quranm◉

Surə Al-Anfal 8:16

وَمَن يُوَلِّهِمۡ يَوۡمَئِذٖ دُبُرَهُۥٓ إِلَّا مُتَحَرِّفٗا لِّقِتَالٍ أَوۡ مُتَحَيِّزًا إِلَىٰ فِئَةٖ فَقَدۡ بَآءَ بِغَضَبٖ مِّنَ ٱللَّهِ وَمَأۡوَىٰهُ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ﴿١٦﴾

◉

Tərcümə

Daha bir döyüş əməliy­yatı keçir­mək üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulan­lar istisna olmaqla, kim belə bir gün­də onlara arxa çe­vi­rər­sə, Allahın qəzə­binə dü­çar olar. Onun gedəcəyi yer Cə­hənnəm­dir. Ora necə də pis dö­nüş yeridir.
— Alikhan Musayev
(Düşməni aldatmaq məqsədilə yalandan özünüzü qaçan kimi göstərib) təkrar döyüş üçün bir tərəfə çəkilən və ya (kömək məqsədilə müsəlmanlardan ibarət) başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞