quranm◉

Surə Al-Mumtahanah 60:10

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا جَآءَكُمُ ٱلۡمُؤۡمِنَٰتُ مُهَٰجِرَٰتٖ فَٱمۡتَحِنُوهُنَّۖ ٱللَّهُ أَعۡلَمُ بِإِيمَٰنِهِنَّۖ فَإِنۡ عَلِمۡتُمُوهُنَّ مُؤۡمِنَٰتٖ فَلَا تَرۡجِعُوهُنَّ إِلَى ٱلۡكُفَّارِۖ لَا هُنَّ حِلّٞ لَّهُمۡ وَلَا هُمۡ يَحِلُّونَ لَهُنَّۖ وَءَاتُوهُم مَّآ أَنفَقُواْۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ أَن تَنكِحُوهُنَّ إِذَآ ءَاتَيۡتُمُوهُنَّ أُجُورَهُنَّۚ وَلَا تُمۡسِكُواْ بِعِصَمِ ٱلۡكَوَافِرِ وَسۡـَٔلُواْ مَآ أَنفَقۡتُمۡ وَلۡيَسۡـَٔلُواْ مَآ أَنفَقُواْۚ ذَٰلِكُمۡ حُكۡمُ ٱللَّهِ يَحۡكُمُ بَيۡنَكُمۡۖ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ ﴿١٠﴾

◉

Tərcümə

Ey iman gətirənlər! Mö­min qa­dın­lar hicrət edib sizin ya­nı­nı­za gəldik­ləri zaman on­ları imtahana çəkin. Allah on­ların ima­nı­nı daha yaxşı bilir. Əgər bun­ların mömin olduq­la­rını bilsəniz, on­la­rı kafirlərə qaytarmayın. Nə bunlar onla­ra halaldır, nə də onlar bun­la­ra halaldırlar. Kafirlərin bu qa­dınlara sərf etdiklə­ri mehri öz­lə­ri­nə qaytarın. Hə­min qadın­ların mehr­lərini özlərinə ver­di­yiniz hal­da onlarla evlən­mə­yi­nizdə sizə heç bir günah yox­dur. Kafir qadın­la­­rınızı kəbin altında saxlamayın, sərf etdiyi­niz mehri tələb edin. Qoy on­lar da mömin qadınlara sərf et­dik­ləri mehri sizdən tələb et­sin­­lər. Alla­hın hökmü bu­dur. O sizin aranızda hökm verir. Allah hər şeyi bi­lən­dir, hikmət sahibidir.
— Alikhan Musayev
Ey iman gətirənlər! Mö’min qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxlayıb bilmək sizə lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mö’min olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar bunlara halaldır. Onların (kafirlərin həmin qadınlara) xərclədiklərini (mehri) özlərinə qaytarıb verin. Bunların (bu qadınların) mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları öz kəbininiz altında saxlamayın. (Həmin qadınlara) verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən) istəyin. (Kafirlər də islamı qəbul edib mö’minlərlə evlənən qadınlara) sərf etdikləri mehri (sizdən) istəsinlər. Allahın hökmü budur. O sizin aranızda (belə) hökm edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
— Azerbaijani

◉ Surə · ∞