quranm◉

Surə Al-Hadid 57:20

ٱعۡلَمُوٓاْ أَنَّمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا لَعِبٞ وَلَهۡوٞ وَزِينَةٞ وَتَفَاخُرُۢ بَيۡنَكُمۡ وَتَكَاثُرٞ فِي ٱلۡأَمۡوَٰلِ وَٱلۡأَوۡلَٰدِۖ كَمَثَلِ غَيۡثٍ أَعۡجَبَ ٱلۡكُفَّارَ نَبَاتُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصۡفَرّٗا ثُمَّ يَكُونُ حُطَٰمٗاۖ وَفِي ٱلۡأٓخِرَةِ عَذَابٞ شَدِيدٞ وَمَغۡفِرَةٞ مِّنَ ٱللَّهِ وَرِضۡوَٰنٞۚ وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا مَتَٰعُ ٱلۡغُرُورِ ﴿٢٠﴾

◉

Tərcümə

Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-bi­ri­nizin ya­nında öyün­mək, var-dövləti və oğul-uşağı ço­xaltmaq is­tə­yindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, on­dan əmələ gə­lən bitki əkin­çi­ləri heyran edir. Sonra o qu­ru­yur və sən onun sap­sa­rı ol­du­ğu­nu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axi­rət­­də şiddətli əzab, kimisini də Allah­dan bağışlanma və razı­lıq göz­lə­yir. Dünya həyatı isə al­dadıcı ləzzət­dən başqa bir şey deyil.
— Alikhan Musayev
(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir.
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞