quranm◉

Surə At-Tawbah 9:37

إِنَّمَا ٱلنَّسِيٓءُ زِيَادَةٞ فِي ٱلۡكُفۡرِۖ يُضَلُّ بِهِ ٱلَّذِينَ كَفَرُواْ يُحِلُّونَهُۥ عَامٗا وَيُحَرِّمُونَهُۥ عَامٗا لِّيُوَاطِـُٔواْ عِدَّةَ مَا حَرَّمَ ٱللَّهُ فَيُحِلُّواْ مَا حَرَّمَ ٱللَّهُۚ زُيِّنَ لَهُمۡ سُوٓءُ أَعۡمَٰلِهِمۡۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ ﴿٣٧﴾

◉

Tərcümə

Haram ayı təxirə sal­maq ancaq küf­rü artırır. Bu­nunla da ka­fir­lər az­dı­rı­lırlar. Onlar bu­nu bir il halal sayır, bir il də haram sa­yır­lar ki, Alla­hın ha­ram et­diyi ayların sayını uy­ğunlaşdırsın­lar və Allahın ha­ram buyurdu­ğu­nu halal et­sin­lər. Beləcə, on­ların pis əməl­ləri öz­lə­ri­nə gö­zəl gös­tə­rildi. Allah kafir adam­ları doğ­ru yola yö­nəltməz.
— Alikhan Musayev
Həqiqətən, (haram ayları) gecikdirmək (məsələn, rəcəbi şə’bana və ya zülqə’də, zülhiccə və məhərrəmi gecikdirib səfərə, yaxud başqa bir aya saxlamaq) ancaq küfrü artırmaqdır ki, bununla kafir olanlar (doğru yoldan) azdırılarlar. Onlar Allahın haram etdiyi ayların sayını düzəltmək, Allahın haram buyurduğunu halal etmək məqsədilə onu (gecikdirilən ayı) bir il halal, bir il haram sayarlar. (Ayları gecikdirmək, yerlərini dəyişdirmək və qəməri ilə daha bir ay əlavə etməklə haram olan bir ayı bə’zən halal, halal olan bir ayı da bə’zən haram hesab edərlər). Pis əməlləri onlara gözəl görünmüşdür. Allah kafir qövmü doğru yola yönəltməz!
— Azerbaijani

◉ Surə · ∞