quranm◉

Surə Al-Hadid 57:10

وَمَا لَكُمۡ أَلَّا تُنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ وَلِلَّهِ مِيرَٰثُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ لَا يَسۡتَوِي مِنكُم مَّنۡ أَنفَقَ مِن قَبۡلِ ٱلۡفَتۡحِ وَقَٰتَلَۚ أُوْلَـٰٓئِكَ أَعۡظَمُ دَرَجَةٗ مِّنَ ٱلَّذِينَ أَنفَقُواْ مِنۢ بَعۡدُ وَقَٰتَلُواْۚ وَكُلّٗا وَعَدَ ٱللَّهُ ٱلۡحُسۡنَىٰۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ ﴿١٠﴾

◉

Tərcümə

Sizə nə olub ki, malınız­dan Allah yolunda xərcləmir­si­niz? Hal­buki göy­lərin və ye­rin mirası Allahındır. Siz­lər­dən mallarını Məkkənin fət­hindən əvvəl xərc­ləyib döyüşənlər başqaları ilə eyni deyillər. On­la­rın dərəcəsi mallarını fəthdən sonra xərc­lə­yib döyüşənlərdən da­ha üs­tün­dür. Amma Allah onların ha­mı­sına ən gözəl olanı vəd et­­miş­dir. Allah sizin nə etdiklə­riniz­dən xəbərdardır.
— Alikhan Musayev
(Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz malın hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə e’tibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) və’d buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!
— Azerbaijani

◉ Surə · ∞