!) Siz, inşallah, əmin-amanlıqla, (bə’ziniz) başınızı qırxdırmış, (bə’ziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir. O bundan əlavə (sizə) tezliklə bir qələbə (Xeybərin fəthini) də bəxş edəcəkdir. (Doğrudan da, Muhəmməd əleyhissəlam hicrətin yeddinci ilində əshabəsi ilə birlikdə Məkkəyə ümrə ziyarətinə getdi və ziyarətdən əvvəl Xeybəri fəth etdi. Buna görə də bir işə girişməzdən əvvəl mütləq “inşallah” demək lazımdır!)
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞