quranm◉

Surə Al-Ma'idah 5:107

فَإِنۡ عُثِرَ عَلَىٰٓ أَنَّهُمَا ٱسۡتَحَقَّآ إِثۡمٗا فَـَٔاخَرَانِ يَقُومَانِ مَقَامَهُمَا مِنَ ٱلَّذِينَ ٱسۡتَحَقَّ عَلَيۡهِمُ ٱلۡأَوۡلَيَٰنِ فَيُقۡسِمَانِ بِٱللَّهِ لَشَهَٰدَتُنَآ أَحَقُّ مِن شَهَٰدَتِهِمَا وَمَا ٱعۡتَدَيۡنَآ إِنَّآ إِذٗا لَّمِنَ ٱلظَّـٰلِمِينَ ﴿١٠٧﴾

◉

Tərcümə

Əgər hər ikisinin gü­nah iş tut­duq­ları aşkar edilsə, o za­man onların ye­rini haqsız­lığa məruz qalanlardan ölən şəxsə daha ya­xın olan iki kişi tutar və onlar: “Əl­bəttə, bizim şa­hid­liyimiz o iki nə­fə­rin şa­hid­li­yin­dən daha doğru­dur və biz həd­di aşmadıq. Əks hal­da biz, şüb­həsiz ki, zalımlar­dan olarıq”– deyə and içərlər.
— Alikhan Musayev
Əgər onların (bu qeyri-müsəlman şahidlərin yalan yerə and içmək və yalandan şəhadət verməklə) günah qazandıqları bəlli olsa, o zaman onların yerini (həmin şahidlər tərəfindən) haqsızlığa mə’ruz qalmış (varislərdən ölənə) daha yaxın (mirası almağa daha layiq) olan başqa iki nəfər tutar. Onlar: “Həqiqətən, bizim şahidliyimiz onların hər ikisinin şahidliyindən daha doğrudur. Biz (yalandan and içib) həddi aşmadıq. Əks təqdirdə, biz şübhəsiz ki, zalımlardan olarıq”,- deyə Allaha and içərlər.
— Azerbaijani

◉ Surə · ∞