quranm◉

Surə Al-Anfal 8:42

إِذۡ أَنتُم بِٱلۡعُدۡوَةِ ٱلدُّنۡيَا وَهُم بِٱلۡعُدۡوَةِ ٱلۡقُصۡوَىٰ وَٱلرَّكۡبُ أَسۡفَلَ مِنكُمۡۚ وَلَوۡ تَوَاعَدتُّمۡ لَٱخۡتَلَفۡتُمۡ فِي ٱلۡمِيعَٰدِ وَلَٰكِن لِّيَقۡضِيَ ٱللَّهُ أَمۡرٗا كَانَ مَفۡعُولٗا لِّيَهۡلِكَ مَنۡ هَلَكَ عَنۢ بَيِّنَةٖ وَيَحۡيَىٰ مَنۡ حَيَّ عَنۢ بَيِّنَةٖۗ وَإِنَّ ٱللَّهَ لَسَمِيعٌ عَلِيمٌ ﴿٤٢﴾

◉

Tərcümə

O zaman siz vadinin ya­xın tərə­fində, onlar uzaq tərə­fində, kar­van isə sizdən aşa­ğı­da dənizin sahilində idi. Əgər siz vədələş­səy­diniz, həmin vaxt və yer barə­sində ixtilafa düşər­di­niz. Lakin Allah olacaq işi hə­yata keçirmək üçün belə etdi ki, həlak olan açıq-ay­dın bir dəlil­lə həlak olsun, sağ qalan da açıq-aydın bir dəlillə sağ qalsın. Hə­qiqətən, Allah hər şeyi eşi­dən­­dir, hər şeyi bi­lən­dir.
— Alikhan Musayev
O zaman (Bədr günü) siz vadinin (Mədinəyə) ən yaxın tərəfində, onlar (düşmənləriniz) isə ən uzaq tərəfindən idilər. Karvan sizdən aşağıda (sahilə yaxın gözəl, sulu bir yerdə) durmuşdu. Əgər siz (onlarla vuruşmaq üçün müəyyən bir vaxtda üz-üzə gəlmək haqqında) və’dələşsəydiniz, (onların çox olmasından və sizi öldürməsindən qorxaraq) tə’yin etdiyiniz vaxt barəsində aranıza ixtilaf düşərdi. Lakin Allah olacaq işi (mö’minlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirmək üçün belə etdi ki, həlak olan aşkar bir mö’cüzə ilə (dəlillə) həlak olsun, sağ qalan da aşkar bir mö’cüzə ilə sağ qalsın. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir!
— Azerbaijani

◉ Surə · ∞