quranm◉

Hizb 24

Range
from 11:108 to 12:76
Surahs covered
Tərcümə
92 Tərcümə

◉

11:108

وَأَمَّا ٱلَّذِينَ سُعِدُواْ فَفِي ٱلۡجَنَّةِ خَٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلۡأَرۡضُ إِلَّا مَا شَآءَ رَبُّكَۖ عَطَآءً غَيۡرَ مَجۡذُوذٖ ﴿108﴾

Xoşbəxtlərə gəldikdə isə, onlar Cənnətdə olacaqlar. Rəb­bi­nin istədiyi is­tisna olmaq­la, göy­lər və yer durduqca on­lar orada əbə­di qalacaqlar. Bu, tü­kən­məz bir sovqatdır.

11:109

فَلَا تَكُ فِي مِرۡيَةٖ مِّمَّا يَعۡبُدُ هَـٰٓؤُلَآءِۚ مَا يَعۡبُدُونَ إِلَّا كَمَا يَعۡبُدُ ءَابَآؤُهُم مِّن قَبۡلُۚ وَإِنَّا لَمُوَفُّوهُمۡ نَصِيبَهُمۡ غَيۡرَ مَنقُوصٖ ﴿109﴾

Onların nəyə ibadət et­dik­lərinə şübhə etmə. Onlar da ata­la­­rının əv­vəl­lər ibadət etdi­yi kimi ibadət edirlər. Şüb­hə­siz ki, Biz on­ların cəzasını əs­kilt­mədən tam verəcəyik.

11:110

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ فَٱخۡتُلِفَ فِيهِۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ لَقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّهُمۡ لَفِي شَكّٖ مِّنۡهُ مُرِيبٖ ﴿110﴾

Biz Musaya Kitab ver­dik, lakin onun barəsində də ixtilaf düş­dü. Əgər Rəbbin tə­rəfindən əzəldən bir Söz ol­ma­­saydı, arala­rın­da dərhal hökm ve­ri­lərdi. Hə­qiqətən, onlar Qu­ran ba­rə­sin­də də şübhə do­ğuran şəkk içində­dirlər.

11:111

وَإِنَّ كُلّٗا لَّمَّا لَيُوَفِّيَنَّهُمۡ رَبُّكَ أَعۡمَٰلَهُمۡۚ إِنَّهُۥ بِمَا يَعۡمَلُونَ خَبِيرٞ ﴿111﴾

Şübhəsiz ki, Rəbbin on­la­rın hər birinə əməllərinin əvə­­zini tam verə­cək­dir. Şübhəsiz ki, Allah onların nə etdik­lə­rin­dən xəbər­dar­dır.

11:112

فَٱسۡتَقِمۡ كَمَآ أُمِرۡتَ وَمَن تَابَ مَعَكَ وَلَا تَطۡغَوۡاْۚ إِنَّهُۥ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ﴿112﴾

Sənə əmr edildiyi kimi sən də, sə­ninlə birlikdə tövbə edən­lər də doğ­ru yolda olun. Həddi aşmayın, çünki O, si­zin nə et­dik­lə­ri­nizi görür.

11:113

وَلَا تَرۡكَنُوٓاْ إِلَى ٱلَّذِينَ ظَلَمُواْ فَتَمَسَّكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِنۡ أَوۡلِيَآءَ ثُمَّ لَا تُنصَرُونَ ﴿113﴾

Zalımlara meyl etmə­yin, yoxsa sizə od toxunar. Si­zin Allah­­dan başqa dostları­nız yoxdur. Sonra sizə kömək də olun­maz.

11:114

وَأَقِمِ ٱلصَّلَوٰةَ طَرَفَيِ ٱلنَّهَارِ وَزُلَفٗا مِّنَ ٱلَّيۡلِۚ إِنَّ ٱلۡحَسَنَٰتِ يُذۡهِبۡنَ ٱلسَّيِّـَٔاتِۚ ذَٰلِكَ ذِكۡرَىٰ لِلذَّـٰكِرِينَ ﴿114﴾

Gündüzün iki başında – əv­və­lində və axırında və ge­cə­nin bə­zi saat­la­rında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməl­ləri silib apa­rır. Bu, yada sa­lan­lar üçün bir xatırlatmadır.

11:115

وَٱصۡبِرۡ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ ﴿115﴾

Səbir et! Həqiqətən, Allah yaxşı iş görənlərin mü­ka­fatını puç etməz.

11:116

فَلَوۡلَا كَانَ مِنَ ٱلۡقُرُونِ مِن قَبۡلِكُمۡ أُوْلُواْ بَقِيَّةٖ يَنۡهَوۡنَ عَنِ ٱلۡفَسَادِ فِي ٱلۡأَرۡضِ إِلَّا قَلِيلٗا مِّمَّنۡ أَنجَيۡنَا مِنۡهُمۡۗ وَٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُواْ مَآ أُتۡرِفُواْ فِيهِ وَكَانُواْ مُجۡرِمِينَ ﴿116﴾

Heç olmasa, sizdən əv­vəlki nə­sillərdə yer üzündə fit­nə-fə­sad törət­mə­yi qadağan edən ağıl və hikmət sa­hi­bləri olaydı. On­lar­dan yalnız xilas et­diyimiz az bir qismi belə idi. Zülm edən­lər isə onlara veril­miş dünyanın ləz­­zətinə uydu­lar və günahkar ol­du­lar.

11:117

وَمَا كَانَ رَبُّكَ لِيُهۡلِكَ ٱلۡقُرَىٰ بِظُلۡمٖ وَأَهۡلُهَا مُصۡلِحُونَ ﴿117﴾

Ölkə əhalisi islah edən adamlar olduğu halda, Rəbbin o öl­kəni haq­sız yerə məhv etməz.

11:118

وَلَوۡ شَآءَ رَبُّكَ لَجَعَلَ ٱلنَّاسَ أُمَّةٗ وَٰحِدَةٗۖ وَلَا يَزَالُونَ مُخۡتَلِفِينَ ﴿118﴾

Əgər Rəbbin istəsəydi, in­sanları vahid bir ümmət edər­di. Am­ma onlar elə hey ixti­laf­da­dırlar.

11:119

إِلَّا مَن رَّحِمَ رَبُّكَۚ وَلِذَٰلِكَ خَلَقَهُمۡۗ وَتَمَّتۡ كَلِمَةُ رَبِّكَ لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ أَجۡمَعِينَ ﴿119﴾

Yalnız Rəbbinin rəhm etdiyi şəxs­lərdən başqa. Allah on­ları bunun üçün yaratdı. Rəb­bi­nin: “Mən Cəhən­nə­mi bütün gü­nahkar cin­lər və insanlarla dol­du­racağam!” Sözü yerinə yetə­cək.

11:120

وَكُلّٗا نَّقُصُّ عَلَيۡكَ مِنۡ أَنۢبَآءِ ٱلرُّسُلِ مَا نُثَبِّتُ بِهِۦ فُؤَادَكَۚ وَجَآءَكَ فِي هَٰذِهِ ٱلۡحَقُّ وَمَوۡعِظَةٞ وَذِكۡرَىٰ لِلۡمُؤۡمِنِينَ ﴿120﴾

Elçilərin xəbərlərindən hər birini sənə söyləyirik ki, bu­nun­la sənin ürə­yi­ni möh­kəm­ləndirək. Bu ayələrdə sənə hə­qi­qət, mö­min­lərə də öyüd-nəsi­hət və xatır­latma vəhy edil­miş­dir.

11:121

وَقُل لِّلَّذِينَ لَا يُؤۡمِنُونَ ٱعۡمَلُواْ عَلَىٰ مَكَانَتِكُمۡ إِنَّا عَٰمِلُونَ ﴿121﴾

İman gətirməyənlərə de: “Əli­niz­dən gələni edin, biz də edə­cəyik.

11:122

وَٱنتَظِرُوٓاْ إِنَّا مُنتَظِرُونَ ﴿122﴾

Gözləyin! Biz də gözlə­yirik”.

11:123

وَلِلَّهِ غَيۡبُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَإِلَيۡهِ يُرۡجَعُ ٱلۡأَمۡرُ كُلُّهُۥ فَٱعۡبُدۡهُ وَتَوَكَّلۡ عَلَيۡهِۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ﴿123﴾

Göylərin və yerin qey­bi Allaha məxsusdur. Bütün iş­lər də Ona qayı­dacaq­dır. Elə isə yal­nız Ona ibadət et və yal­nız Ona tə­vək­kül et. Rəbbin sizin et­dik­lə­rinizdən qafil deyil­dir.

12:1

الٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ ﴿1﴾

Əlif. Ləm. Ra. Bu, açıq-ay­dın Kita­bın ayələridir.

12:2

إِنَّآ أَنزَلۡنَٰهُ قُرۡءَٰنًا عَرَبِيّٗا لَّعَلَّكُمۡ تَعۡقِلُونَ ﴿2﴾

Həqiqətən, Biz onu ərəb­cə Quran olaraq nazil etdik ki, anlaya biləsiniz.

12:3

نَحۡنُ نَقُصُّ عَلَيۡكَ أَحۡسَنَ ٱلۡقَصَصِ بِمَآ أَوۡحَيۡنَآ إِلَيۡكَ هَٰذَا ٱلۡقُرۡءَانَ وَإِن كُنتَ مِن قَبۡلِهِۦ لَمِنَ ٱلۡغَٰفِلِينَ ﴿3﴾

Biz bu Quranı sənə vəhy et­məklə sənə ən gözəl heka­yə­ti da­nı­şırıq. Hal­buki, sən bun­dan əvvəl xəbərsiz olan­lardan idin.

12:4

إِذۡ قَالَ يُوسُفُ لِأَبِيهِ يَـٰٓأَبَتِ إِنِّي رَأَيۡتُ أَحَدَ عَشَرَ كَوۡكَبٗا وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَ رَأَيۡتُهُمۡ لِي سَٰجِدِينَ ﴿4﴾

Bir zaman Yusuf atasına demişdi: “Ata­can! Mən yuxu­da on bir ul­duz, günəş və ay gör­düm. Onların mənə səcdə etdiyini gör­düm”.

12:5

قَالَ يَٰبُنَيَّ لَا تَقۡصُصۡ رُءۡيَاكَ عَلَىٰٓ إِخۡوَتِكَ فَيَكِيدُواْ لَكَ كَيۡدًاۖ إِنَّ ٱلشَّيۡطَٰنَ لِلۡإِنسَٰنِ عَدُوّٞ مُّبِينٞ ﴿5﴾

O dedi: “Oğlum! Yuxunu qardaş­larına danışma, yoxsa sə­nə hiylə qurar­lar. Həqiqətən, şeytan insanın açıq-ay­dın düş­mənidir.

12:6

وَكَذَٰلِكَ يَجۡتَبِيكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِن تَأۡوِيلِ ٱلۡأَحَادِيثِ وَيُتِمُّ نِعۡمَتَهُۥ عَلَيۡكَ وَعَلَىٰٓ ءَالِ يَعۡقُوبَ كَمَآ أَتَمَّهَا عَلَىٰٓ أَبَوَيۡكَ مِن قَبۡلُ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَۚ إِنَّ رَبَّكَ عَلِيمٌ حَكِيمٞ ﴿6﴾

Beləcə, Rəbbin səni seçə­cək, sənə yu­xuları yozmağı öy­rə­də­cək və Öz ne­mətini bun­dan əvvəl ata­ların İbra­himə və İs­haqa ta­mam­ladığı kimi, sənə və Yaqub nəs­linə də tamam­la­ya­caqdır. Şüb­hə­siz ki, Rəb­bin hər şeyi biləndir, hikmət sahibidir”.

12:7

لَّقَدۡ كَانَ فِي يُوسُفَ وَإِخۡوَتِهِۦٓ ءَايَٰتٞ لِّلسَّآئِلِينَ ﴿7﴾

Sözsüz ki, Yusuf və onun qar­daş­la­rının hekayətində soru­­şan­lar üçün ib­rət­lər vardır.

12:8

إِذۡ قَالُواْ لَيُوسُفُ وَأَخُوهُ أَحَبُّ إِلَىٰٓ أَبِينَا مِنَّا وَنَحۡنُ عُصۡبَةٌ إِنَّ أَبَانَا لَفِي ضَلَٰلٖ مُّبِينٍ ﴿8﴾

Bir vaxt onun qardaşları de­dilər: “Biz bütöv bir dəstə ol­ma­ğı­mı­za bax­mayaraq Yusuf və onun doğma qardaşı ata­mıza biz­dən da­ha sevimlidir. Aydın görü­nür ki, atamız aşkar bir yanlışlıq için­də­dir.

12:9

ٱقۡتُلُواْ يُوسُفَ أَوِ ٱطۡرَحُوهُ أَرۡضٗا يَخۡلُ لَكُمۡ وَجۡهُ أَبِيكُمۡ وَتَكُونُواْ مِنۢ بَعۡدِهِۦ قَوۡمٗا صَٰلِحِينَ ﴿9﴾

Yusufu ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, ata­nız ancaq sizə məhəbbət bəslə­sin və bundan sonra siz əməlisa­lehlərdən olasınız”.

12:10

قَالَ قَآئِلٞ مِّنۡهُمۡ لَا تَقۡتُلُواْ يُوسُفَ وَأَلۡقُوهُ فِي غَيَٰبَتِ ٱلۡجُبِّ يَلۡتَقِطۡهُ بَعۡضُ ٱلسَّيَّارَةِ إِن كُنتُمۡ فَٰعِلِينَ ﴿10﴾

Onlardan biri dedi: “Yu­sufu öl­dür­məyin! Əgər ona qar­şı hök­mən nə isə etmək is­təyir­si­nizsə, onda onu bir qu­yuya atın ki, karvanlardan biri onu gö­türsün!”

12:11

قَالُواْ يَـٰٓأَبَانَا مَا لَكَ لَا تَأۡمَ۬نَّا عَلَىٰ يُوسُفَ وَإِنَّا لَهُۥ لَنَٰصِحُونَ ﴿11﴾

Onlar dedilər: “Ey ata­mız! Sənə nə olub ki, Yusufu bizə eti­bar etmirsən? Həqiqə­tən də, biz ona xeyir arzulayırıq.

12:12

أَرۡسِلۡهُ مَعَنَا غَدٗا يَرۡتَعۡ وَيَلۡعَبۡ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ ﴿12﴾

Sabah onu bizimlə gön­dər­sən, bir qədər əylənib oy­na­­yar. Biz onu mütləq qoruya­rıq!”

12:13

قَالَ إِنِّي لَيَحۡزُنُنِيٓ أَن تَذۡهَبُواْ بِهِۦ وَأَخَافُ أَن يَأۡكُلَهُ ٱلذِّئۡبُ وَأَنتُمۡ عَنۡهُ غَٰفِلُونَ ﴿13﴾

O dedi: “Onu aparma­ğı­nız məni narahat edər. Həm də qor­xu­ram ki, si­zin başınız oyu­na qarışıb onu nəza­rət­siz qoy­duqda, canavar onu yesin”.

12:14

قَالُواْ لَئِنۡ أَكَلَهُ ٱلذِّئۡبُ وَنَحۡنُ عُصۡبَةٌ إِنَّآ إِذٗا لَّخَٰسِرُونَ ﴿14﴾

Onlar dedilər: “Biz bü­töv bir dəstə olduğumuz hal­da ca­na­var onu yesə, onda biz ziyana uğrayarıq”.

12:15

فَلَمَّا ذَهَبُواْ بِهِۦ وَأَجۡمَعُوٓاْ أَن يَجۡعَلُوهُ فِي غَيَٰبَتِ ٱلۡجُبِّۚ وَأَوۡحَيۡنَآ إِلَيۡهِ لَتُنَبِّئَنَّهُم بِأَمۡرِهِمۡ هَٰذَا وَهُمۡ لَا يَشۡعُرُونَ ﴿15﴾

Qardaşları onu aparıb qu­­yuya at­maq qərarına gəl­dikdə biz ona belə vəhy etdik: “Sən onlara bu əməlləri ba­rə­sində gözləmə­dik­ləri bir halda xəbər verəcək­sən”.

12:16

وَجَآءُوٓ أَبَاهُمۡ عِشَآءٗ يَبۡكُونَ ﴿16﴾

Onlar axşam ağlaya-ağ­laya ata­la­rının yanına gəlib

12:17

قَالُواْ يَـٰٓأَبَانَآ إِنَّا ذَهَبۡنَا نَسۡتَبِقُ وَتَرَكۡنَا يُوسُفَ عِندَ مَتَٰعِنَا فَأَكَلَهُ ٱلذِّئۡبُۖ وَمَآ أَنتَ بِمُؤۡمِنٖ لَّنَا وَلَوۡ كُنَّا صَٰدِقِينَ ﴿17﴾

dedilər: “Ey atamız! Biz Yusufu əşyalarımızın yanında qo­yub yarışmaq üçün getmiş­dik. Canavar da onu yedi. Əl­bəttə, biz doğru danışsaq da, sən bi­zə ina­nan deyilsən”.

12:18

وَجَآءُو عَلَىٰ قَمِيصِهِۦ بِدَمٖ كَذِبٖۚ قَالَ بَلۡ سَوَّلَتۡ لَكُمۡ أَنفُسُكُمۡ أَمۡرٗاۖ فَصَبۡرٞ جَمِيلٞۖ وَٱللَّهُ ٱلۡمُسۡتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ ﴿18﴾

Qardaşları onun köynə­yi­nə saxta qan ləkəsi sürtüb gə­tir­di­lər. Yaqub de­di: “Xeyr, sizi öz nəfsi­niz bu işə vadar et­miş­dir. Mənə gö­zəl səbir gə­rəkdir. Söylədiklə­rinizin müqa­bilində Allah­dan kö­mək dilə­mək la­zımdır”.

12:19

وَجَآءَتۡ سَيَّارَةٞ فَأَرۡسَلُواْ وَارِدَهُمۡ فَأَدۡلَىٰ دَلۡوَهُۥۖ قَالَ يَٰبُشۡرَىٰ هَٰذَا غُلَٰمٞۚ وَأَسَرُّوهُ بِضَٰعَةٗۚ وَٱللَّهُ عَلِيمُۢ بِمَا يَعۡمَلُونَ ﴿19﴾

Quyunun yaxınlığına bir karvan gəldi və suçularını su da­lınca göndər­di­lər. O, su qa­bı­nı quyuya saldı və: “Şad xəbər! Burada bir oğ­lan uşağı var­!”– dedi. Karvan əhli onu satılacaq bir əşya kimi öz­ləri ilə apar­dı­lar. Allah isə on­la­rın nə et­dik­lərini bilirdi.

12:20

وَشَرَوۡهُ بِثَمَنِۭ بَخۡسٖ دَرَٰهِمَ مَعۡدُودَةٖ وَكَانُواْ فِيهِ مِنَ ٱلزَّـٰهِدِينَ ﴿20﴾

Karvan əhli onu dəyərsiz bir qiy­mətə – bir neçə dirhəmə sat­dı­lar. Yusu­fun qardaşları onu çox qiymətlən­dirmə­di­lər.

12:21

وَقَالَ ٱلَّذِي ٱشۡتَرَىٰهُ مِن مِّصۡرَ لِٱمۡرَأَتِهِۦٓ أَكۡرِمِي مَثۡوَىٰهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوۡ نَتَّخِذَهُۥ وَلَدٗاۚ وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي ٱلۡأَرۡضِ وَلِنُعَلِّمَهُۥ مِن تَأۡوِيلِ ٱلۡأَحَادِيثِۚ وَٱللَّهُ غَالِبٌ عَلَىٰٓ أَمۡرِهِۦ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ﴿21﴾

Onu alan misirli öz ar­va­­dına: “Ona yaxşı bax. Ola bil­sin ki, bizə fay­da versin və ya onu oğulluğa gö­tü­rək”– dedi. Belə­lik­lə, Yu­sufu yer üzün­də yerləşdir­dik və ona yuxuları yoz­ma­ğı öy­rət­dik. Allah Öz işi­ni qələbə ilə başa çatdıran­dır. Lakin insanların ço­xu bunu bil­mir.

12:22

وَلَمَّا بَلَغَ أَشُدَّهُۥٓ ءَاتَيۡنَٰهُ حُكۡمٗا وَعِلۡمٗاۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ﴿22﴾

Yusuf yetkin çağına çat­dıq­da Biz ona mühakimə yü­rütmək ba­carığı və elm verdik. Biz yaxşı iş görənləri belə mü­kafatlan­dırı­rıq.

12:23

وَرَٰوَدَتۡهُ ٱلَّتِي هُوَ فِي بَيۡتِهَا عَن نَّفۡسِهِۦ وَغَلَّقَتِ ٱلۡأَبۡوَٰبَ وَقَالَتۡ هَيۡتَ لَكَۚ قَالَ مَعَاذَ ٱللَّهِۖ إِنَّهُۥ رَبِّيٓ أَحۡسَنَ مَثۡوَايَۖ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّـٰلِمُونَ ﴿23﴾

Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qa­pı­la­rı bağlayıb: “Yanıma gəl!”– dedi. O isə: “Allah uzaq eləsin! Axı sə­nin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhə­siz ki, za­lım­lar nicat tapmaz­lar!”– dedi.

12:24

وَلَقَدۡ هَمَّتۡ بِهِۦۖ وَهَمَّ بِهَا لَوۡلَآ أَن رَّءَا بُرۡهَٰنَ رَبِّهِۦۚ كَذَٰلِكَ لِنَصۡرِفَ عَنۡهُ ٱلسُّوٓءَ وَٱلۡفَحۡشَآءَۚ إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُخۡلَصِينَ ﴿24﴾

Qadın ona meyl etmişdi. Əgər Yu­suf Rəbbinin dəlilini gör­mə­səydi, o da ona meyl edər­di. Beləcə, Biz pisliyi və çirkin əməli on­dan uzaqlaş­dır­dıq. Hə­­qi­qətən, o, Bizim se­çil­miş qul­ları­mız­dan­dır.

12:25

وَٱسۡتَبَقَا ٱلۡبَابَ وَقَدَّتۡ قَمِيصَهُۥ مِن دُبُرٖ وَأَلۡفَيَا سَيِّدَهَا لَدَا ٱلۡبَابِۚ قَالَتۡ مَا جَزَآءُ مَنۡ أَرَادَ بِأَهۡلِكَ سُوٓءًا إِلَّآ أَن يُسۡجَنَ أَوۡ عَذَابٌ أَلِيمٞ ﴿25﴾

Onlar bir-birini qabaqla­maq məq­sədilə qapıya tərəf yü­yür­dü­lər və qa­dın onun köy­nə­yini arxadan cırdı. İkisi də qa­pı­nın ya­nın­da qadının əri ilə rast­laşdı. Qadın dedi: “Sənin ailənə pislik et­mək istəyənin cəzası, zin­dana sa­lın­maqdan və ya ağrılı-acılı bir əza­ba dü­çar edil­mək­dən başqa nə ola bilər?!”

12:26

قَالَ هِيَ رَٰوَدَتۡنِي عَن نَّفۡسِيۚ وَشَهِدَ شَاهِدٞ مِّنۡ أَهۡلِهَآ إِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن قُبُلٖ فَصَدَقَتۡ وَهُوَ مِنَ ٱلۡكَٰذِبِينَ ﴿26﴾

Yusuf dedi: “O məni yol­dan çı­xartmaq istəyirdi”. Qa­dı­nın ailə­­sindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi ön­dən cırılıbsa, qadın doğru deyir, o isə yalançılar­dandır.

12:27

وَإِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن دُبُرٖ فَكَذَبَتۡ وَهُوَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿27﴾

Yox əgər onun köynəyi ar­xadan cırılıbsa, qadın yalan deyir, o isə doğru danışanlar­dandır”.

12:28

فَلَمَّا رَءَا قَمِيصَهُۥ قُدَّ مِن دُبُرٖ قَالَ إِنَّهُۥ مِن كَيۡدِكُنَّۖ إِنَّ كَيۡدَكُنَّ عَظِيمٞ ﴿28﴾

Qadının əri onun köy­nə­yi­nin ar­xadan cırıldığını gör­dükdə de­di: “Şüb­həsiz ki, bu sizin qadın hiylələ­riniz­dən­dir. Həqiqətən də, sizin hiyləniz bö­yükdür.

12:29

يُوسُفُ أَعۡرِضۡ عَنۡ هَٰذَاۚ وَٱسۡتَغۡفِرِي لِذَنۢبِكِۖ إِنَّكِ كُنتِ مِنَ ٱلۡخَاطِـِٔينَ ﴿29﴾

Yusuf, sən bundan – bu işi açıb da­nışmaqdan vaz keç! Sən də ey arvad, günahına görə bağış­lanma dilə. Çünki sən, günah iş­lət­mi­sən”.

12:30

وَقَالَ نِسۡوَةٞ فِي ٱلۡمَدِينَةِ ٱمۡرَأَتُ ٱلۡعَزِيزِ تُرَٰوِدُ فَتَىٰهَا عَن نَّفۡسِهِۦۖ قَدۡ شَغَفَهَا حُبًّاۖ إِنَّا لَنَرَىٰهَا فِي ضَلَٰلٖ مُّبِينٖ ﴿30﴾

Şəhərdəki qadınlar dedi­lər: “Za­dəgan kişinin arvadı ca­van kö­ləsini yol­dan çıxart­maq istəyir. Ehtiras onu coş­dur­muş­dur. Biz onu aşkar bir azğınlıq için­də gö­rürük”.

12:31

فَلَمَّا سَمِعَتۡ بِمَكۡرِهِنَّ أَرۡسَلَتۡ إِلَيۡهِنَّ وَأَعۡتَدَتۡ لَهُنَّ مُتَّكَـٔٗا وَءَاتَتۡ كُلَّ وَٰحِدَةٖ مِّنۡهُنَّ سِكِّينٗا وَقَالَتِ ٱخۡرُجۡ عَلَيۡهِنَّۖ فَلَمَّا رَأَيۡنَهُۥٓ أَكۡبَرۡنَهُۥ وَقَطَّعۡنَ أَيۡدِيَهُنَّ وَقُلۡنَ حَٰشَ لِلَّهِ مَا هَٰذَا بَشَرًا إِنۡ هَٰذَآ إِلَّا مَلَكٞ كَرِيمٞ ﴿31﴾

Qadın onların hiylə­sin­dən xəbər tutduqda məclis qurub onları qonaqlığa dəvət etdi, onlar üçün mütək­kə­lər hazırladı, sonra da onların hər birinə bir bıçaq verdi və Yu­sufa: “Onların qar­şısına çıx!”– dedi. Qa­dınlar Yusufu gör­dükdə onu o qədər tə­rif­lə­di­lər ki, unu­dub meyvə əvəzinə öz əl­lərini kəsdilər və dedilər: “Allah sax­la­sın! Bu ki bəşər deyil. Bu ancaq hör­mətə layiq bir mə­lək­dir!”

12:32

قَالَتۡ فَذَٰلِكُنَّ ٱلَّذِي لُمۡتُنَّنِي فِيهِۖ وَلَقَدۡ رَٰوَدتُّهُۥ عَن نَّفۡسِهِۦ فَٱسۡتَعۡصَمَۖ وَلَئِن لَّمۡ يَفۡعَلۡ مَآ ءَامُرُهُۥ لَيُسۡجَنَنَّ وَلَيَكُونٗا مِّنَ ٱلصَّـٰغِرِينَ ﴿32﴾

Qadın dedi: “Barəsində məni qı­nadığınız oğlan bax bu­dur! Mən onu yoldan çıxart­mağa çalış­dım, o isə im­ti­na et­di. Əgər əm­ri­mi yerinə ye­tir­məsə, əlbəttə ki, zindana atı­la­caq və zəlil­lər­dən ola­caq­dır”.

12:33

قَالَ رَبِّ ٱلسِّجۡنُ أَحَبُّ إِلَيَّ مِمَّا يَدۡعُونَنِيٓ إِلَيۡهِۖ وَإِلَّا تَصۡرِفۡ عَنِّي كَيۡدَهُنَّ أَصۡبُ إِلَيۡهِنَّ وَأَكُن مِّنَ ٱلۡجَٰهِلِينَ ﴿33﴾

Yusuf dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların mə­ni sövq et­dik­ləri işi gör­mək­dən daha xoşdur. Əgər bu qa­dınların hiy­ləsini məndən uzaq etməsən, mən onlara meyl edər və ca­hil­lər­dən olaram”.

12:34

فَٱسۡتَجَابَ لَهُۥ رَبُّهُۥ فَصَرَفَ عَنۡهُ كَيۡدَهُنَّۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴿34﴾

Rəbbi onun duasını qə­bul etdi və onların hiyləsini on­dan uzaq etdi. Hə­qiqətən, O, Eşidən­dir, Biləndir.

12:35

ثُمَّ بَدَا لَهُم مِّنۢ بَعۡدِ مَا رَأَوُاْ ٱلۡأٓيَٰتِ لَيَسۡجُنُنَّهُۥ حَتَّىٰ حِينٖ ﴿35﴾

Bu qədər dəlilləri gör­dük­dən son­ra, yenə də onu bir müd­dət zindana salmaq qəra­rına gəl­dilər.

12:36

وَدَخَلَ مَعَهُ ٱلسِّجۡنَ فَتَيَانِۖ قَالَ أَحَدُهُمَآ إِنِّيٓ أَرَىٰنِيٓ أَعۡصِرُ خَمۡرٗاۖ وَقَالَ ٱلۡأٓخَرُ إِنِّيٓ أَرَىٰنِيٓ أَحۡمِلُ فَوۡقَ رَأۡسِي خُبۡزٗا تَأۡكُلُ ٱلطَّيۡرُ مِنۡهُۖ نَبِّئۡنَا بِتَأۡوِيلِهِۦٓۖ إِنَّا نَرَىٰكَ مِنَ ٱلۡمُحۡسِنِينَ ﴿36﴾

Onunla birlikdə iki gənc də zin­dana salındı. Onlardan biri de­di: “Mən yuxuda gör­düm ki, üzümdən şərab sıxı­ram”. Di­gəri isə be­lə dedi: “Mən gör­düm ki, başımın üs­tündə çörək apa­rı­ram, quş­lar da ondan dim­dik­ləyib yeyir. Bunun yozumu­nu bizə bildir. Hə­qi­­qə­tən, biz səni yaxşı adam hesab edirik”.

12:37

قَالَ لَا يَأۡتِيكُمَا طَعَامٞ تُرۡزَقَانِهِۦٓ إِلَّا نَبَّأۡتُكُمَا بِتَأۡوِيلِهِۦ قَبۡلَ أَن يَأۡتِيَكُمَاۚ ذَٰلِكُمَا مِمَّا عَلَّمَنِي رَبِّيٓۚ إِنِّي تَرَكۡتُ مِلَّةَ قَوۡمٖ لَّا يُؤۡمِنُونَ بِٱللَّهِ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ كَٰفِرُونَ ﴿37﴾

O dedi: “Sizə veriləcək ye­mək gəl­məmişdən əvvəl mən bu­nun yo­zu­munu sizə bildirə­rəm. Bu, Rəbbimin mənə öy­rətdiklə­rin­dəndir. Mən Allaha iman gətir­məyən, özləri də axi­rəti inkar edən adamların di­nindən uzaqlaşmışam.

12:38

وَٱتَّبَعۡتُ مِلَّةَ ءَابَآءِيٓ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَۚ مَا كَانَ لَنَآ أَن نُّشۡرِكَ بِٱللَّهِ مِن شَيۡءٖۚ ذَٰلِكَ مِن فَضۡلِ ٱللَّهِ عَلَيۡنَا وَعَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَشۡكُرُونَ ﴿38﴾

Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe ol­dum. Hər hansı bir şeyi Alla­ha şərik qoşmaq bizə ya­raş­maz. Bu, Alla­hın bizə və bütün in­san­la­ra olan lütfüdür, lakin insanların ço­xu şükür etmir.

12:39

يَٰصَٰحِبَيِ ٱلسِّجۡنِ ءَأَرۡبَابٞ مُّتَفَرِّقُونَ خَيۡرٌ أَمِ ٱللَّهُ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّارُ ﴿39﴾

Ey mənim zindan yol­daş­larım! Ay­rı-ayrı tanrılar yax­şı­dır, yox­sa Tək olan, hər şeyə Qalib gələn Allah?

12:40

مَا تَعۡبُدُونَ مِن دُونِهِۦٓ إِلَّآ أَسۡمَآءٗ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِنِ ٱلۡحُكۡمُ إِلَّا لِلَّهِ أَمَرَ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّآ إِيَّاهُۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلۡقَيِّمُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ﴿40﴾

Ondan başqa ibadət et­dik­ləriniz sizin və atalarınızın qoy­duğunuz ad­lardan baş­qa bir şey deyildir. Allah on­la­ra dair heç bir dəlil nazil et­mə­mişdir. Hökm yal­nız Allahın­dır. O əmr et­miş­dir ki, yalnız Ona ibadət edəsiniz. Doğ­ru din budur, lakin in­san­la­rın çoxu bu­nu bilmir.

12:41

يَٰصَٰحِبَيِ ٱلسِّجۡنِ أَمَّآ أَحَدُكُمَا فَيَسۡقِي رَبَّهُۥ خَمۡرٗاۖ وَأَمَّا ٱلۡأٓخَرُ فَيُصۡلَبُ فَتَأۡكُلُ ٱلطَّيۡرُ مِن رَّأۡسِهِۦۚ قُضِيَ ٱلۡأَمۡرُ ٱلَّذِي فِيهِ تَسۡتَفۡتِيَانِ ﴿41﴾

Ey mənim zindan yol­daş­larım! Sizdən biriniz öz ağa­­sına şə­rab süzəcək, digəriniz isə çar­mıxa çəkiləcək və quş­lar onun başın­dan dimdikləyib yeyə­cək­lər. Haq­qında fitva soruşduğunuz işə qabaqca­dan qərar veril­mişdir”.

12:42

وَقَالَ لِلَّذِي ظَنَّ أَنَّهُۥ نَاجٖ مِّنۡهُمَا ٱذۡكُرۡنِي عِندَ رَبِّكَ فَأَنسَىٰهُ ٱلشَّيۡطَٰنُ ذِكۡرَ رَبِّهِۦ فَلَبِثَ فِي ٱلسِّجۡنِ بِضۡعَ سِنِينَ ﴿42﴾

Yusuf onlardan edamdan qurtula­ca­ğını yə­qin etdiyi kimsəyə de­di: “Ağa­nın ya­nında məni ya­da sal!” Lakin şeytan ona Yu­sufu ağası­nın yadına sal­mağı unut­durdu və o, zindanda bir neçə il də qal­dı.

12:43

وَقَالَ ٱلۡمَلِكُ إِنِّيٓ أَرَىٰ سَبۡعَ بَقَرَٰتٖ سِمَانٖ يَأۡكُلُهُنَّ سَبۡعٌ عِجَافٞ وَسَبۡعَ سُنۢبُلَٰتٍ خُضۡرٖ وَأُخَرَ يَابِسَٰتٖۖ يَـٰٓأَيُّهَا ٱلۡمَلَأُ أَفۡتُونِي فِي رُءۡيَٰيَ إِن كُنتُمۡ لِلرُّءۡيَا تَعۡبُرُونَ ﴿43﴾

Padşah dedi: “Mən yu­xuda yeddi arıq inəyin yeddi kök inə­yi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qə­dər də qu­ru­su­nu gördüm. Ey zadə­ganlar! Əgər yuxu yoza bilirsinizsə, yu­xumun yozu­mu­­nu mənə bildirin”.

12:44

قَالُوٓاْ أَضۡغَٰثُ أَحۡلَٰمٖۖ وَمَا نَحۡنُ بِتَأۡوِيلِ ٱلۡأَحۡلَٰمِ بِعَٰلِمِينَ ﴿44﴾

Onlar dedilər: “Bunlar qar­maqarı­şıq yuxulardır. Biz belə yu­xu­ların yo­zu­munu bil­mi­rik”.

12:45

وَقَالَ ٱلَّذِي نَجَا مِنۡهُمَا وَٱدَّكَرَ بَعۡدَ أُمَّةٍ أَنَا۠ أُنَبِّئُكُم بِتَأۡوِيلِهِۦ فَأَرۡسِلُونِ ﴿45﴾

O iki nəfərin edamdan qurtulanı, uzun müddətdən sonra xa­tır­la­ya­raq de­di: “Mən sizə onun yozu­munu bil­dirə­rəm. Bircə məni Yu­sufun yanına gön­də­rin!”

12:46

يُوسُفُ أَيُّهَا ٱلصِّدِّيقُ أَفۡتِنَا فِي سَبۡعِ بَقَرَٰتٖ سِمَانٖ يَأۡكُلُهُنَّ سَبۡعٌ عِجَافٞ وَسَبۡعِ سُنۢبُلَٰتٍ خُضۡرٖ وَأُخَرَ يَابِسَٰتٖ لَّعَلِّيٓ أَرۡجِعُ إِلَى ٱلنَّاسِ لَعَلَّهُمۡ يَعۡلَمُونَ ﴿46﴾

O, zindana gəlib dedi: “Ey Yusuf! Ey düz danışan kişi! Yed­di arıq inəyin yeddi kök inəyi yedi­yi, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru sünbüllər barədə bizə xəbər ver. Ola bil­sin ki, mən o adamların yanına qayı­dım, bəlkə onlar da bilsinlər”.

12:47

قَالَ تَزۡرَعُونَ سَبۡعَ سِنِينَ دَأَبٗا فَمَا حَصَدتُّمۡ فَذَرُوهُ فِي سُنۢبُلِهِۦٓ إِلَّا قَلِيلٗا مِّمَّا تَأۡكُلُونَ ﴿47﴾

Yusuf dedi: “Yeddi il ba­cardığınız qədər əkin. Biçdiyi­nizi isə, yeyəcəyiniz az bir miq­dar is­tisna olmaqla, sünbüldə saxlayın.

12:48

ثُمَّ يَأۡتِي مِنۢ بَعۡدِ ذَٰلِكَ سَبۡعٞ شِدَادٞ يَأۡكُلۡنَ مَا قَدَّمۡتُمۡ لَهُنَّ إِلَّا قَلِيلٗا مِّمَّا تُحۡصِنُونَ ﴿48﴾

Sonra bunun ardınca, to­xumluq sax­layacağınız az bir miq­dar istisna ol­maqla, əvvəl­cədən həmin illər üçün tə­da­rük gördü­yü­nüzü yeyəcək yeddi ağır il – quraqlıq illəri gələcək.

12:49

ثُمَّ يَأۡتِي مِنۢ بَعۡدِ ذَٰلِكَ عَامٞ فِيهِ يُغَاثُ ٱلنَّاسُ وَفِيهِ يَعۡصِرُونَ ﴿49﴾

Bunun ardınca da elə bir il gə­lə­cək ki, onda insanlara bol ya­­ğış ve­ri­lə­cək və onlar çoxlu meyvə şirəsi sıxa­caq­lar”.

12:50

وَقَالَ ٱلۡمَلِكُ ٱئۡتُونِي بِهِۦۖ فَلَمَّا جَآءَهُ ٱلرَّسُولُ قَالَ ٱرۡجِعۡ إِلَىٰ رَبِّكَ فَسۡـَٔلۡهُ مَا بَالُ ٱلنِّسۡوَةِ ٱلَّـٰتِي قَطَّعۡنَ أَيۡدِيَهُنَّۚ إِنَّ رَبِّي بِكَيۡدِهِنَّ عَلِيمٞ ﴿50﴾

Padşah dedi: “Onu ya­nı­ma gə­ti­rin!” Elçi onun yanı­na gəl­dik­də Yusuf de­di: “Ağa­nın yanına qayıt və soruş gör ki, əllərini kə­sən qadınların məq­­sədi nə idi? Şübhəsiz ki, Rəbbim on­ların hiy­lə­sini bi­lir”.

12:51

قَالَ مَا خَطۡبُكُنَّ إِذۡ رَٰوَدتُّنَّ يُوسُفَ عَن نَّفۡسِهِۦۚ قُلۡنَ حَٰشَ لِلَّهِ مَا عَلِمۡنَا عَلَيۡهِ مِن سُوٓءٖۚ قَالَتِ ٱمۡرَأَتُ ٱلۡعَزِيزِ ٱلۡـَٰٔنَ حَصۡحَصَ ٱلۡحَقُّ أَنَا۠ رَٰوَدتُّهُۥ عَن نَّفۡسِهِۦ وَإِنَّهُۥ لَمِنَ ٱلصَّـٰدِقِينَ ﴿51﴾

Padşah qadınlara dedi: “Yu­sufu yoldan çıxartmaqla nə məq­səd gü­dür­dünüz?” Onlar de­dilər: “Allah uzaq eləsin! Biz onun haq­­qında pis bir şey bil­mirik”. Zadəgan ki­şi­nin ar­va­dı dedi: “İn­di haqq bəlli ol­du. Onu mən yoldan çıxart­maq istə­yirdim. Hə­qi­­qətən də, o, doğru danışan­lar­dan­dır.

12:52

ذَٰلِكَ لِيَعۡلَمَ أَنِّي لَمۡ أَخُنۡهُ بِٱلۡغَيۡبِ وَأَنَّ ٱللَّهَ لَا يَهۡدِي كَيۡدَ ٱلۡخَآئِنِينَ ﴿52﴾

Bu etiraf ona görədir ki, ərim ya­nımda olmadıqda ona xə­ya­nət etmə­di­yimi və Allahın xain­lərin hiylələrinə yol ver­mə­diyini bil­sin.

12:53

وَمَآ أُبَرِّئُ نَفۡسِيٓۚ إِنَّ ٱلنَّفۡسَ لَأَمَّارَةُۢ بِٱلسُّوٓءِ إِلَّا مَا رَحِمَ رَبِّيٓۚ إِنَّ رَبِّي غَفُورٞ رَّحِيمٞ ﴿53﴾

Mən özümə bəraət qa­zan­dırmıram. Çünki, Rəbbimin rəhm et­diyi kəs istisna olmaq­la, nəfs adama pis işləri əmr edər. Həqi­qə­tən, Rəbbim Bağış­layan­dır, Rəhm­­lidir”.

12:54

وَقَالَ ٱلۡمَلِكُ ٱئۡتُونِي بِهِۦٓ أَسۡتَخۡلِصۡهُ لِنَفۡسِيۖ فَلَمَّا كَلَّمَهُۥ قَالَ إِنَّكَ ٱلۡيَوۡمَ لَدَيۡنَا مَكِينٌ أَمِينٞ ﴿54﴾

Padşah dedi: “Onu ya­nı­ma gə­ti­rin! Onu özümə yaxın adam edə­cəyəm”. Onunla söh­bət etdikdə: “Sən bu gün ya­nı­mızda yük­sək mə­qam sahibi, etibarlı bir adamsan”– dedi.

12:55

قَالَ ٱجۡعَلۡنِي عَلَىٰ خَزَآئِنِ ٱلۡأَرۡضِۖ إِنِّي حَفِيظٌ عَلِيمٞ ﴿55﴾

Yusuf dedi: “Bu yerin xə­zi­nələri­ni qo­rumağı mənə tap­şır. Çün­ki mən qo­ru­ya­nam, bu işi bilənəm”.

12:56

وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي ٱلۡأَرۡضِ يَتَبَوَّأُ مِنۡهَا حَيۡثُ يَشَآءُۚ نُصِيبُ بِرَحۡمَتِنَا مَن نَّشَآءُۖ وَلَا نُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ ﴿56﴾

Beləliklə, Yusufa yer üzün­də hökm­ranlıq verdik. O, istə­diyi yerdə qala bilərdi. Biz is­tədiyi­mizə mərhə­mə­timizi nə­sib edirik və yaxşı iş görən­lə­rin mükafatını əsirgəmirik.

12:57

وَلَأَجۡرُ ٱلۡأٓخِرَةِ خَيۡرٞ لِّلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ ﴿57﴾

İman gətirənlər və müt­təqi olan­lar üçün, əlbəttə, axi­rət mü­ka­fatı daha xeyirlidir.

12:58

وَجَآءَ إِخۡوَةُ يُوسُفَ فَدَخَلُواْ عَلَيۡهِ فَعَرَفَهُمۡ وَهُمۡ لَهُۥ مُنكِرُونَ ﴿58﴾

Yusufun qardaşları Mi­sirə gəlib onun yanına daxil ol­du­lar. Yu­suf on­la­rı tanıdı, on­lar isə onu tanımadılar.

12:59

وَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمۡ قَالَ ٱئۡتُونِي بِأَخٖ لَّكُم مِّنۡ أَبِيكُمۡۚ أَلَا تَرَوۡنَ أَنِّيٓ أُوفِي ٱلۡكَيۡلَ وَأَنَا۠ خَيۡرُ ٱلۡمُنزِلِينَ ﴿59﴾

Yusuf onların ərzaq yük­lə­rini ha­zırlayarkən dedi: “Ata­bir qar­daşınızı yanıma gəti­rin! Məgər görmürsü­nüz­ ki, mən ölçü­yə tam riayət edirəm və mən qonaq­pərvərlərin ən yax­şısıyam?

12:60

فَإِن لَّمۡ تَأۡتُونِي بِهِۦ فَلَا كَيۡلَ لَكُمۡ عِندِي وَلَا تَقۡرَبُونِ ﴿60﴾

Əgər onu yanıma gətir­mə­səniz, mənim yanımda si­zin üçün bir qab belə ərzaq ve­ril­məyəcək, özünüz də mənə ya­xınlaşmayın”.

12:61

قَالُواْ سَنُرَٰوِدُ عَنۡهُ أَبَاهُ وَإِنَّا لَفَٰعِلُونَ ﴿61﴾

Onlar dedilər: “Ona gö­rə atasını razı salmağa çalı­şa­rıq. Biz əl­bət­tə, bunu edərik”.

12:62

وَقَالَ لِفِتۡيَٰنِهِ ٱجۡعَلُواْ بِضَٰعَتَهُمۡ فِي رِحَالِهِمۡ لَعَلَّهُمۡ يَعۡرِفُونَهَآ إِذَا ٱنقَلَبُوٓاْ إِلَىٰٓ أَهۡلِهِمۡ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ﴿62﴾

O, öz xidmətçilərinə de­di: “On­la­rın taxıl əvəzinə ödə­dik­ləri mallarını da yüklərinin içinə qo­yun ki, ailələrinin ya­nına dön­dük­də onu başa düş­sünlər və ola bilsin ki, qayıt­sınlar”.

12:63

فَلَمَّا رَجَعُوٓاْ إِلَىٰٓ أَبِيهِمۡ قَالُواْ يَـٰٓأَبَانَا مُنِعَ مِنَّا ٱلۡكَيۡلُ فَأَرۡسِلۡ مَعَنَآ أَخَانَا نَكۡتَلۡ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ ﴿63﴾

Onlar atalarının yanına qa­yıt­dıq­da dedilər: “Ey ata­mız! Da­ha bizə ər­zaq verilmə­yəcək. Ölçüb ərzaq almaq üçün qar­da­şı­mızı bi­zimlə birlikdə gön­dər. Şüb­həsiz ki, biz onu qoruya­ca­ğıq”.

12:64

قَالَ هَلۡ ءَامَنُكُمۡ عَلَيۡهِ إِلَّا كَمَآ أَمِنتُكُمۡ عَلَىٰٓ أَخِيهِ مِن قَبۡلُ فَٱللَّهُ خَيۡرٌ حَٰفِظٗاۖ وَهُوَ أَرۡحَمُ ٱلرَّـٰحِمِينَ ﴿64﴾

O dedi: “Daha öncə qar­da­şını si­zə etibar etdiyim kimi, heç onu sizə eti­bar edə bilə­rəm­mi? Allah daha yaxşı qo­ru­yur. O, rəhm­lilərin ən rəhmli­si­dir”.

12:65

وَلَمَّا فَتَحُواْ مَتَٰعَهُمۡ وَجَدُواْ بِضَٰعَتَهُمۡ رُدَّتۡ إِلَيۡهِمۡۖ قَالُواْ يَـٰٓأَبَانَا مَا نَبۡغِيۖ هَٰذِهِۦ بِضَٰعَتُنَا رُدَّتۡ إِلَيۡنَاۖ وَنَمِيرُ أَهۡلَنَا وَنَحۡفَظُ أَخَانَا وَنَزۡدَادُ كَيۡلَ بَعِيرٖۖ ذَٰلِكَ كَيۡلٞ يَسِيرٞ ﴿65﴾

Onlar yüklərini açdıqda ver­dik­lə­ri mallarının da özlə­ri­nə qay­ta­rıl­dı­ğı­nı görüb dedi­lər: “Ey atamız! Bizə daha nə lazım­dır ki? Budur, sərmayə­miz özü­müzə qaytarılıb. Biz ailəmizi ər­zaq­la tə­min edər, qar­daşı­mı­zı qoruyar və bir dəvə yükü ar­tıq ərzaq ala­rıq. Bu isə satın al­dığımızın az bir miq­darıdır”.

12:66

قَالَ لَنۡ أُرۡسِلَهُۥ مَعَكُمۡ حَتَّىٰ تُؤۡتُونِ مَوۡثِقٗا مِّنَ ٱللَّهِ لَتَأۡتُنَّنِي بِهِۦٓ إِلَّآ أَن يُحَاطَ بِكُمۡۖ فَلَمَّآ ءَاتَوۡهُ مَوۡثِقَهُمۡ قَالَ ٱللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٞ ﴿66﴾

Yaqub dedi: “Əhatə olunub ça­­rəsiz qal­manız istisna olmaq­la, onu yanıma gə­ti­rəcəyinizə dair Allaha and içməyincə onu si­zinlə gön­dərməyəcəyəm”. On­lar and içdikdə Yaqub dedi: “Allah söy­lə­dik­lərimizə Vəkil­dir”.

12:67

وَقَالَ يَٰبَنِيَّ لَا تَدۡخُلُواْ مِنۢ بَابٖ وَٰحِدٖ وَٱدۡخُلُواْ مِنۡ أَبۡوَٰبٖ مُّتَفَرِّقَةٖۖ وَمَآ أُغۡنِي عَنكُم مِّنَ ٱللَّهِ مِن شَيۡءٍۖ إِنِ ٱلۡحُكۡمُ إِلَّا لِلَّهِۖ عَلَيۡهِ تَوَكَّلۡتُۖ وَعَلَيۡهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُتَوَكِّلُونَ ﴿67﴾

O dedi: “Ey oğullarım! Şə­hərə bir qapıdan girməyin, ay­rı-ay­rı qapılardan girin. Alla­hın ira­dəsinə qarşı isə heç bir şeylə sizə fay­da verə bilmə­rəm. Hökm yal­nız Allahındır. Mən ancaq Ona tə­vək­kül edi­rəm. Qoy tə­vəkkül edənlər də ancaq Ona təvəkkül et­sin­lər”.

12:68

وَلَمَّا دَخَلُواْ مِنۡ حَيۡثُ أَمَرَهُمۡ أَبُوهُم مَّا كَانَ يُغۡنِي عَنۡهُم مِّنَ ٱللَّهِ مِن شَيۡءٍ إِلَّا حَاجَةٗ فِي نَفۡسِ يَعۡقُوبَ قَضَىٰهَاۚ وَإِنَّهُۥ لَذُو عِلۡمٖ لِّمَا عَلَّمۡنَٰهُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ﴿68﴾

Atalarının onlara əmr et­diyi yer­lər­dən daxil olmaları­nın Alla­h ya­nın­da onlar üçün heç bir faydası olmadı, lakin bu, Ya­qu­bun nəf­sindəki bir istək idi ki, onu da yerinə ye­tirdi. Hə­qi­qətən də, o, elm sa­hibi idi, çün­ki onu Biz öy­rət­miş­dik. Lakin insanların ço­xu bunu bil­mir.

12:69

وَلَمَّا دَخَلُواْ عَلَىٰ يُوسُفَ ءَاوَىٰٓ إِلَيۡهِ أَخَاهُۖ قَالَ إِنِّيٓ أَنَا۠ أَخُوكَ فَلَا تَبۡتَئِسۡ بِمَا كَانُواْ يَعۡمَلُونَ ﴿69﴾

Onlar Yusufun yanına daxil ol­duqda o, qardaşını bərk-bərk qucaq­la­yıb dedi: “Mən sə­nin qar­da­şınam. On­la­rın tut­duq­ları iş­lə­rə görə kədər­lənmə”.

12:70

فَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمۡ جَعَلَ ٱلسِّقَايَةَ فِي رَحۡلِ أَخِيهِ ثُمَّ أَذَّنَ مُؤَذِّنٌ أَيَّتُهَا ٱلۡعِيرُ إِنَّكُمۡ لَسَٰرِقُونَ ﴿70﴾

Yusuf onları azuqə ilə tə­min edər­kən qardaşının yü­kü­nün içi­nə bir pi­ya­lə qoydu. Son­ra bir carçı qışqırıb dedi: “Ey karvan əh­li! Siz oğrusu­nuz!”

12:71

قَالُواْ وَأَقۡبَلُواْ عَلَيۡهِم مَّاذَا تَفۡقِدُونَ ﴿71﴾

Qardaşlar onlara tərəf dö­­nüb: “Nə itirmisiniz?”– de­di­lər.

12:72

قَالُواْ نَفۡقِدُ صُوَاعَ ٱلۡمَلِكِ وَلِمَن جَآءَ بِهِۦ حِمۡلُ بَعِيرٖ وَأَنَا۠ بِهِۦ زَعِيمٞ ﴿72﴾

Onlar dedilər: “Padşa­hın piya­lə­sini itirmişik. Onu gəti­rənə bir dəvə yü­kü ərzaq veri­ləcək”. Carçı: “Mən buna za­mi­nəm!”– dedi.

12:73

قَالُواْ تَٱللَّهِ لَقَدۡ عَلِمۡتُم مَّا جِئۡنَا لِنُفۡسِدَ فِي ٱلۡأَرۡضِ وَمَا كُنَّا سَٰرِقِينَ ﴿73﴾

Onlar dedilər: “Allaha and ol­sun! Siz bilirsiniz ki, biz bu yer­lərə fitnə-fə­sad tö­rətmək üçün gəlməmişik və biz oğ­ru da de­yi­lik”.

12:74

قَالُواْ فَمَا جَزَـٰٓؤُهُۥٓ إِن كُنتُمۡ كَٰذِبِينَ ﴿74﴾

Onlar dedilər: “Əgər ya­lan­çısı­nız­sa, onda onun cəzası nə­dir?”

12:75

قَالُواْ جَزَـٰٓؤُهُۥ مَن وُجِدَ فِي رَحۡلِهِۦ فَهُوَ جَزَـٰٓؤُهُۥۚ كَذَٰلِكَ نَجۡزِي ٱلظَّـٰلِمِينَ ﴿75﴾

Qardaşlar dedilər: “Onun cəzası – it­miş piyalə yükündə ta­­pı­lan kimsənin özünün kölə edi­­lərək cəzalan­dırıl­ması­dır. Biz za­lımları be­lə cəzalan­dırırıq”.

12:76

فَبَدَأَ بِأَوۡعِيَتِهِمۡ قَبۡلَ وِعَآءِ أَخِيهِ ثُمَّ ٱسۡتَخۡرَجَهَا مِن وِعَآءِ أَخِيهِۚ كَذَٰلِكَ كِدۡنَا لِيُوسُفَۖ مَا كَانَ لِيَأۡخُذَ أَخَاهُ فِي دِينِ ٱلۡمَلِكِ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ نَرۡفَعُ دَرَجَٰتٖ مَّن نَّشَآءُۗ وَفَوۡقَ كُلِّ ذِي عِلۡمٍ عَلِيمٞ ﴿76﴾

O, qardaşının yükündən əv­vəl on­ların yüklərini axtar­mağa baş­ladı, sonra da piya­lə­ni qarda­şının yükündən çı­xart­dı. Biz Yu­su­fa belə bir tədbir öy­rətdik. Allahın istəyi olma­saydı, padşa­hın qa­nunlarına gö­rə, o, qar­daşını tu­tub öz ya­nın­da sax­laya bilməzdi. Biz is­tə­di­yimiz kəsi dərəcə-dərəcə yük­səl­di­rik. Hər bilik sahi­bin­dən də üstün bir bilən vardır.