quranm◉

Surə Al-A'raf 7:37

فَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓۚ أُوْلَـٰٓئِكَ يَنَالُهُمۡ نَصِيبُهُم مِّنَ ٱلۡكِتَٰبِۖ حَتَّىٰٓ إِذَا جَآءَتۡهُمۡ رُسُلُنَا يَتَوَفَّوۡنَهُمۡ قَالُوٓاْ أَيۡنَ مَا كُنتُمۡ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِۖ قَالُواْ ضَلُّواْ عَنَّا وَشَهِدُواْ عَلَىٰٓ أَنفُسِهِمۡ أَنَّهُمۡ كَانُواْ كَٰفِرِينَ ﴿٣٧﴾

◉

Tərcümə

Allaha qarşı yalan uy­du­ran və ya Onun ayələrini ya­lan he­sab edən kim­sədən daha zalım kim ola bilər? Yaz­ıda olan qis­mət­lə­ri onlara nə­sib ola­caq­dır. Nəhayət, elçilə­ri­­miz onla­rın canını al­maq üçün yan­la­rı­na gəldikdə: “Allah­­dan savayı çağırdıqlarınız ha­rada­dır?”– de­yəcək­lər. Onlar: “Bizi qoyub qaçıb­lar!”– deyəcək və ka­fir ol­duqlarına dair öz əleyh­ləri­nə şahidlik edəcəklər.
— Alikhan Musayev
Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Kitabda (lövhi-məhfuzda) yazılmış qismətləri onlara çatacaqdır. Nəhayət, elçilərimiz (göndərdiyimiz mələklər) canlarını almaq üçün yanlarına gəldikdə: “Allahdan başqa ibadət etdiyiniz bütləriniz haradadır?” – deyincə: “Onlar bizi qoyub qaçdılar!” – deyə cavab verəcək və öz əleyhlərinə, kafir olduqlarına şahidlik edəcəklər.
— Azerbaijani

◉ Surə · ∞