quranm◉

Surə Al-An'am 6:145

قُل لَّآ أَجِدُ فِي مَآ أُوحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَىٰ طَاعِمٖ يَطۡعَمُهُۥٓ إِلَّآ أَن يَكُونَ مَيۡتَةً أَوۡ دَمٗا مَّسۡفُوحًا أَوۡ لَحۡمَ خِنزِيرٖ فَإِنَّهُۥ رِجۡسٌ أَوۡ فِسۡقًا أُهِلَّ لِغَيۡرِ ٱللَّهِ بِهِۦۚ فَمَنِ ٱضۡطُرَّ غَيۡرَ بَاغٖ وَلَا عَادٖ فَإِنَّ رَبَّكَ غَفُورٞ رَّحِيمٞ ﴿١٤٥﴾

◉

Tərcümə

De: “Mənə gələn vəhy­lər içə­ri­sində ölü heyvan, axar qan, murdar sa­yılan donuz əti və Allahdan başqasının adı ilə kəsil­miş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin ye­diyi ye­məklər içərisində ha­ram buyu­rulan bir şey görmürəm”. Hər kəs harama meyl etmədən və həd­di aş­madan bunlardan yeməyə məc­bur olarsa, ona gü­nah gəlməz. Şübhəsiz ki, Allah Bağışlayan­dır, Rəhm­lidir.
— Alikhan Musayev
(Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz)”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!
— Azerbaijani

◉ Surə · ∞