quranm◉

Surə Al-Mujadila 58:4

فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ شَهۡرَيۡنِ مُتَتَابِعَيۡنِ مِن قَبۡلِ أَن يَتَمَآسَّاۖ فَمَن لَّمۡ يَسۡتَطِعۡ فَإِطۡعَامُ سِتِّينَ مِسۡكِينٗاۚ ذَٰلِكَ لِتُؤۡمِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦۚ وَتِلۡكَ حُدُودُ ٱللَّهِۗ وَلِلۡكَٰفِرِينَ عَذَابٌ أَلِيمٌ ﴿٤﴾

◉

Tərcümə

Buna imkan tapa bilmə­yən kəs, qa­dını ilə yaxınlıq et­məz­dən əv­­vəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çat­ma­yan kimsə alt­mış yoxsulu ye­dirt­mə­lidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətir­mə­niz üçündür. Bunlar Alla­hın qoy­du­ğu hüdud­lar­dır. Kafirləri isə ağrılı-acılı bir əzab gözləyir.
— Alikhan Musayev
Kim (azad etməyə bir kölə) tapmasa, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay sərasər oruc tutmalı, buna da gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır. Bu sizin Allah və Onun Peyğəmbərinə iman gətirməniz üçündür. Bunlar Allahın hədləridir (onları aşmaq olmaz). Kafirləri şiddətli bir əzab gözləyir!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞