quranm◉

Surə Al-Anfal 8:19

إِن تَسۡتَفۡتِحُواْ فَقَدۡ جَآءَكُمُ ٱلۡفَتۡحُۖ وَإِن تَنتَهُواْ فَهُوَ خَيۡرٞ لَّكُمۡۖ وَإِن تَعُودُواْ نَعُدۡ وَلَن تُغۡنِيَ عَنكُمۡ فِئَتُكُمۡ شَيۡـٔٗا وَلَوۡ كَثُرَتۡ وَأَنَّ ٱللَّهَ مَعَ ٱلۡمُؤۡمِنِينَ ﴿١٩﴾

◉

Tərcümə

Əgər siz kafirlər ədalətli hökm di­ləyirsinizsə, artıq sizə hökm gəl­mişdir. Əgər küfrə son qoysanız, bu, sizin üçün xe­yir­li olar. Yox əgər qayıtsa­nız, Biz də qayı­darıq (mö­minlərə qarşı vuruşsa­nız, Biz də sizi məğlub edə­rik). Dəs­tə­niz nə qədər çox olsa da, bu sizi heç bir şey­dən qurtara bilməz. Şübhəsiz ki, Allah mö­min­lər­lədir.
— Alikhan Musayev
(Ey müşriklər!) Əgər siz (Kə’bənin örtüklərinə yapışıb dua edərək) qələbə istəyirsinizsə, artıq sizə zəfər (mö’minlərin qələbəsilə Allahın əleyhinizə olan hökmü) gəldi. Əgər (küfrdən və Peyğəmbərə qarşı müharibə aparmaqdan) əl çəksəniz, bu sizin xeyrinizə olar. Yox, əgər təkrar (müharibəyə) qayıtsanız, Biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizdən heç bir şeyi (Allahın bəlasını, əzabını) dəf edə bilməz. Allah, həqiqətən, mö’minlərlədir!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞