quranm◉

Surə Al-Muzzammil 73:20

۞إِنَّ رَبَّكَ يَعۡلَمُ أَنَّكَ تَقُومُ أَدۡنَىٰ مِن ثُلُثَيِ ٱلَّيۡلِ وَنِصۡفَهُۥ وَثُلُثَهُۥ وَطَآئِفَةٞ مِّنَ ٱلَّذِينَ مَعَكَۚ وَٱللَّهُ يُقَدِّرُ ٱلَّيۡلَ وَٱلنَّهَارَۚ عَلِمَ أَن لَّن تُحۡصُوهُ فَتَابَ عَلَيۡكُمۡۖ فَٱقۡرَءُواْ مَا تَيَسَّرَ مِنَ ٱلۡقُرۡءَانِۚ عَلِمَ أَن سَيَكُونُ مِنكُم مَّرۡضَىٰ وَءَاخَرُونَ يَضۡرِبُونَ فِي ٱلۡأَرۡضِ يَبۡتَغُونَ مِن فَضۡلِ ٱللَّهِ وَءَاخَرُونَ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِۖ فَٱقۡرَءُواْ مَا تَيَسَّرَ مِنۡهُۚ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَأَقۡرِضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنٗاۚ وَمَا تُقَدِّمُواْ لِأَنفُسِكُم مِّنۡ خَيۡرٖ تَجِدُوهُ عِندَ ٱللَّهِ هُوَ خَيۡرٗا وَأَعۡظَمَ أَجۡرٗاۚ وَٱسۡتَغۡفِرُواْ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمُۢ ﴿٢٠﴾

◉

Tərcümə

Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan səhabələrin bir qis­mi bəzən gecənin üçdə ikisinə yaxın qismini, bəzən ya­rı­sı­nı, bəzən də üçdə bi­rini iba­dət üçün du­rursunuz. Gecə və gün­düzü Allah öl­çüb mü­əy­­yən­­ləşdirir. O, sizin bunları he­sab­lamaqda çətin­lik çəkəcəyi­nizi bildiyi üçün, tövbələri­nizi qə­bul etdi. Elə isə na­maz qılar­kən Qu­ran­dan sizə asan gə­ləni oxu­yun! O bilir ki, bə­zi­ləriniz xəs­tə olacaq, di­gərlə­riniz Alla­hın mər­həmə­tindən ruzi əldə et­mək məqsədilə müx­təlif yer­lərə sə­fərə çıxacaq, bir qis­mi­niz də Allah yolunda vu­ru­şacaqdır. Buna görə namaz qı­larkən Qu­randan sizə asan olanı oxu­­yun! Na­maz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc ve­rin. Bu dünyada qabaq­cadan özü­nüzə hansı xeyirli əməl­ləri tə­da­rük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha bö­yük mü­ka­fatla əvəz olun­du­ğunu görəcəksiniz. Elə isə Allah­dan sizi əfv etməsini is­təyin! Şüb­həsiz ki, Allah Ba­ğışla­yan­dır, Rəhmlidir!
— Alikhan Musayev
(Ya Peyğəmbər!) Həqiqətən, Rəbbin bilir ki, sən (yatağından) qalxıb bə’zən gecənin təqribən üçdə ikisini, bə’zən yarısını, bə’zən də üçdə birini namaz qılırsan. Səninlə birlikdə olan bir zümrə (yaxın səhabən) də belədir. Gecəni də, gündüzü də ölçüb-biçən ancaq Allahdır. O sizin bunu (gecə vaxtlarını və saatlarını) ölçüb saya bilməyəcəyinizi (yaxud bütün gecəni oyaq qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün sizi əfv etdi (sizə rüsxət verdi). Qur’andan sizə müyəssər olanı oxuyun. (Allah) bilir ki, içərinizdə xəstələr də olacaq, bə’ziləri Allahın lütfündən ruzi axtarmaq üçün (ticarət məqsədilə) yer üzünü gəzib dolaşacaq, digərləri isə Allah yolunda vuruşacaqdır (cihada gedəcəkdir). Elə isə ondan (Qur’andan) sizə müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allah yolunda gözəl (könül xoşluğu ilə) bir borc verin. Özünüz üçün öncə (dünyada) nə yaxşı iş görsəniz, Allah dərgahında onun daha xeyirli və daha böyük mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmağınızı diləyin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞