quranm◉

Surə Al-A'raf 7:38

قَالَ ٱدۡخُلُواْ فِيٓ أُمَمٖ قَدۡ خَلَتۡ مِن قَبۡلِكُم مِّنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ فِي ٱلنَّارِۖ كُلَّمَا دَخَلَتۡ أُمَّةٞ لَّعَنَتۡ أُخۡتَهَاۖ حَتَّىٰٓ إِذَا ٱدَّارَكُواْ فِيهَا جَمِيعٗا قَالَتۡ أُخۡرَىٰهُمۡ لِأُولَىٰهُمۡ رَبَّنَا هَـٰٓؤُلَآءِ أَضَلُّونَا فَـَٔاتِهِمۡ عَذَابٗا ضِعۡفٗا مِّنَ ٱلنَّارِۖ قَالَ لِكُلّٖ ضِعۡفٞ وَلَٰكِن لَّا تَعۡلَمُونَ ﴿٣٨﴾

◉

Tərcümə

Allah deyəcək: “Sizdən əvvəl gə­lib-getmiş günahkar cin və in­san tay­fa­la­rı ilə bir­likdə Oda girin!” Hər bir tay­fa Oda gir­dikcə di­gərini lə­nətlə­yə­cək­dir. Nə­hayət, hamısı orada top­lan­dığı zaman sonra­kılar əv­vəlkilər barə­sində deyə­cəklər: “Ey Rəbbimiz! Bun­lar­­dır bizi azdıran! Elə isə Odda bun­la­ra iki­qat əzab ver!” Allah deyə­cək: “Əzab hər kəs üçün ikiqatdır, lakin siz bunu bil­mirsiniz!”
— Alikhan Musayev
(Allah qiyamət günü onlara) buyuracaq: “Sizdən əvvəl gəlib-getmiş (kafir) cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!” Hər tayfa girdikcə (özündən əvvəlki) dindaşına və tayfadaşına (onu doğru yoldan azdırdığı üçün) lə’nət oxuyacaq. Nəhayət, hamısı birlikdə orada (Cəhənnəmdə) toplandığı zaman sonra gələnlər (tabe olanlar) əvvəl gələnlər (tabe olduqları) barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat cəhənnəm əzabı ver! (Allah) buyuracaq: “Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!”
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞