quranm◉

Surə Al-Fath 48:29

مُّحَمَّدٞ رَّسُولُ ٱللَّهِۚ وَٱلَّذِينَ مَعَهُۥٓ أَشِدَّآءُ عَلَى ٱلۡكُفَّارِ رُحَمَآءُ بَيۡنَهُمۡۖ تَرَىٰهُمۡ رُكَّعٗا سُجَّدٗا يَبۡتَغُونَ فَضۡلٗا مِّنَ ٱللَّهِ وَرِضۡوَٰنٗاۖ سِيمَاهُمۡ فِي وُجُوهِهِم مِّنۡ أَثَرِ ٱلسُّجُودِۚ ذَٰلِكَ مَثَلُهُمۡ فِي ٱلتَّوۡرَىٰةِۚ وَمَثَلُهُمۡ فِي ٱلۡإِنجِيلِ كَزَرۡعٍ أَخۡرَجَ شَطۡـَٔهُۥ فَـَٔازَرَهُۥ فَٱسۡتَغۡلَظَ فَٱسۡتَوَىٰ عَلَىٰ سُوقِهِۦ يُعۡجِبُ ٱلزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ ٱلۡكُفَّارَۗ وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ مِنۡهُم مَّغۡفِرَةٗ وَأَجۡرًا عَظِيمَۢا ﴿٢٩﴾

◉

Tərcümə

Muhəmməd Allahın El­çi­sidir. Onunla birlikdə olanlar ka­fir­lə­rə qarşı sərt, öz arala­rın­da isə mərhəmətlidirlər. Sən onları rüku edən, səc­dəyə qa­pa­nan, Allahdan lütf və razılıq diləyən gö­rər­sən. Əla­mətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəs­fidir. İn­cildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cü­cərtisini üzə çı­xarıb onu qüv­vətləndirmiş, o da get­dik­cə qa­lın­laşıb gövdəsi üstün­də şax du­ra­raq əkinçiləri heyran et­mişdir. Allah mö­minlərin sa­yını artırır, özlərini də qüvvət­ləndirir ki, kafirləri qə­zəblən­dirsin. Allah onlardan iman gə­tirib yaxşı iş­lər gö­rən­lərə ba­­ğışlanma və böyük bir mü­kafat vəd etmiş­dir.
— Alikhan Musayev
Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (mö’minlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki mö’minlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) və’d buyurmuşdur!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞