quranm◉

Surə At-Tawbah 9:94

يَعۡتَذِرُونَ إِلَيۡكُمۡ إِذَا رَجَعۡتُمۡ إِلَيۡهِمۡۚ قُل لَّا تَعۡتَذِرُواْ لَن نُّؤۡمِنَ لَكُمۡ قَدۡ نَبَّأَنَا ٱللَّهُ مِنۡ أَخۡبَارِكُمۡۚ وَسَيَرَى ٱللَّهُ عَمَلَكُمۡ وَرَسُولُهُۥ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿٩٤﴾

◉

Tərcümə

Döyüşdən qayıtdığınız za­man siz­dən üzr diləyəcəklər. De: “Üzr dilə­mə­yin. Sizə əsla inanma­yacağıq. Allah si­zin iş­lərinizdən bi­zi agah etmişdir. Son­rakı əməl­lərinizi Allah da görəcək, Onun El­çi­si də”. Son­ra isə qeybi və aş­karı Bi­lənin hüzuruna qaytarıla­caq­sı­nız, O da sizə nə etdikləri­nizi xəbər verə­cəkdir.
— Alikhan Musayev
(Döyüşdən geri dönüb) yanlarına qayıtdığınız zaman onlar sizdən üzr istəyərlər. (Onlara) belə de: “(Əbəs yerə) üzr istəməyin, onsuzda sizə inanmayacağıq. Allah əhvalınızdan bizi xəbərdar etmişdir. (Bundan belə) əməlinizi Allah da görəcək, Onun Peyğəmbəri də”. Sonra qeybi və aşkarı bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!
— Azerbaijani

◉ Surə · ∞