quranm◉

Surə Al-Ma'idah 5:95

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَقۡتُلُواْ ٱلصَّيۡدَ وَأَنتُمۡ حُرُمٞۚ وَمَن قَتَلَهُۥ مِنكُم مُّتَعَمِّدٗا فَجَزَآءٞ مِّثۡلُ مَا قَتَلَ مِنَ ٱلنَّعَمِ يَحۡكُمُ بِهِۦ ذَوَا عَدۡلٖ مِّنكُمۡ هَدۡيَۢا بَٰلِغَ ٱلۡكَعۡبَةِ أَوۡ كَفَّـٰرَةٞ طَعَامُ مَسَٰكِينَ أَوۡ عَدۡلُ ذَٰلِكَ صِيَامٗا لِّيَذُوقَ وَبَالَ أَمۡرِهِۦۗ عَفَا ٱللَّهُ عَمَّا سَلَفَۚ وَمَنۡ عَادَ فَيَنتَقِمُ ٱللَّهُ مِنۡهُۚ وَٱللَّهُ عَزِيزٞ ذُو ٱنتِقَامٍ ﴿٩٥﴾

◉

Tərcümə

Ey iman gətirənlər! İh­ram­da ikən ovu öldürməyin. Sizlər­dən kim onu qəs­dən öl­dü­rərsə, kəffarəsi öldür­düyünün mislində bir qur­banlıq heyvanı əvəz ödə­mək­dir. Buna sizlər­dən iki ədalət­li kişi qərar ver­məli, sonra da hə­min qurbanlıq heyvan Kə­bəyə çat­dı­rıl­ma­lı­­dır. Yaxud kəf­farə ola­raq kasıbları yedirtməli, ya­xud da buna bə­rabər oruc tutmalıdır ki, öz işi­nin zərərini dadsın. Allah olub-ke­çən­ləri ba­ğışlamışdır. Hər kim yenə bu günaha qa­yıtsa, Allah on­dan in­ti­qam alar. Allah Qüd­rətlidir, inti­qam al­mağa qa­dirdir.
— Alikhan Musayev
Ey iman gətirənlər! İhramda olarkən ovu (əti yeyilən heyvanları) öldürməyin. Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədələtli şəxsin hökmü ilə öldürdüyünə bənzər (onun qiymətinə bərabər) bir heyvanı Kə’bəyə çatası (Kə’bənin yaxınlığında kəsilib oradakı yoxsullara paylanacaq) qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını dadsın deyə, (öldürdüyü heyvanın dəyəri müqabilində) yoxsullara yedirtmək, yaxud ona bərabər (hərəsi üçün bir gün olmaq şərtilə yedirəcəyi yoxsulların sayı qədər) oruc tutmaqdır. Allah keçmişdə olanları bağışlamışdır. Hər kəs bundan sonra belə bir iş görsə, Allah ondan intiqam alar. Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞