quranm◉

Surə Al-A'raf 7:143

وَلَمَّا جَآءَ مُوسَىٰ لِمِيقَٰتِنَا وَكَلَّمَهُۥ رَبُّهُۥ قَالَ رَبِّ أَرِنِيٓ أَنظُرۡ إِلَيۡكَۚ قَالَ لَن تَرَىٰنِي وَلَٰكِنِ ٱنظُرۡ إِلَى ٱلۡجَبَلِ فَإِنِ ٱسۡتَقَرَّ مَكَانَهُۥ فَسَوۡفَ تَرَىٰنِيۚ فَلَمَّا تَجَلَّىٰ رَبُّهُۥ لِلۡجَبَلِ جَعَلَهُۥ دَكّٗا وَخَرَّ مُوسَىٰ صَعِقٗاۚ فَلَمَّآ أَفَاقَ قَالَ سُبۡحَٰنَكَ تُبۡتُ إِلَيۡكَ وَأَنَا۠ أَوَّلُ ٱلۡمُؤۡمِنِينَ ﴿١٤٣﴾

◉

Tərcümə

Musa təyin etdiyimiz vaxtda gəl­dikdə Rəbbi onunla da­nış­dı. Musa dedi: “Ey Rəb­bim! Özünü mənə göstər, Sənə baxım”. Allah de­di: “Sən məni gö­rə bilməz­sən. Lakin bu dağa bax. Əgər o, öz ye­rin­də qala bilsə, sən də Məni gö­rəcəksən”. Rəb­bi dağa görün­dük­də onu par­ça-parça etdi. Musa da bayı­la­raq yerə səril­di. Özünə gəl­dik­də isə dedi: “Sən pak və mü­qəd­dəs­sən! Sənə tövbə etdim və mən iman gətirənlərin bi­rin­ci­si­yəm!”
— Alikhan Musayev
Musa tə’yin etdiyimiz vaxtda (Tur-i Sinaya) gəldikdə Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı. (Musa: ) “Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə baxım!” – dedi. Allah: “Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən”, - buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan uzaqsan!) Sənə (bu işimdən ötrü) tövbə etdim. Mən (İsrail oğullarından Səni görməyin mümkün olmadığına) iman gətirənlərin birincisiyəm!” – dedi.
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞