quranm◉

Surə Al-Mumtahanah 60:4

قَدۡ كَانَتۡ لَكُمۡ أُسۡوَةٌ حَسَنَةٞ فِيٓ إِبۡرَٰهِيمَ وَٱلَّذِينَ مَعَهُۥٓ إِذۡ قَالُواْ لِقَوۡمِهِمۡ إِنَّا بُرَءَـٰٓؤُاْ مِنكُمۡ وَمِمَّا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ كَفَرۡنَا بِكُمۡ وَبَدَا بَيۡنَنَا وَبَيۡنَكُمُ ٱلۡعَدَٰوَةُ وَٱلۡبَغۡضَآءُ أَبَدًا حَتَّىٰ تُؤۡمِنُواْ بِٱللَّهِ وَحۡدَهُۥٓ إِلَّا قَوۡلَ إِبۡرَٰهِيمَ لِأَبِيهِ لَأَسۡتَغۡفِرَنَّ لَكَ وَمَآ أَمۡلِكُ لَكَ مِنَ ٱللَّهِ مِن شَيۡءٖۖ رَّبَّنَا عَلَيۡكَ تَوَكَّلۡنَا وَإِلَيۡكَ أَنَبۡنَا وَإِلَيۡكَ ٱلۡمَصِيرُ ﴿٤﴾

◉

Tərcümə

İbrahim və onunla bir­lik­də olan­lar­da sizin üçün gözəl bir nü­munə var­. Onlar öz qövmünə dedilər: “Həqi­qətən, biz siz­dən və sizin Allahdan başqa tapın­dığınız şeylərdən uzağıq. Biz si­zi inkar edi­rik. Siz bir olan Allaha iman gəti­rin­cəyə qədər bizimlə si­zin ara­nız­da daim ədavət və nifrət ola­caq­!” Yal­nız İbra­hi­min öz atasına: “Mən sənin üçün müt­ləq bağışlanma diləyə­cə­yəm. Fə­qət Allahdan sənə gələn əza­bı dəf edə bilmərəm!”– de­məsi is­tis­na­dır. Onlar dedilər: “Ey Rəbbimiz! Biz yalnız Sənə tə­vəkkül edir və yal­nız Sənə üz tutu­ruq. Dönüş də yalnız Sə­nədir.
— Alikhan Musayev
İbrahim və onunla birlikdə olanlar (mö’minlər) sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” Ancaq İbrahim öz atasına: “Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm (mənim bacardığım yalnız budur)!” – deməsi istisnadır (bunda sizin üçün örnək yoxdur). (Onlar həmçinin belə demişdilər: ) “Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır.
— Azerbaijani

◉ Surə · ∞