quranm◉

Surə Al-A'raf 7:189

۞هُوَ ٱلَّذِي خَلَقَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ وَجَعَلَ مِنۡهَا زَوۡجَهَا لِيَسۡكُنَ إِلَيۡهَاۖ فَلَمَّا تَغَشَّىٰهَا حَمَلَتۡ حَمۡلًا خَفِيفٗا فَمَرَّتۡ بِهِۦۖ فَلَمَّآ أَثۡقَلَت دَّعَوَا ٱللَّهَ رَبَّهُمَا لَئِنۡ ءَاتَيۡتَنَا صَٰلِحٗا لَّنَكُونَنَّ مِنَ ٱلشَّـٰكِرِينَ ﴿١٨٩﴾

◉

Tərcümə

Sizi tək bir candan xəlq edən, ünsiyyət bağlayıb rahat­lıq tap­sın deyə ondan onun zöv­cəsini yaradan Odur. Adəm öv­ladı zöv­cəsini ağuşuna aldıqda o, yün­gül bir yüklə yükləndi (ha­milə qal­dı) və bir müddət onu bətnində gəzdir­di. Zövcəsi ağır­laşdığı za­man hər ikisi özləri­nin Rəbbi olan Allaha: “Əgər bizə sağlam bir övlad ver­sən, əlbəttə, şükür edən­lərdən ola­rıq”– deyə dua etdilər.
— Alikhan Musayev
Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən (qabırğasından) zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir müddət həmin yükü) daşıdı (onunla oturub-durdu). (Həvva) ağırlaşdığı vaxt onların hər ikisi Allaha dua edib: “Əgər bizə saleh (sağlam, ağıllı, hər şeyi yerli-yerində) bir uşaq versən, (bu ne’mətə görə Sənə) şükür edənlərdən olarıq!” – dedi.
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞