quranm◉

Surə Al-Mujadila 58:22

لَّا تَجِدُ قَوۡمٗا يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ يُوَآدُّونَ مَنۡ حَآدَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَوۡ كَانُوٓاْ ءَابَآءَهُمۡ أَوۡ أَبۡنَآءَهُمۡ أَوۡ إِخۡوَٰنَهُمۡ أَوۡ عَشِيرَتَهُمۡۚ أُوْلَـٰٓئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ ٱلۡإِيمَٰنَ وَأَيَّدَهُم بِرُوحٖ مِّنۡهُۖ وَيُدۡخِلُهُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ رَضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ أُوْلَـٰٓئِكَ حِزۡبُ ٱللَّهِۚ أَلَآ إِنَّ حِزۡبَ ٱللَّهِ هُمُ ٱلۡمُفۡلِحُونَ ﴿٢٢﴾

◉

Tərcümə

Allaha və Axirət günü­nə iman gətirən elə bir camaat tapa bil­məz­sən ki, onlar Alla­ha və Onun Rəsuluna düş­mən olan­larla – öz ata­ları, oğulları, qar­daşları, qohum-əqrəbaları ol­sa­lar belə – dost­luq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tə­rə­fin­dən bir ruhla dəstəkləmişdir. Allah onları ağac­ları altından çay­lar axan cən­nətlərə daxil edə­cək­. Onlar orada əbədi qala­caq­­lar. Allah onlardan razıdır, on­lar da Allahdan razıdırlar. On­lar Alla­­hın firqəsidirlər. Həqi­qə­tən, məhz Alla­hın firqəsi ni­cat ta­pan­lar­dır.
— Alikhan Musayev
(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta etmişdir). (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, Allahın firqəsi məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır.
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞