quranm◉

Surə Al-An'am 6:70

وَذَرِ ٱلَّذِينَ ٱتَّخَذُواْ دِينَهُمۡ لَعِبٗا وَلَهۡوٗا وَغَرَّتۡهُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَاۚ وَذَكِّرۡ بِهِۦٓ أَن تُبۡسَلَ نَفۡسُۢ بِمَا كَسَبَتۡ لَيۡسَ لَهَا مِن دُونِ ٱللَّهِ وَلِيّٞ وَلَا شَفِيعٞ وَإِن تَعۡدِلۡ كُلَّ عَدۡلٖ لَّا يُؤۡخَذۡ مِنۡهَآۗ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ أُبۡسِلُواْ بِمَا كَسَبُواْۖ لَهُمۡ شَرَابٞ مِّنۡ حَمِيمٖ وَعَذَابٌ أَلِيمُۢ بِمَا كَانُواْ يَكۡفُرُونَ ﴿٧٠﴾

◉

Tərcümə

Dinlərini oyun və əy­ləncə sa­yan­ları və dünya hə­ya­tının al­datdığı şəxs­lə­ri tərk et. Bununla xatırlat ki, heç kəs qa­zandıq­larına görə özünü məh­və məh­­kum etmə­sin. Allah­dan baş­qa onun nə bir hamisi, nə də bir havadarı olacaq­dır. O nə cür fidyə versə də, on­dan qə­bul olun­maya­caq. Onlar qa­zan­dıqları gü­nahlara görə məhvə məhkum olan­lar­dır. Kafir ol­duq­larına görə onlar üçün qay­nar içki və ağrılı-acılı bir əzab hazır­lan­mış­dır.
— Alikhan Musayev
Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi (və ya aldatdığı) şəxsləri boşla getsinlər. (Onlara Qur’anı) xatırlat ki, heç kəs qazandığı əmələ görə özünü həlaka düçar etməsin. Allahdan başqa onun nə bir dostu var, nə də bir şəfaətçisi (havadarı). O, hər hansı bir fidyəni versə belə, qəbul olunmaz. Onlar edikləri əməllərə görə əzaba düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su (cəhənnəm içkisi həmim) və şiddətli əzab gözləyir!
— Azerbaijani

◉ Surə · ∞