quranm◉

Surə Al-Hujurat 49:11

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا يَسۡخَرۡ قَوۡمٞ مِّن قَوۡمٍ عَسَىٰٓ أَن يَكُونُواْ خَيۡرٗا مِّنۡهُمۡ وَلَا نِسَآءٞ مِّن نِّسَآءٍ عَسَىٰٓ أَن يَكُنَّ خَيۡرٗا مِّنۡهُنَّۖ وَلَا تَلۡمِزُوٓاْ أَنفُسَكُمۡ وَلَا تَنَابَزُواْ بِٱلۡأَلۡقَٰبِۖ بِئۡسَ ٱلِٱسۡمُ ٱلۡفُسُوقُ بَعۡدَ ٱلۡإِيمَٰنِۚ وَمَن لَّمۡ يَتُبۡ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ ﴿١١﴾

◉

Tərcümə

Ey iman gətirənlər! Bir camaat di­gərini məsxərəyə qoy­ma­sın. Ola bilər ki, bunlar on­lardan daha yaxşı olsunlar. Qa­dınlar da qa­dınları lağa qoy­masınlar. Ola bilər ki, bunlar onlardan daha yax­şı ol­sunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə ça­­ğır­ma­yın. İman gətirdikdən son­ra fasiq adlan­maq necə də pis­dir. Məhz tövbə etmə­yənlər za­lımlardır.
— Alikhan Musayev
Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tə’nə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!)
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞