quranm◉

Hizb 13

Range
from 5:97 to 6:58
Surahs covered
Tərcümə
82 Tərcümə

◉

5:97

جَعَلَ ٱللَّهُ ٱلۡكَعۡبَةَ ٱلۡبَيۡتَ ٱلۡحَرَامَ قِيَٰمٗا لِّلنَّاسِ وَٱلشَّهۡرَ ٱلۡحَرَامَ وَٱلۡهَدۡيَ وَٱلۡقَلَـٰٓئِدَۚ ذَٰلِكَ لِتَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَأَنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ ﴿97﴾

Allah Kəbəni – müqəd­dəs evi, haram ayı, qurbanı və boy­nu­na nişan taxılmış qur­banlıq hey­vanları insanların iş­lə­rini yo­lu­na qoymaq üçün bir vasitə kimi mü­əy­yən etdi. Bu ona görə­dir ki, siz göylərdə və yer­də olan­ların Alla­ha bəlli olma­sını və Allahın hər şe­yi Bilən olduğunu an­laya­sınız.

5:98

ٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ وَأَنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ﴿98﴾

Agah olun ki, Allah şid­dət­li cəza verəndir, həmçinin də Allah Bağış­la­yan­dır, Rəhm­lidir.

5:99

مَّا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلۡبَلَٰغُۗ وَٱللَّهُ يَعۡلَمُ مَا تُبۡدُونَ وَمَا تَكۡتُمُونَ ﴿99﴾

Allahın elçisinin vəzi­fə­si an­caq təbliğ etməkdir. Allah sizin aş­kara çı­xar­dı­ğınızı da, gizlində saxladığınızı da bilir.

5:100

قُل لَّا يَسۡتَوِي ٱلۡخَبِيثُ وَٱلطَّيِّبُ وَلَوۡ أَعۡجَبَكَ كَثۡرَةُ ٱلۡخَبِيثِۚ فَٱتَّقُواْ ٱللَّهَ يَـٰٓأُوْلِي ٱلۡأَلۡبَٰبِ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ﴿100﴾

De: “Murdar şeyin çox ol­ması sənin xoşuna gəlsə be­lə, mur­darla təmiz eyni ola bil­məz”. Ey ağıl sahibləri! Allah­dan qor­xun ki, bəl­kə nicat ta­pa­sınız.

5:101

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَسۡـَٔلُواْ عَنۡ أَشۡيَآءَ إِن تُبۡدَ لَكُمۡ تَسُؤۡكُمۡ وَإِن تَسۡـَٔلُواْ عَنۡهَا حِينَ يُنَزَّلُ ٱلۡقُرۡءَانُ تُبۡدَ لَكُمۡ عَفَا ٱللَّهُ عَنۡهَاۗ وَٱللَّهُ غَفُورٌ حَلِيمٞ ﴿101﴾

Ey iman gətirənlər! Si­zə agah olun­ca xoşunuza gəl­mə­yə­cək şeylər ba­rəsində so­ruş­mayın. Əgər Quran nazil edil­diyi za­man onlar haqqında so­ruş­sa­nız, sizə aydın olar. Allah bunları – indi­yə qədər verdiyi­niz bu cür sualları əfv etdi. Allah Bağış­layandır, Rəhm­lidir.

5:102

قَدۡ سَأَلَهَا قَوۡمٞ مِّن قَبۡلِكُمۡ ثُمَّ أَصۡبَحُواْ بِهَا كَٰفِرِينَ ﴿102﴾

Sizdən əvvəl bir qövm bunları soruşmuş, sonra da bu sə­bəbdən kafir olmuşdu.

5:103

مَا جَعَلَ ٱللَّهُ مِنۢ بَحِيرَةٖ وَلَا سَآئِبَةٖ وَلَا وَصِيلَةٖ وَلَا حَامٖ وَلَٰكِنَّ ٱلَّذِينَ كَفَرُواْ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَۖ وَأَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ ﴿103﴾

Allah müşriklərin bə­hi­rə, saibə, və­silə və ham ad­lan­dırıb büt­lərə nəzir et­di­yi hey­van­lar ba­rəsində heç bir gös­təriş ver­mə­mişdir. La­kin kafir olan­lar Alla­ha qarşı ya­lan uy­du­rurlar. Onların çoxu isə bunu anlamır.

5:104

وَإِذَا قِيلَ لَهُمۡ تَعَالَوۡاْ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ قَالُواْ حَسۡبُنَا مَا وَجَدۡنَا عَلَيۡهِ ءَابَآءَنَآۚ أَوَلَوۡ كَانَ ءَابَآؤُهُمۡ لَا يَعۡلَمُونَ شَيۡـٔٗا وَلَا يَهۡتَدُونَ ﴿104﴾

Onlara: “Allahın nazil et­diyinə və göndərdiyi Elçiyə tə­rəf gəlin”– deyil­dikdə: “Ata­la­rı­mı­zın tutduğu yol bizə bəs­ edər”– de­yirlər. Əgər ataları bir şey bil­mə­yib, doğru yola yö­nəl­­məyiblərsə, on­da necə olsun?

5:105

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ عَلَيۡكُمۡ أَنفُسَكُمۡۖ لَا يَضُرُّكُم مَّن ضَلَّ إِذَا ٱهۡتَدَيۡتُمۡۚ إِلَى ٱللَّهِ مَرۡجِعُكُمۡ جَمِيعٗا فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿105﴾

Ey iman gətirənlər! Öz qeydini­zə qalın! Siz doğru yol­da ol­sanız, haqq yoldan azmış­lar sizə zərər yetirə bilməz­lər. Ha­mı­­nı­zın dönüşü Allaha ola­caq və O, et­di­yiniz əməllər ba­rədə sizə xə­bər verəcəkdir.

5:106

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ شَهَٰدَةُ بَيۡنِكُمۡ إِذَا حَضَرَ أَحَدَكُمُ ٱلۡمَوۡتُ حِينَ ٱلۡوَصِيَّةِ ٱثۡنَانِ ذَوَا عَدۡلٖ مِّنكُمۡ أَوۡ ءَاخَرَانِ مِنۡ غَيۡرِكُمۡ إِنۡ أَنتُمۡ ضَرَبۡتُمۡ فِي ٱلۡأَرۡضِ فَأَصَٰبَتۡكُم مُّصِيبَةُ ٱلۡمَوۡتِۚ تَحۡبِسُونَهُمَا مِنۢ بَعۡدِ ٱلصَّلَوٰةِ فَيُقۡسِمَانِ بِٱللَّهِ إِنِ ٱرۡتَبۡتُمۡ لَا نَشۡتَرِي بِهِۦ ثَمَنٗا وَلَوۡ كَانَ ذَا قُرۡبَىٰ وَلَا نَكۡتُمُ شَهَٰدَةَ ٱللَّهِ إِنَّآ إِذٗا لَّمِنَ ٱلۡأٓثِمِينَ ﴿106﴾

Ey iman gətirənlər! Siz­lərdən bir kimsəyə ölüm gəl­di­yi zaman, vəsiyyət vaxtı içi­niz­dən iki ədalətli kişi, bir yerə səfərə çıx­­dığınız zaman başı­nı­za ölüm mü­sibəti gəldikdə isə özünüzdən ol­ma­yan iki kişi aranızda şahidlik etsin. Əgər özünüzdən olmayan şa­hidlərə şüb­hə etsə­niz, namaz­dan sonra hər ikisini sax­layın və qoy onlar: “Biz bu andımızı lap ya­xın qo­humlara belə heç bir qiy­mətə satma­rıq və Allahın şahid­li­yi­ni giz­lət­mə­rik. Əks halda biz, şüb­həsiz ki, gü­nah­­karlardan olarıq”– deyə and içsinlər.

5:107

فَإِنۡ عُثِرَ عَلَىٰٓ أَنَّهُمَا ٱسۡتَحَقَّآ إِثۡمٗا فَـَٔاخَرَانِ يَقُومَانِ مَقَامَهُمَا مِنَ ٱلَّذِينَ ٱسۡتَحَقَّ عَلَيۡهِمُ ٱلۡأَوۡلَيَٰنِ فَيُقۡسِمَانِ بِٱللَّهِ لَشَهَٰدَتُنَآ أَحَقُّ مِن شَهَٰدَتِهِمَا وَمَا ٱعۡتَدَيۡنَآ إِنَّآ إِذٗا لَّمِنَ ٱلظَّـٰلِمِينَ ﴿107﴾

Əgər hər ikisinin gü­nah iş tut­duq­ları aşkar edilsə, o za­man onların ye­rini haqsız­lığa məruz qalanlardan ölən şəxsə daha ya­xın olan iki kişi tutar və onlar: “Əl­bəttə, bizim şa­hid­liyimiz o iki nə­fə­rin şa­hid­li­yin­dən daha doğru­dur və biz həd­di aşmadıq. Əks hal­da biz, şüb­həsiz ki, zalımlar­dan olarıq”– deyə and içərlər.

5:108

ذَٰلِكَ أَدۡنَىٰٓ أَن يَأۡتُواْ بِٱلشَّهَٰدَةِ عَلَىٰ وَجۡهِهَآ أَوۡ يَخَافُوٓاْ أَن تُرَدَّ أَيۡمَٰنُۢ بَعۡدَ أَيۡمَٰنِهِمۡۗ وَٱتَّقُواْ ٱللَّهَ وَٱسۡمَعُواْۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ ﴿108﴾

Bu, onların olduğu ki­mi şahidlik etmələri və ya and­la­rı­nın sonradan va­rislər tərə­fin­­dən baş­qa andlarla rədd edil­məsindən qorx­­maları üçün da­ha mü­na­sibdir. Allahdan qor­xun və qulaq asın! Allah gü­nahkar tayfanı doğru yo­la yö­nəltməz.

5:109

يَوۡمَ يَجۡمَعُ ٱللَّهُ ٱلرُّسُلَ فَيَقُولُ مَاذَآ أُجِبۡتُمۡۖ قَالُواْ لَا عِلۡمَ لَنَآۖ إِنَّكَ أَنتَ عَلَّـٰمُ ٱلۡغُيُوبِ ﴿109﴾

Allah elçilərini topla­ya­­cağı gün deyəcək: “Sizə nə ca­vab verildi?” Onlar isə: “Bi­zim el­mimiz yoxdur. Şüb­həsiz ki, qeyb­ləri bilən Sənsən!”– de­yə­cəklər.

5:110

إِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱذۡكُرۡ نِعۡمَتِي عَلَيۡكَ وَعَلَىٰ وَٰلِدَتِكَ إِذۡ أَيَّدتُّكَ بِرُوحِ ٱلۡقُدُسِ تُكَلِّمُ ٱلنَّاسَ فِي ٱلۡمَهۡدِ وَكَهۡلٗاۖ وَإِذۡ عَلَّمۡتُكَ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَۖ وَإِذۡ تَخۡلُقُ مِنَ ٱلطِّينِ كَهَيۡـَٔةِ ٱلطَّيۡرِ بِإِذۡنِي فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيۡرَۢا بِإِذۡنِيۖ وَتُبۡرِئُ ٱلۡأَكۡمَهَ وَٱلۡأَبۡرَصَ بِإِذۡنِيۖ وَإِذۡ تُخۡرِجُ ٱلۡمَوۡتَىٰ بِإِذۡنِيۖ وَإِذۡ كَفَفۡتُ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ عَنكَ إِذۡ جِئۡتَهُم بِٱلۡبَيِّنَٰتِ فَقَالَ ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ ﴿110﴾

Allah deyəcək: “Ey Mər­yəm oğlu İsa! Sənə və ana­na olan nemətimi xatırla! O za­man səni müqəddəs ruhla qüv­vətlən­dir­miş­dim. Sən həm be­şikdə ikən, həm də yet­kin ça­ğında in­san­lar­la da­nı­şırdın. Sə­nə yazmağı, hik­mə­ti, Töv­ratı və İncili öyrət­miş­dim. Sən Mə­nim iznimlə palçıqdan quşa bənzər bir şey düzəl­dib ona üfü­rürdün, o da Mənim iz­nim­­lə quş olurdu. Sən Mənim iz­nim­lə ana­dangəlmə koru və cüzam xəs­tə­li­yinə tutu­lanı sa­ğaldır və Mə­nim iznim­lə ölü­ləri dirildirdin. Sən İs­rail oğul­la­rı­nın yanına açıq-ay­dın də­lillərlə gəldik­də Mən on­ları səndən dəf etmişdim. On­lar­dan kafir olanlar isə demiş­di­lər: “Bu, açıq-aydın sehrdən baş­qa bir şey deyildir”.

5:111

وَإِذۡ أَوۡحَيۡتُ إِلَى ٱلۡحَوَارِيِّـۧنَ أَنۡ ءَامِنُواْ بِي وَبِرَسُولِي قَالُوٓاْ ءَامَنَّا وَٱشۡهَدۡ بِأَنَّنَا مُسۡلِمُونَ ﴿111﴾

Bir zaman Mən həvari­lə­rə: “Mə­nə və elçimə iman gə­­ti­rin!”– deyə vəhy etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlman­la­rıq!”– de­miş­dilər.

5:112

إِذۡ قَالَ ٱلۡحَوَارِيُّونَ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ هَلۡ يَسۡتَطِيعُ رَبُّكَ أَن يُنَزِّلَ عَلَيۡنَا مَآئِدَةٗ مِّنَ ٱلسَّمَآءِۖ قَالَ ٱتَّقُواْ ٱللَّهَ إِن كُنتُم مُّؤۡمِنِينَ ﴿112﴾

Bir zaman həvarilər de­­­miş­dilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göy­dən bir süfrə en­dirə bilərmi?” O da on­la­ra de­miş­di: “Əgər mömin­sinizsə, Allah­dan qorxun”.

5:113

قَالُواْ نُرِيدُ أَن نَّأۡكُلَ مِنۡهَا وَتَطۡمَئِنَّ قُلُوبُنَا وَنَعۡلَمَ أَن قَدۡ صَدَقۡتَنَا وَنَكُونَ عَلَيۡهَا مِنَ ٱلشَّـٰهِدِينَ ﴿113﴾

Onlar demişdilər: “Biz is­təyirik ki, ondan yeyək, qəlb­lə­ri­miz ra­hat ol­sun, bizə doğru söy­lədiyini bilək və o möcü­zəyə şa­hid­lik edənlərdən olaq”.

5:114

قَالَ عِيسَى ٱبۡنُ مَرۡيَمَ ٱللَّهُمَّ رَبَّنَآ أَنزِلۡ عَلَيۡنَا مَآئِدَةٗ مِّنَ ٱلسَّمَآءِ تَكُونُ لَنَا عِيدٗا لِّأَوَّلِنَا وَءَاخِرِنَا وَءَايَةٗ مِّنكَۖ وَٱرۡزُقۡنَا وَأَنتَ خَيۡرُ ٱلرَّـٰزِقِينَ ﴿114﴾

Məryəm oğlu İsa dedi: “Ey Alla­hım! Ey bizim Rəbbi­miz! Bi­zə göy­dən bir süfrə en­dir ki, bi­zim həm birin­ci­miz, həm də axı­rıncımız üçün bir bay­ram və Sən­dən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yax­şı­sı­san!”

5:115

قَالَ ٱللَّهُ إِنِّي مُنَزِّلُهَا عَلَيۡكُمۡۖ فَمَن يَكۡفُرۡ بَعۡدُ مِنكُمۡ فَإِنِّيٓ أُعَذِّبُهُۥ عَذَابٗا لَّآ أُعَذِّبُهُۥٓ أَحَدٗا مِّنَ ٱلۡعَٰلَمِينَ ﴿115﴾

Allah dedi: “Mən onu si­zə endi­rəcəyəm. Amma bun­dan son­­ra ara­nız­dan kafir olan­­lara aləm­­lərdən heç kəsə ver­mədi­yim bir əzabı verəcə­yəm”.

5:116

وَإِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ ءَأَنتَ قُلۡتَ لِلنَّاسِ ٱتَّخِذُونِي وَأُمِّيَ إِلَٰهَيۡنِ مِن دُونِ ٱللَّهِۖ قَالَ سُبۡحَٰنَكَ مَا يَكُونُ لِيٓ أَنۡ أَقُولَ مَا لَيۡسَ لِي بِحَقٍّۚ إِن كُنتُ قُلۡتُهُۥ فَقَدۡ عَلِمۡتَهُۥۚ تَعۡلَمُ مَا فِي نَفۡسِي وَلَآ أَعۡلَمُ مَا فِي نَفۡسِكَۚ إِنَّكَ أَنتَ عَلَّـٰمُ ٱلۡغُيُوبِ ﴿116﴾

Allah deyəcək: “Ey Mər­­yəm oğlu İsa! Sənmi in­san­­la­ra: “Allahı qo­yub məni və anamı iki məbud qəbul edin!”– demiş­din?” İsa deyəcək: “Sən pak və müqəd­dəssən! Haqqım olma­yan bir şe­yi demək mənə yaraşmaz. Əgər bu­nu demiş ol­saydım, əl­bət­tə, Sən onu bi­lər­din. Sən mənim qəl­bim­də olan­ları bilirsən, mən isə Sə­nin Özün­də olanları bil­mirəm. Şüb­hə­siz ki, qeybləri bilən Sən­sən!

5:117

مَا قُلۡتُ لَهُمۡ إِلَّا مَآ أَمَرۡتَنِي بِهِۦٓ أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ رَبِّي وَرَبَّكُمۡۚ وَكُنتُ عَلَيۡهِمۡ شَهِيدٗا مَّا دُمۡتُ فِيهِمۡۖ فَلَمَّا تَوَفَّيۡتَنِي كُنتَ أَنتَ ٱلرَّقِيبَ عَلَيۡهِمۡۚ وَأَنتَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ ﴿117﴾

Mən onlara ancaq Sə­nin mənə əmr etdiyini: “Mə­nim də Rəb­bim, sizin də Rəb­biniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şa­hid idim. Sən mə­ni onların ara­sından götür­dükdən son­ra isə onlara nəzarət edən Özün ol­dun. Sən hər şeyə Şahidsən.

5:118

إِن تُعَذِّبۡهُمۡ فَإِنَّهُمۡ عِبَادُكَۖ وَإِن تَغۡفِرۡ لَهُمۡ فَإِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿118﴾

Əgər onlara əzab ver­sən, sözsüz ki, onlar Sənin qul­la­rın­dır. Əgər onları bağışla­san, şüb­həsiz ki, Sən Qüdrət­li­sən, Müd­rik­sən!”

5:119

قَالَ ٱللَّهُ هَٰذَا يَوۡمُ يَنفَعُ ٱلصَّـٰدِقِينَ صِدۡقُهُمۡۚ لَهُمۡ جَنَّـٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ﴿119﴾

Allah dedi: “Bu, doğru da­nışan­la­ra doğruluqlarının fay­da ve­rəcəyi gün­dür! Onlar üçün ağacları altından çay­lar axan və için­də əbədi qalacaq­ları cən­nətlər hazırlan­mışdır”. Allah on­­lardan razı­dır, onlar da On­dan razıdır­lar. Bu, böyük uğur­dur.

5:120

لِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا فِيهِنَّۚ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرُۢ ﴿120﴾

Göylərin, yerin və on­la­rın ara­sında olanların hökm­ranlığı Allaha məx­susdur və O, hər şeyə qadirdir.

6:1

ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَجَعَلَ ٱلظُّلُمَٰتِ وَٱلنُّورَۖ ثُمَّ ٱلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمۡ يَعۡدِلُونَ ﴿1﴾

Həmd, göyləri və yeri yaradan, zül­mət­lə­ri və nuru var edən Allaha məxsusdur! Bu dəlil­lər­dən sonra kafir olan­lar hələ də bütləri öz Rəb­binə tay tuturlar.

6:2

هُوَ ٱلَّذِي خَلَقَكُم مِّن طِينٖ ثُمَّ قَضَىٰٓ أَجَلٗاۖ وَأَجَلٞ مُّسَمًّى عِندَهُۥۖ ثُمَّ أَنتُمۡ تَمۡتَرُونَ ﴿2﴾

Sizi palçıqdan yaradan, son­ra da əcəlinizi təyin edən Odur. Onun yanın­da Qiya­mət gü­nü üçün də bəlli bir əcəl var­dır. Bunu bildikdən sonra siz ye­nə də şübhə edir­siniz.

6:3

وَهُوَ ٱللَّهُ فِي ٱلسَّمَٰوَٰتِ وَفِي ٱلۡأَرۡضِ يَعۡلَمُ سِرَّكُمۡ وَجَهۡرَكُمۡ وَيَعۡلَمُ مَا تَكۡسِبُونَ ﴿3﴾

O, həm göylərdə, həm də yerdə ibadət olunan Tək Allah­dır. O, gizlində saxladığınızı da bilir, aşkarda etdiyinizi də. O, sizin nə qa­zanacağınızı da bi­lir.

6:4

وَمَا تَأۡتِيهِم مِّنۡ ءَايَةٖ مِّنۡ ءَايَٰتِ رَبِّهِمۡ إِلَّا كَانُواْ عَنۡهَا مُعۡرِضِينَ ﴿4﴾

Onlara Rəbbindən gələn elə bir ayə yoxdur ki, ondan üz çe­vir­məsinlər.

6:5

فَقَدۡ كَذَّبُواْ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُمۡ فَسَوۡفَ يَأۡتِيهِمۡ أَنۢبَـٰٓؤُاْ مَا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ﴿5﴾

Onlara haqq gəldikdə onu yalan saydılar. İstehza et­dik­lə­ri şe­yin xəbəri onlara tezliklə ça­ta­caqdır.

6:6

أَلَمۡ يَرَوۡاْ كَمۡ أَهۡلَكۡنَا مِن قَبۡلِهِم مِّن قَرۡنٖ مَّكَّنَّـٰهُمۡ فِي ٱلۡأَرۡضِ مَا لَمۡ نُمَكِّن لَّكُمۡ وَأَرۡسَلۡنَا ٱلسَّمَآءَ عَلَيۡهِم مِّدۡرَارٗا وَجَعَلۡنَا ٱلۡأَنۡهَٰرَ تَجۡرِي مِن تَحۡتِهِمۡ فَأَهۡلَكۡنَٰهُم بِذُنُوبِهِمۡ وَأَنشَأۡنَا مِنۢ بَعۡدِهِمۡ قَرۡنًا ءَاخَرِينَ ﴿6﴾

Məgər onlar özlərindən əv­vəl ne­çə-neçə nəsilləri məhv et­di­yi­­mi­zi gör­mədilərmi? Biz onlara yer üzündə sizə ver­mə­diyimiz im­kan­ları vermiş­dik. On­ların üzə­rinə göydən bol-bol yağış yağ­dır­mış və ev­lərinin al­tından çaylar axıt­mışdıq. Biz onları günahlarına görə hə­lak etdik və onlardan sonra başqa nə­sil­lər yaratdıq.

6:7

وَلَوۡ نَزَّلۡنَا عَلَيۡكَ كِتَٰبٗا فِي قِرۡطَاسٖ فَلَمَسُوهُ بِأَيۡدِيهِمۡ لَقَالَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ ﴿7﴾

Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar, kafir olanlar yenə də: “Bu, açıq-aydın sehrdən başqa bir şey de­yil­!”– deyərdilər.

6:8

وَقَالُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ مَلَكٞۖ وَلَوۡ أَنزَلۡنَا مَلَكٗا لَّقُضِيَ ٱلۡأَمۡرُ ثُمَّ لَا يُنظَرُونَ ﴿8﴾

Onlar: “Nə üçün ona mə­lək endi­ril­məyib?”– dedilər. Əgər biz mələk en­dirsəydik, iş bit­miş olar­dı, onlara isə möh­lət ve­ril­məz­di.

6:9

وَلَوۡ جَعَلۡنَٰهُ مَلَكٗا لَّجَعَلۡنَٰهُ رَجُلٗا وَلَلَبَسۡنَا عَلَيۡهِم مَّا يَلۡبِسُونَ ﴿9﴾

Əgər biz onu mələk et­səy­­­dik, əl­bət­tə, onu kişi edərdik və on­la­rı bir daha düşdükləri şüb­hə­yə salardıq.

6:10

وَلَقَدِ ٱسۡتُهۡزِئَ بِرُسُلٖ مِّن قَبۡلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُواْ مِنۡهُم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ﴿10﴾

Əlbəttə, səndən əvvəlki el­çilərə də istehza edilmişdi. Am­ma istehza edən­­ləri, məsxə­rə­yə qoy­duqları şey hər tərəf­dən bürüdü.

6:11

قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ ثُمَّ ٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ ﴿11﴾

De: “Yer üzündə gəzib do­laşın və görün haqqı yalan sayan­la­rın aqibəti ne­cə oldu”.

6:12

قُل لِّمَن مَّا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ قُل لِّلَّهِۚ كَتَبَ عَلَىٰ نَفۡسِهِ ٱلرَّحۡمَةَۚ لَيَجۡمَعَنَّكُمۡ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ لَا رَيۡبَ فِيهِۚ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ فَهُمۡ لَا يُؤۡمِنُونَ ﴿12﴾

De: “Göylərdə və yerdə olanlar kimə məxsusdur?” De: “Alla­ha məx­sus­dur!” Allah Özü­­nə rəhmli olmağı yaz­mış­­­dır. Gə­­lə­cə­yinə şübhə edilməyən Qiya­mət günündə sizi O top­la­­yacaqdır. Öz­lə­ri­ni zi­yana uğ­ra­danlar iman gətir­məz­lər.

6:13

وَلَهُۥ مَا سَكَنَ فِي ٱلَّيۡلِ وَٱلنَّهَارِۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴿13﴾

Gecə və gündüzdə sü­kunət için­də olanların ha­mısı Ona məx­susdur. O, Eşidəndir, Bi­ləndir.

6:14

قُلۡ أَغَيۡرَ ٱللَّهِ أَتَّخِذُ وَلِيّٗا فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَهُوَ يُطۡعِمُ وَلَا يُطۡعَمُۗ قُلۡ إِنِّيٓ أُمِرۡتُ أَنۡ أَكُونَ أَوَّلَ مَنۡ أَسۡلَمَۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُشۡرِكِينَ ﴿14﴾

De: “Mən göyləri və ye­ri Yara­dan Allahdan başqa­sı­nımı dost tuta­ca­ğam? O, ha­mı­nı yedi­rir, Özünü isə heç kəs ye­dirmir”. De: “Mənə Allaha təs­lim olanla­rın birincisi olmaq əmr edildi”. Odur ki, sən müş­riklər­dən olma.

6:15

قُلۡ إِنِّيٓ أَخَافُ إِنۡ عَصَيۡتُ رَبِّي عَذَابَ يَوۡمٍ عَظِيمٖ ﴿15﴾

De: “Əzəmətli günün əza­bın­dan qorx­duğum üçün Rəb­bimə asi ol­ma­ram”.

6:16

مَّن يُصۡرَفۡ عَنۡهُ يَوۡمَئِذٖ فَقَدۡ رَحِمَهُۥۚ وَذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡمُبِينُ ﴿16﴾

O gün kim bu əzabdan qurtularsa, Allah ona rəhm et­miş­dir. Bu, açıq-aydın uğur­dur.

6:17

وَإِن يَمۡسَسۡكَ ٱللَّهُ بِضُرّٖ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَۖ وَإِن يَمۡسَسۡكَ بِخَيۡرٖ فَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿17﴾

Əgər Allah sənə bir zə­rər vur­maq istəsə, bunun qarşı­sını On­dan baş­qa heç kəs ala bil­məz. Əgər sənə bir xe­yir to­xundursa, heç kəs Ona mane ola bil­məz. O, hər şeyə qa­dirdir.

6:18

وَهُوَ ٱلۡقَاهِرُ فَوۡقَ عِبَادِهِۦۚ وَهُوَ ٱلۡحَكِيمُ ٱلۡخَبِيرُ ﴿18﴾

O Öz qulları üzərində müt­ləq ha­kimiyyət sahibidir. O, Hikmət sahibidir, hər şeydən Xə­bərdardır.

6:19

قُلۡ أَيُّ شَيۡءٍ أَكۡبَرُ شَهَٰدَةٗۖ قُلِ ٱللَّهُۖ شَهِيدُۢ بَيۡنِي وَبَيۡنَكُمۡۚ وَأُوحِيَ إِلَيَّ هَٰذَا ٱلۡقُرۡءَانُ لِأُنذِرَكُم بِهِۦ وَمَنۢ بَلَغَۚ أَئِنَّكُمۡ لَتَشۡهَدُونَ أَنَّ مَعَ ٱللَّهِ ءَالِهَةً أُخۡرَىٰۚ قُل لَّآ أَشۡهَدُۚ قُلۡ إِنَّمَا هُوَ إِلَٰهٞ وَٰحِدٞ وَإِنَّنِي بَرِيٓءٞ مِّمَّا تُشۡرِكُونَ ﴿19﴾

De: “Kimin şahidliyi da­ha böyük­dür?” De: “Allah mə­nimlə sizin ara­nız­da Şahiddir. Bu Quran mənə vəhy olun­du ki, onunla si­zi və onun çata­ca­ğı hər kəsi xəbər­dar edim. Mə­gər siz Allah­la ya­naşı ibadətə la­yiq olan başqa məbud­ların oldu­­ğu­na şa­hidlik edir­si­niz?” De: “Mən şa­hidlik et­mirəm!” De: “O, Tək olan İlahdır. Mən si­zin şərik qoş­duqla­rınızdan uza­ğam”.

6:20

ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَعۡرِفُونَهُۥ كَمَا يَعۡرِفُونَ أَبۡنَآءَهُمُۘ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ فَهُمۡ لَا يُؤۡمِنُونَ ﴿20﴾

Özlərinə Kitab verdiyi­miz kəslər Muhəmmədi öz oğul­larını tanı­dıq­ları ki­mi tanı­yır­lar. Özlərini ziyana uğradan­lar iman gə­tir­məzlər.

6:21

وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّـٰلِمُونَ ﴿21﴾

Allaha qarşı yalan uy­du­­ran və ya Onun ayələrini ya­lan he­sab edən kim­sədən daha zalım kim ola bilər? Şüb­hə­siz ki, zalımlar nicat tapmaya­caq­lar!

6:22

وَيَوۡمَ نَحۡشُرُهُمۡ جَمِيعٗا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشۡرَكُوٓاْ أَيۡنَ شُرَكَآؤُكُمُ ٱلَّذِينَ كُنتُمۡ تَزۡعُمُونَ ﴿22﴾

O gün onların hamısını bir yerə top­layacaq, sonra isə şə­rik qo­şanlara deyə­cəyik: “İd­dia etdi­yiniz şərikləriniz hara­dadır?”

6:23

ثُمَّ لَمۡ تَكُن فِتۡنَتُهُمۡ إِلَّآ أَن قَالُواْ وَٱللَّهِ رَبِّنَا مَا كُنَّا مُشۡرِكِينَ ﴿23﴾

Sonra onların: “Allaha – Rəb­bi­mi­zə and olsun ki, biz müş­rik olma­mış­dıq!”– demə­lərindən başqa bir bəhanə­ləri qal­ma­ya­caq.

6:24

ٱنظُرۡ كَيۡفَ كَذَبُواْ عَلَىٰٓ أَنفُسِهِمۡۚ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ ﴿24﴾

Bax gör onlar özlərinə qarşı necə yalan söyləyirlər. Uydur­duq­ları bütlər isə onlar­dan uzaqlaşıb yox olacaqlar.

6:25

وَمِنۡهُم مَّن يَسۡتَمِعُ إِلَيۡكَۖ وَجَعَلۡنَا عَلَىٰ قُلُوبِهِمۡ أَكِنَّةً أَن يَفۡقَهُوهُ وَفِيٓ ءَاذَانِهِمۡ وَقۡرٗاۚ وَإِن يَرَوۡاْ كُلَّ ءَايَةٖ لَّا يُؤۡمِنُواْ بِهَاۖ حَتَّىٰٓ إِذَا جَآءُوكَ يُجَٰدِلُونَكَ يَقُولُ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ﴿25﴾

Aralarında səni dinlə­yənlər də vardır. Quranı anla­masın­lar deyə onla­rın qəlblə­rinə pərdə çək­dik, qulaq­la­rı­na da tıxac vurduq. Onlar istə­ni­lən ayə­ni görsələr belə, yenə də ona inan­maz­lar. Hətta sə­nin ya­nına gəldikdə sə­ninlə mü­ba­hisə edir­lər. Kafir olanlar: “Bu, keçmişdəkilərin əf­sanələ­rin­dən baş­­qa bir şey deyildir”– de­yər­lər.

6:26

وَهُمۡ يَنۡهَوۡنَ عَنۡهُ وَيَنۡـَٔوۡنَ عَنۡهُۖ وَإِن يُهۡلِكُونَ إِلَّآ أَنفُسَهُمۡ وَمَا يَشۡعُرُونَ ﴿26﴾

Onlar həm insanları haq­­dan uzaq­laşdırır, həm də öz­lə­ri on­dan uzaq­la­şır­lar. Onlar ancaq özlərini həlak edir və bunu hiss et­mirlər.

6:27

وَلَوۡ تَرَىٰٓ إِذۡ وُقِفُواْ عَلَى ٱلنَّارِ فَقَالُواْ يَٰلَيۡتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِـَٔايَٰتِ رَبِّنَا وَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ﴿27﴾

Odun üzərində dayan­dı­­rıl­dıqları vaxt onların: “Kaş ki, bizi dünya­ya qay­taraydılar! Onda biz Rəbbimizin ayə­lə­rini yalan say­mayıb möminlərdən olar­dıq”– dediklərini görəy­din!

6:28

بَلۡ بَدَا لَهُم مَّا كَانُواْ يُخۡفُونَ مِن قَبۡلُۖ وَلَوۡ رُدُّواْ لَعَادُواْ لِمَا نُهُواْ عَنۡهُ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ ﴿28﴾

Xeyr! Əvvəllər gizlət­dik­­­ləri günah­lar onlara aşkar oldu. Əgər onlar geri qay­tarılsay­dı­lar, yenə də özlərinə qada­ğan olun­muş şeylərə qayıdardılar. Şüb­hə­siz ki, onlar yalançı­dır­lar.

6:29

وَقَالُوٓاْ إِنۡ هِيَ إِلَّا حَيَاتُنَا ٱلدُّنۡيَا وَمَا نَحۡنُ بِمَبۡعُوثِينَ ﴿29﴾

Onlar dedilər: “Dünya hə­ya­tı­mızdan başqa bir həyat yox­dur və biz diril­dilmə­yə­cə­yik!”

6:30

وَلَوۡ تَرَىٰٓ إِذۡ وُقِفُواْ عَلَىٰ رَبِّهِمۡۚ قَالَ أَلَيۡسَ هَٰذَا بِٱلۡحَقِّۚ قَالُواْ بَلَىٰ وَرَبِّنَاۚ قَالَ فَذُوقُواْ ٱلۡعَذَابَ بِمَا كُنتُمۡ تَكۡفُرُونَ ﴿30﴾

Onları Rəbbinin qarşı­sın­da da­yan­dırılarkən bircə gö­rəydin! Allah on­lara de­yəcək­: “Məgər bu dirilmə həqi­qət de­yil­mi?” On­lar: “Əlbəttə, Rəb­­bi­mizə and olsun ki, bu həqi­qət­dir!”– deyə­­cək­lər. O buyu­ra­caq­: “Elə isə inkar etdi­yi­nizə görə dadın əzabı!”

6:31

قَدۡ خَسِرَ ٱلَّذِينَ كَذَّبُواْ بِلِقَآءِ ٱللَّهِۖ حَتَّىٰٓ إِذَا جَآءَتۡهُمُ ٱلسَّاعَةُ بَغۡتَةٗ قَالُواْ يَٰحَسۡرَتَنَا عَلَىٰ مَا فَرَّطۡنَا فِيهَا وَهُمۡ يَحۡمِلُونَ أَوۡزَارَهُمۡ عَلَىٰ ظُهُورِهِمۡۚ أَلَا سَآءَ مَا يَزِرُونَ ﴿31﴾

Allah ilə qarşılaşmağı ya­­lan sa­yanlar artıq ziyana uğ­ramış­lar. O Saat onları qəf­lə­tən haqla­dıqda onlar öz gü­nah yükləri­ni bel­lərində daşıyaraq de­yəcəklər: “Dünyada burax­dığımız əməl­lərə gö­rə vay ha­lımıza!” Onların daşı­dıqları şey necə də pisdir!

6:32

وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا لَعِبٞ وَلَهۡوٞۖ وَلَلدَّارُ ٱلۡأٓخِرَةُ خَيۡرٞ لِّلَّذِينَ يَتَّقُونَۚ أَفَلَا تَعۡقِلُونَ ﴿32﴾

Dünya həyatı oyun və əy­lən­cə­dən başqa bir şey de­yil. Müt­təqilər üçün isə axi­rət yurdu daha xeyirlidir. Mə­gər anlamır­sı­nız?

6:33

قَدۡ نَعۡلَمُ إِنَّهُۥ لَيَحۡزُنُكَ ٱلَّذِي يَقُولُونَۖ فَإِنَّهُمۡ لَا يُكَذِّبُونَكَ وَلَٰكِنَّ ٱلظَّـٰلِمِينَ بِـَٔايَٰتِ ٱللَّهِ يَجۡحَدُونَ ﴿33﴾

Biz bilirik ki, onların de­dikləri sə­ni kədərləndirir. Əs­lində onlar səni ya­lançı hesab etmirlər. Lakin zalımlar Alla­­hın ayələrini inadla inkar edirlər.

6:34

وَلَقَدۡ كُذِّبَتۡ رُسُلٞ مِّن قَبۡلِكَ فَصَبَرُواْ عَلَىٰ مَا كُذِّبُواْ وَأُوذُواْ حَتَّىٰٓ أَتَىٰهُمۡ نَصۡرُنَاۚ وَلَا مُبَدِّلَ لِكَلِمَٰتِ ٱللَّهِۚ وَلَقَدۡ جَآءَكَ مِن نَّبَإِيْ ٱلۡمُرۡسَلِينَ ﴿34﴾

Səndən əvvəlki elçiləri də yalançı saymışdılar. Lakin Bi­zim köməyimiz on­lara gələ­nə­dək ya­lançı sayılmalarına və on­lara əziy­yət verilməsinə sə­bir et­dilər. Heç kəs Allahın kəl­mələrini də­yi­şə bil­məz. Artıq peyğəmbərlərə aid bə­zi xə­bər­lər sənə gəlib çatdı.

6:35

وَإِن كَانَ كَبُرَ عَلَيۡكَ إِعۡرَاضُهُمۡ فَإِنِ ٱسۡتَطَعۡتَ أَن تَبۡتَغِيَ نَفَقٗا فِي ٱلۡأَرۡضِ أَوۡ سُلَّمٗا فِي ٱلسَّمَآءِ فَتَأۡتِيَهُم بِـَٔايَةٖۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَمَعَهُمۡ عَلَى ٱلۡهُدَىٰۚ فَلَا تَكُونَنَّ مِنَ ٱلۡجَٰهِلِينَ ﴿35﴾

Əgər onların haqdan üz döndər­məsi sənə ağır gəlirsə, on­da ba­carır­san­sa yerin altına ata biləcəyin bir lağım və göyə çıxa biləcə­yin bir nərdivan tap ki, onlara bir möcüzə gətirə­sən. Əgər Allah istə­səy­di on­ları top­layıb doğru yola yö­nəl­dərdi. Elə isə cahillər­dən ol­ma!

6:36

إِنَّمَا يَسۡتَجِيبُ ٱلَّذِينَ يَسۡمَعُونَۘ وَٱلۡمَوۡتَىٰ يَبۡعَثُهُمُ ٱللَّهُ ثُمَّ إِلَيۡهِ يُرۡجَعُونَ ﴿36﴾

Sənin çağırışını ancaq sə­mimi qəlb­dən din­­ləyənlər qəbul edər. Ölü­lərə gəl­dik­də isə, Allah onları di­rildəcək, son­ra da on­lar Onun hü­zuruna qayta­rıla­caqlar.

6:37

وَقَالُواْ لَوۡلَا نُزِّلَ عَلَيۡهِ ءَايَةٞ مِّن رَّبِّهِۦۚ قُلۡ إِنَّ ٱللَّهَ قَادِرٌ عَلَىٰٓ أَن يُنَزِّلَ ءَايَةٗ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ﴿37﴾

Kafirlər dedilər: “Niyə ona Rəb­bin­dən bir möcüzə en­diril­mə­yib?” De: “Şüb­hə­siz ki, Allah möcüzə endirməyə qa­­dir­dir. La­­kin onların çoxu bunu bil­mir”.

6:38

وَمَا مِن دَآبَّةٖ فِي ٱلۡأَرۡضِ وَلَا طَـٰٓئِرٖ يَطِيرُ بِجَنَاحَيۡهِ إِلَّآ أُمَمٌ أَمۡثَالُكُمۚ مَّا فَرَّطۡنَا فِي ٱلۡكِتَٰبِ مِن شَيۡءٖۚ ثُمَّ إِلَىٰ رَبِّهِمۡ يُحۡشَرُونَ ﴿38﴾

Yer üzündə gəzən hey­van­ların və göydə uçan ikiqa­nadlı quşların ha­mısı sizin ki­mi üm­mətlərdir. Biz Kitab­da heç bir şeyi nəzərdən qaçır­ma­dıq. Sonra on­lar Rəbbinin hü­zuruna top­la­na­caq­lar.

6:39

وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا صُمّٞ وَبُكۡمٞ فِي ٱلظُّلُمَٰتِۗ مَن يَشَإِ ٱللَّهُ يُضۡلِلۡهُ وَمَن يَشَأۡ يَجۡعَلۡهُ عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ﴿39﴾

Ayələrimizi yalan sa­yan­lar qa­ran­lıqlar içində qalmış kar­lar və lallardır. Allah istədi­yini az­dırar, istədiyini isə düz yola yö­nəl­dər.

6:40

قُلۡ أَرَءَيۡتَكُمۡ إِنۡ أَتَىٰكُمۡ عَذَابُ ٱللَّهِ أَوۡ أَتَتۡكُمُ ٱلسَّاعَةُ أَغَيۡرَ ٱللَّهِ تَدۡعُونَ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿40﴾

De: “Doğru danı­şan­lar­sı­­nızsa, de­yin görüm, əgər sizə Alla­hın əzabı gəlsə və ya hə­min Saat sizi haqlasa, Allah­dan baş­qa­sı­nı­mı çağıra­caqsı­nız?”

6:41

بَلۡ إِيَّاهُ تَدۡعُونَ فَيَكۡشِفُ مَا تَدۡعُونَ إِلَيۡهِ إِن شَآءَ وَتَنسَوۡنَ مَا تُشۡرِكُونَ ﴿41﴾

Xeyr! Siz yalnız Onu ça­ğı­racaq­sı­nız. Əgər Allah istəsə, Ona uzaqlaşdır­ması haqqında yal­var­dığınız bəlanı ara­dan qal­dı­rar və şə­rik qoşduğunuz şey­lə­ri unu­dar­sınız.

6:42

وَلَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰٓ أُمَمٖ مِّن قَبۡلِكَ فَأَخَذۡنَٰهُم بِٱلۡبَأۡسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمۡ يَتَضَرَّعُونَ ﴿42﴾

Səndən əvvəl də üm­mət­lərə elçilər göndərmişdik. Biz o üm­mətləri sıxın­tıya və xəs­təliyə dü­çar etdik ki, bəlkə boyun əyə­lər.

6:43

فَلَوۡلَآ إِذۡ جَآءَهُم بَأۡسُنَا تَضَرَّعُواْ وَلَٰكِن قَسَتۡ قُلُوبُهُمۡ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ مَا كَانُواْ يَعۡمَلُونَ ﴿43﴾

Nə üçün əzabımız on­la­ra gəldiyi zaman boyun əy­mə­dilər? On­ların qəlb­ləri sərt­ləş­di, şeytan da onlara etdikləri əməlləri gözəl­ gösdərdi.

6:44

فَلَمَّا نَسُواْ مَا ذُكِّرُواْ بِهِۦ فَتَحۡنَا عَلَيۡهِمۡ أَبۡوَٰبَ كُلِّ شَيۡءٍ حَتَّىٰٓ إِذَا فَرِحُواْ بِمَآ أُوتُوٓاْ أَخَذۡنَٰهُم بَغۡتَةٗ فَإِذَا هُم مُّبۡلِسُونَ ﴿44﴾

Onlar özlərinə edilmiş xə­bər­dar­lı­ğı unutduqları zaman hər şeyin qapı­la­rını onların üzünə açdıq. Özlərinə ve­ri­lən şeylərə se­vindikləri vaxt isə on­ları qəf­lə­tən yaxaladıq və onlar naümid qal­­dılar.

6:45

فَقُطِعَ دَابِرُ ٱلۡقَوۡمِ ٱلَّذِينَ ظَلَمُواْۚ وَٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿45﴾

Beləliklə də zalım qöv­mün kökü kə­sildi. Həmd, aləm­lə­rin Rəbbi Allaha məxsudur!

6:46

قُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَخَذَ ٱللَّهُ سَمۡعَكُمۡ وَأَبۡصَٰرَكُمۡ وَخَتَمَ عَلَىٰ قُلُوبِكُم مَّنۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِ يَأۡتِيكُم بِهِۗ ٱنظُرۡ كَيۡفَ نُصَرِّفُ ٱلۡأٓيَٰتِ ثُمَّ هُمۡ يَصۡدِفُونَ ﴿46﴾

De: “Bir deyin görək, əgər Allah sizin eşitmə və gör­mə qa­­bi­liy­yə­tinizi əli­­nizdən al­sa, qəlb­­lərinizə mö­hür vur­sa, Allah­dan başqa hansı məbud on­ları si­zə qay­tara bilər?” Bax gör, Biz ayələri ne­cə izah edi­rik, sonra onlar ye­nə üz çe­vi­rirlər.

6:47

قُلۡ أَرَءَيۡتَكُمۡ إِنۡ أَتَىٰكُمۡ عَذَابُ ٱللَّهِ بَغۡتَةً أَوۡ جَهۡرَةً هَلۡ يُهۡلَكُ إِلَّا ٱلۡقَوۡمُ ٱلظَّـٰلِمُونَ ﴿47﴾

De: “Bir deyin görək, əgər Alla­hın əzabı sizə qəflə­tən və ya açıq-açığı­na gəlsə, zalım qövmdən başqası hə­lak edi­lər­mi?”

6:48

وَمَا نُرۡسِلُ ٱلۡمُرۡسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَۖ فَمَنۡ ءَامَنَ وَأَصۡلَحَ فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ﴿48﴾

Biz elçiləri yalnız müjdə verən və xəbərdarlıq edənlər kimi gön­dəririk. İman gətirib əməllə­rini islah edənlərin heç bir qorxu­su yoxdur və onlar kə­dər­lənməyə­cəklər.

6:49

وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا يَمَسُّهُمُ ٱلۡعَذَابُ بِمَا كَانُواْ يَفۡسُقُونَ ﴿49﴾

Ayələrimizi yalan sa­yan­­lara isə günah işlətdiklərinə gö­rə əzab toxu­na­caqdır.

6:50

قُل لَّآ أَقُولُ لَكُمۡ عِندِي خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعۡلَمُ ٱلۡغَيۡبَ وَلَآ أَقُولُ لَكُمۡ إِنِّي مَلَكٌۖ إِنۡ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَيَّۚ قُلۡ هَلۡ يَسۡتَوِي ٱلۡأَعۡمَىٰ وَٱلۡبَصِيرُۚ أَفَلَا تَتَفَكَّرُونَ ﴿50﴾

De: “Mən sizə demirəm ki, Alla­hın xəzinələri mənim ya­nım­dadır. Mən qeybi də bil­mirəm. Mən sizə demirəm ki, mən mə­lə­­yəm. Mən yalnız mə­nə vəhy olu­nana tabe olu­ram”. De: “Mə­gər korla görən eyni ola bilərmi? Məgər düşün­mür­sünüz?”

6:51

وَأَنذِرۡ بِهِ ٱلَّذِينَ يَخَافُونَ أَن يُحۡشَرُوٓاْ إِلَىٰ رَبِّهِمۡ لَيۡسَ لَهُم مِّن دُونِهِۦ وَلِيّٞ وَلَا شَفِيعٞ لَّعَلَّهُمۡ يَتَّقُونَ ﴿51﴾

Rəbbinin hüzuruna top­la­na­caq­larından qorxanları xə­bər­dar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə pis əməl­­lərdən çə­kinələr.

6:52

وَلَا تَطۡرُدِ ٱلَّذِينَ يَدۡعُونَ رَبَّهُم بِٱلۡغَدَوٰةِ وَٱلۡعَشِيِّ يُرِيدُونَ وَجۡهَهُۥۖ مَا عَلَيۡكَ مِنۡ حِسَابِهِم مِّن شَيۡءٖ وَمَا مِنۡ حِسَابِكَ عَلَيۡهِم مِّن شَيۡءٖ فَتَطۡرُدَهُمۡ فَتَكُونَ مِنَ ٱلظَّـٰلِمِينَ ﴿52﴾

Rəbbinin Üzünü diləyə­rək səhər və axşam çağı Ona dua edən­ləri ya­nın­dan qovma. Nə sən onların verəcəkləri he­sa­bata az­ca da olsa cavab­deh­sən, nə də onlar sənin verə­cəyin hesabatına az­ca da olsa ca­vab­dehdirlər. On­ları qov­san, za­lım­lardan olarsan.

6:53

وَكَذَٰلِكَ فَتَنَّا بَعۡضَهُم بِبَعۡضٖ لِّيَقُولُوٓاْ أَهَـٰٓؤُلَآءِ مَنَّ ٱللَّهُ عَلَيۡهِم مِّنۢ بَيۡنِنَآۗ أَلَيۡسَ ٱللَّهُ بِأَعۡلَمَ بِٱلشَّـٰكِرِينَ ﴿53﴾

Beləliklə, Biz onların bir qismini digəri ilə sınadıq ki, onlar de­sinlər: “Mə­gər Allah bizim ara­mızdan ancaq bun­la­ra lütf gös­tər­mişdir?” Allah şü­­kür edən­ləri daha yaxşı tanı­yan de­yil­­mi?

6:54

وَإِذَا جَآءَكَ ٱلَّذِينَ يُؤۡمِنُونَ بِـَٔايَٰتِنَا فَقُلۡ سَلَٰمٌ عَلَيۡكُمۡۖ كَتَبَ رَبُّكُمۡ عَلَىٰ نَفۡسِهِ ٱلرَّحۡمَةَ أَنَّهُۥ مَنۡ عَمِلَ مِنكُمۡ سُوٓءَۢا بِجَهَٰلَةٖ ثُمَّ تَابَ مِنۢ بَعۡدِهِۦ وَأَصۡلَحَ فَأَنَّهُۥ غَفُورٞ رَّحِيمٞ ﴿54﴾

Ayələrimizə iman gəti­rən­lər sə­nin yanına gəldikdə onlara de: “Sizə sa­lam olsun! Rəbbiniz Özünə rəhmli ol­mağı əzəldən yaz­mış­dır; sizlərdən hər kəs avam­lığı üzündən pis iş görsə, son­ra töv­bə edib əməl­lə­rini islah etsə, Allah onu ba­ğış­layar. Həqiqətən, O, Ba­ğış­la­yan­dır, Rəhmlidir”.

6:55

وَكَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ وَلِتَسۡتَبِينَ سَبِيلُ ٱلۡمُجۡرِمِينَ ﴿55﴾

Günahkarların tutduğu yo­lun ay­dınlaşdırılması üçün Biz ayə­lərimizi be­ləcə bir-bir izah edirik.

6:56

قُلۡ إِنِّي نُهِيتُ أَنۡ أَعۡبُدَ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِۚ قُل لَّآ أَتَّبِعُ أَهۡوَآءَكُمۡ قَدۡ ضَلَلۡتُ إِذٗا وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُهۡتَدِينَ ﴿56﴾

De: “Allahdan başqa yal­var­dıq­larınıza ibadət etmək mə­nə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin is­təklə­rinə uy­ma­ram. Əks halda mən haqq yoldan azar və doğru yola yönəl­miş­­lər­dən olmaram”.

6:57

قُلۡ إِنِّي عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّي وَكَذَّبۡتُم بِهِۦۚ مَا عِندِي مَا تَسۡتَعۡجِلُونَ بِهِۦٓۚ إِنِ ٱلۡحُكۡمُ إِلَّا لِلَّهِۖ يَقُصُّ ٱلۡحَقَّۖ وَهُوَ خَيۡرُ ٱلۡفَٰصِلِينَ ﴿57﴾

De: “Mən Rəbbimdən na­zil olan açıq-aydın bir dəlilə əsasla­nı­ram. Siz isə onu yalan saydınız. Sizin səbir­siz­lik­lə can atdığınız əzab məndə deyildir. Hökm yal­nız Allaha məxsus­dur. Allah haqqı söy­ləyir və O, ayırd edənlərin ən yaxşısıdır”.

6:58

قُل لَّوۡ أَنَّ عِندِي مَا تَسۡتَعۡجِلُونَ بِهِۦ لَقُضِيَ ٱلۡأَمۡرُ بَيۡنِي وَبَيۡنَكُمۡۗ وَٱللَّهُ أَعۡلَمُ بِٱلظَّـٰلِمِينَ ﴿58﴾

De: “Əgər səbirsizliklə can atdı­ğı­nız əzab mənim əlim­də ol­saydı, əlbət­tə, mənimlə si­zin ara­nızda iş bitmiş olar­dı. Allah za­lımları daha yaxşı ta­nıyır”.