quranm◉

Surə Al-Ma'idah 5:44

إِنَّآ أَنزَلۡنَا ٱلتَّوۡرَىٰةَ فِيهَا هُدٗى وَنُورٞۚ يَحۡكُمُ بِهَا ٱلنَّبِيُّونَ ٱلَّذِينَ أَسۡلَمُواْ لِلَّذِينَ هَادُواْ وَٱلرَّبَّـٰنِيُّونَ وَٱلۡأَحۡبَارُ بِمَا ٱسۡتُحۡفِظُواْ مِن كِتَٰبِ ٱللَّهِ وَكَانُواْ عَلَيۡهِ شُهَدَآءَۚ فَلَا تَخۡشَوُاْ ٱلنَّاسَ وَٱخۡشَوۡنِ وَلَا تَشۡتَرُواْ بِـَٔايَٰتِي ثَمَنٗا قَلِيلٗاۚ وَمَن لَّمۡ يَحۡكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡكَٰفِرُونَ ﴿٤٤﴾

◉

Tərcümə

Şübhəsiz ki, Biz, içində hidayət və nur olan Tövratı na­­zil etdik. Özlərini Alla­ha təslim edən pey­ğəm­bərlər bu­nun­la yəhudi­lə­r arasında hökm edərdi­lər. Din xadimləri və elm adamları isə Allahın kitabından qoru­nub sax­lanılanlarla hökm verərdi­lər. On­lar buna şahiddirlər. Elə isə in­sanlardan qorx­mayın, Məndən qor­xun! Ayə­lərimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz on­lar ka­firdirlər.
— Alikhan Musayev
Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər. Onlar (peyğəmbərlər, din alimləri və fəqihlər) ona (Tövratın ilahi bir kitab olmasını) şahiddirlər. (Ey yəhudi alimləri və rəisləri!) İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞